Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə31/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   27   28   29   30   31   32   33   34   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
91
(«subsystem typology») «altsistemlər tipologiyası»ndan 
yetərincə 
fərqlənir (onu da qeyd edək ki
V.A.Vinoqradovun bildirdiyi kimi, bu yanaşma hələ «XIX 
əsr tipologiyasının xarakteroloji istiqaməti»ndə 
formalaşmış  və  «əsasında dil strukturunun iyerarxikliyi və 
səviyyədaxili analiz prinsipinin vacibliyi anlayışlarının 
durduğu deskriptiv texnikanın təkmilləşməsi sayəsində 
tədricən eksplisitləşmişdir»).
1
 
Düşünürük ki, dillərin tipoloji təsnif kriteriləri məsələ-
sində belə əsaslı dönüşün struktur dilçiliyin ortaya qoyduğu 
müddəalarla bağlılıq səviyyəsini müəyyənləşdirməyə  əlavə 
ehtiyac yoxdur. Bununla belə, onu da qeyd etməliyik ki
daha öncəki iqtibaslardan və eləcə də irəlidə izləyəcəyimiz 
mülahizələrdən bəlli olduğu kimi, bu cərəyanın özünün 
nümayəndələri arasında da yekdil fikrin hökm sürdüyünü 
söyləmək çətindir. Belə ki, bir çox halda strukturalist 
tipoloqlar dilin sistem xarakteri kəsb etməsini gözardı 
etdiyini önə sürdükləri  ənənəvi (linqvistik) tipologiyanı 
yetərincə  kəskin tənqid etsələr də, təklif etdikləri yeni 
təsnifat sistemləri üçün onun (ənənəvi bölgünün) çıxış 
nöqtəsi və deməli, ilkin nəzəri baza olması faktını inkar 
etməmişlər. 
Strukturalistlərin digər qrupu isə tipoloji xarakte-
rologiya ilə eyniləşdirərək, ümumiyyətlə, dillərin tipoloji 
klassifikasiyasının gerçəkləşdirilə bilmə imkanını istisna 
edirdilər. Belə ki, Praqa dərnəyinin 1948-ci ilə aid 
tezislərində müxtəlif dillər arasında  ən rəngarəng oxşar və 
fərqli xüsusiyyətlərin olmasının və  həmin «xüsusiyyətlərin 
mürəkkəb  əlaqələrdən qaynaqlanmasının  dillərin təsnifatı 
ilə bağlı ümidlərdən imtina etmə  məcburiyyətini» 
doğurması haqqında fikirlər tipologiyanın klassifikasiya ilə 
                                                 
1
Виноградов  В.А.  Методы  типологии / Общее  языкознание.  Методы 
лингвистических исследований. М., 1973, стр.238-239. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
92
yekcins mahiyyət kəsb etməyərək «dillərin bütün 
özəlliklərinin öz iyerarxiyasında nəzərdən keçirilməsi» 
haqqında mülahizə kontekstində verilmişdir
1

Başqa sözlə, Praqa strukturalistləri klassifikasiya ide-
yasını qeyri-məqbul hesab edərək, yalnız dilin (və ya 
dillərin) mövcud strukurundakı yaruslararası münasibət-
lərin; dil vahidlərinin  əlaqələrinin mahiyyətindən çıxış 
edərək tipoloji xarakterologiya aparmağı  təklif edirlər. Bu 
mövqeyin yetərincə  kəskin həll tapdığı Skaliçka 
tədqiqatları xüsusi maraq doğurmaya bilməz. Belə ki, 
sözügedən mövzuya silsilə  tədqiqatlar həsr etmiş görkəmli 
çex dilçisi qeyri-appelyasyon tərzdə  «dilləri bir bütöv 
olaraq müəyyən tipə aid edən klassifikasyon prinsip 
yararsızlaşmışdır» - hökmünü «oxuyaraq», ayrı-ayrı yarus-
ların (tipoloji) təbiətindən çıxış etməyi təklif etmiş və daha 
sonra  «azad birgəmövcudluq sürdürməklə», müəyyən bir 
«konkret dildə eyni zamanda realizasiya qazanan müxtəlif 
tiplər»in beş növdə (flektiv, introflektiv, aqlütinativ, 
təcridi, polisintetik) təzahür tapdığını  (kursiv bizimdir –  
A.H.) önə sürmüşdür.
2
 V.Skaliçkanın nəzərdən keçirilən 
mülahizələrində iki məqam xüsusilə diqqətdən 
yayınmamalıdır:  I.  ənənəvi bölgünün tam inkarı  şəraitində 
fraqmentar təsnifatlandırma məsələsinin aktuallaşması  və 
II.  həmin inkarın məntiqi davamı olaraq aparıcı tipoloji 
təmayül və tipoloji sapma anlayışlarının, demək olar ki, 
aradan qalxması.  
Çex dilçisinin sonuncu məsələ ilə bağlı mülahizələrinin 
təhlilinə irəlidə daha geniş yer verəcəyimizdən, diqqəti 
hazırkı mövzudan yayındırmadan onu qeyd etmək istərdik 
ki,  dil sisteminin ayrı-ayrı yaruslarının tipoloji analizi, bir 
                                                 
1
 Вахек Й. Лингвистический словарь Пражской школы.  М., 1964, стр.224. 
2
 Скаличка В. О современном состоянии типологии / Новое в лингвис-
тике. Выпуск III. М., 1963, стр. 28-34. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
93
çox halda ənənəvi bölgü ilə uyğunlaşmayan nəticələri 
ortaya qoya bilər. Belə ki, «dilin xarici  (?! – A.H.) tipinə 
əsaslanan linqvisitik klassifikasiyada; türk dillərinə  tətbiq 
edilən  «aqlütinativ» termininin tamamilə yararsız 
olduğunu» (kursiv bizimdir – A.H.) iddia edən A.Dilaçar 
bu istilahın istifadəsinin doğru olmaması ilə bağlı iddiasını 
həmin dillərin sintaksisinin heç vəchlə iltisaqi olmaması 
fikri ilə əsaslandırmağa çalışır (müqayisə üçün onu da qeyd 
edək ki, dilçi şəkilçi ardıcıllığı timsalında morfoloji 
yarusun tipoloji xarakteristikasından bəhs edərkən bu 
terminin adekvatlığına şübhə ifadə etmir – A.H.).
1
 
Göründüyü kimi burada dilin bütöv bir sistem olaraq 
müəyyən dil tipinə aidliyi ehtimalı  aşkar skepsislə qar-
şılanır. Belə münasibətin azsaylı olduğunu söyləmək 
çətindir. V.V.İvanovun  «eyni bir dil özünün fərqli altsist-
emləri ilə müxtəlif tipoloji siniflərə daxil ola bilər, yəni 
müqayisə proseduru sistemin laylara bölünməsi  əmə-
liyyatını ehtiva edir» – fikrini əyaniləşdirən V.A.Vinoq-
radov da konkret dilin – macar dilinin timsalında, 
səviyyədaxili analizin fərqli tipoloji xarakteristikanın  əldə 
edilməsi ilə nəticələnə bildiyini önə sürmüşdür
2
. Bu əsasda 
məlum olur ki, V.Skaliçka və onunla bu və ya digər şəkildə 
həmrəylik nümayiş etdirən tədqiqatçılar XIX əsr dilçiliyini 
dilin sistem səciyyəsi daşıması faktını gözardı etməkdə 
günahlandırsalar da, özləri onun (dilin) «sistemlər sistemi» 
olmasını bir o qədər də önəmsəməmişlər. Başqa sözlə, 
həmin tənqidi mülahizələrə istinadən onu söyləmək olar ki,  
tipoloji təsnifat prinsipləri ilə bağlı bir qütbdən baxış, 
                                                 
1
 Дилячар А. Заметки о синтаксисе и грамматических функциях в турец-
ком  языке / Turcologica. К  семидесятилетию  акад.  А.Н.Кононова,  Л., 
1976, стр.66. 
2
  Виноградов  В.А.  Методы  типологии / Общее  языкознание.  Методы 
лингвистических исследований. М., 1973, стр.239. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə