Azərbaycan Milli Kitabxanası
91
( «subsystem typology») «altsistemlər tipologiyası»ndan
yetərincə
fərqlənir (onu da qeyd edək ki,
V.A.Vinoqradovun bildirdiyi kimi, bu yanaşma hələ «XIX
əsr tipologiyasının xarakteroloji istiqaməti»ndə
formalaşmış və «əsasında dil strukturunun iyerarxikliyi və
səviyyədaxili analiz prinsipinin vacibliyi anlayışlarının
durduğu deskriptiv texnikanın təkmilləşməsi sayəsində
tədricən eksplisitləşmişdir»).
1
Düşünürük ki, dillərin tipoloji təsnif kriteriləri məsələ-
sində belə əsaslı dönüşün struktur dilçiliyin ortaya qoyduğu
müddəalarla bağlılıq səviyyəsini müəyyənləşdirməyə əlavə
ehtiyac yoxdur. Bununla belə, onu da qeyd etməliyik ki,
daha öncəki iqtibaslardan və eləcə də irəlidə izləyəcəyimiz
mülahizələrdən bəlli olduğu kimi, bu cərəyanın özünün
nümayəndələri arasında da yekdil fikrin hökm sürdüyünü
söyləmək çətindir. Belə ki, bir çox halda strukturalist
tipoloqlar dilin sistem xarakteri kəsb etməsini gözardı
etdiyini önə sürdükləri ənənəvi (linqvistik) tipologiyanı
yetərincə kəskin tənqid etsələr də, təklif etdikləri yeni
təsnifat sistemləri üçün onun (ənənəvi bölgünün) çıxış
nöqtəsi və deməli, ilkin nəzəri baza olması faktını inkar
etməmişlər.
Strukturalistlərin digər qrupu isə tipoloji xarakte-
rologiya ilə eyniləşdirərək, ümumiyyətlə, dillərin tipoloji
klassifikasiyasının gerçəkləşdirilə bilmə imkanını istisna
edirdilər. Belə ki, Praqa dərnəyinin 1948-ci ilə aid
tezislərində müxtəlif dillər arasında ən rəngarəng oxşar və
fərqli xüsusiyyətlərin olmasının və həmin «xüsusiyyətlərin
mürəkkəb əlaqələrdən qaynaqlanmasının dillərin təsnifatı
ilə bağlı ümidlərdən imtina etmə məcburiyyətini»
doğurması haqqında fikirlər tipologiyanın klassifikasiya ilə
1
Виноградов В.А. Методы типологии / Общее языкознание. Методы
лингвистических исследований. М., 1973, стр.238-239.
Azərbaycan Milli Kitabxanası
92
yekcins mahiyyət kəsb etməyərək «dillərin bütün
özəlliklərinin öz iyerarxiyasında nəzərdən keçirilməsi»
haqqında mülahizə kontekstində verilmişdir
1
.
Başqa sözlə, Praqa strukturalistləri klassifikasiya ide-
yasını qeyri-məqbul hesab edərək, yalnız dilin (və ya
dillərin) mövcud strukurundakı yaruslararası münasibət-
lərin; dil vahidlərinin əlaqələrinin mahiyyətindən çıxış
edərək tipoloji xarakterologiya aparmağı təklif edirlər. Bu
mövqeyin yetərincə kəskin həll tapdığı Skaliçka
tədqiqatları xüsusi maraq doğurmaya bilməz. Belə ki,
sözügedən mövzuya silsilə tədqiqatlar həsr etmiş görkəmli
çex dilçisi qeyri-appelyasyon tərzdə « dilləri bir bütöv
olaraq müəyyən tipə aid edən klassifikasyon prinsip
yararsızlaşmışdır» - hökmünü «oxuyaraq», ayrı-ayrı yarus-
ların (tipoloji) təbiətindən çıxış etməyi təklif etmiş və daha
sonra «azad birgəmövcudluq sürdürməklə», müəyyən bir
«konkret dildə eyni zamanda realizasiya qazanan müxtəlif
tiplər»in beş növdə (flektiv, introflektiv, aqlütinativ,
təcridi, polisintetik) təzahür tapdığını (kursiv bizimdir –
A.H.) önə sürmüşdür.
2
V.Skaliçkanın nəzərdən keçirilən
mülahizələrində iki məqam xüsusilə diqqətdən
yayınmamalıdır: I. ənənəvi bölgünün tam inkarı şəraitində
fraqmentar təsnifatlandırma məsələsinin aktuallaşması və
II. həmin inkarın məntiqi davamı olaraq aparıcı tipoloji
təmayül və tipoloji sapma anlayışlarının, demək olar ki,
aradan qalxması.
Çex dilçisinin sonuncu məsələ ilə bağlı mülahizələrinin
təhlilinə irəlidə daha geniş yer verəcəyimizdən, diqqəti
hazırkı mövzudan yayındırmadan onu qeyd etmək istərdik
ki, dil sisteminin ayrı-ayrı yaruslarının tipoloji analizi, bir
1
Вахек Й. Лингвистический словарь Пражской школы. М., 1964, стр.224.
2
Скаличка В. О современном состоянии типологии / Новое в лингвис-
тике. Выпуск III. М., 1963, стр. 28-34.
Azərbaycan Milli Kitabxanası
93
çox halda ənənəvi bölgü ilə uyğunlaşmayan nəticələri
ortaya qoya bilər. Belə ki, «dilin xarici (?! – A.H.) tipinə
əsaslanan linqvisitik klassifikasiyada; türk dillərinə tətbiq
edilən «aqlütinativ» termininin tamamilə yararsız
olduğunu» (kursiv bizimdir – A.H.) iddia edən A.Dilaçar
bu istilahın istifadəsinin doğru olmaması ilə bağlı iddiasını
həmin dillərin sintaksisinin heç vəchlə iltisaqi olmaması
fikri ilə əsaslandırmağa çalışır (müqayisə üçün onu da qeyd
edək ki, dilçi şəkilçi ardıcıllığı timsalında morfoloji
yarusun tipoloji xarakteristikasından bəhs edərkən bu
terminin adekvatlığına şübhə ifadə etmir – A.H.).
1
Göründüyü kimi burada dilin bütöv bir sistem olaraq
müəyyən dil tipinə aidliyi ehtimalı aşkar skepsislə qar-
şılanır. Belə münasibətin azsaylı olduğunu söyləmək
çətindir. V.V.İvanovun «eyni bir dil özünün fərqli altsist-
emləri ilə müxtəlif tipoloji siniflərə daxil ola bilər, yəni
müqayisə proseduru sistemin laylara bölünməsi əmə-
liyyatını ehtiva edir» – fikrini əyaniləşdirən V.A.Vinoq-
radov da konkret dilin – macar dilinin timsalında,
səviyyədaxili analizin fərqli tipoloji xarakteristikanın əldə
edilməsi ilə nəticələnə bildiyini önə sürmüşdür
2
. Bu əsasda
məlum olur ki, V.Skaliçka və onunla bu və ya digər şəkildə
həmrəylik nümayiş etdirən tədqiqatçılar XIX əsr dilçiliyini
dilin sistem səciyyəsi daşıması faktını gözardı etməkdə
günahlandırsalar da, özləri onun (dilin) «sistemlər sistemi»
olmasını bir o qədər də önəmsəməmişlər. Başqa sözlə,
həmin tənqidi mülahizələrə istinadən onu söyləmək olar ki,
tipoloji təsnifat prinsipləri ilə bağlı bir qütbdən baxış,
1
Дилячар А. Заметки о синтаксисе и грамматических функциях в турец-
ком языке / Turcologica. К семидесятилетию акад. А.Н.Кононова, Л.,
1976, стр.66.
2
Виноградов В.А. Методы типологии / Общее языкознание. Методы
лингвистических исследований. М., 1973, стр.239.
Dostları ilə paylaş: |