Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə29/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   25   26   27   28   29   30   31   32   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
85
baxmayaraq, hal-hazırda da artıq mövcud ənənəyə müvafiq 
olaraq, bu istilahdan istifadə halları müşahidə edilmək-
dədir. Bu nisbi sinonimlik məqamı özlüyündə xüsusi maraq 
kəsb etməsə  də, «morfoloji klassifikasiya» və «tipoloji 
təsnifat (klassifikasiya)» terminlərinin sinonimliyini 
nisbiləşdirən linqvistik fikir (düşüncə) təkamülünü 
diqqətdən kənarda qoymaq düzgün olmazdı. Dillərin 
struktur özəlliklərinə görə qruplaşdırılması ideyasının yeni 
realizasiya mexanizmi ilə  təmin olunması isə, bilavasitə 
təsnifat kriteriləri ilə bağlı olan müxtəlifyönümlü 
məsələlərə (kriteri ixtiyariliyi və ya istiqamətli seçimi; 
sistem qarşılaşdırmaları kriteriləri və s. bu kimi məsələlərə) 
baxış bucağının yenilənməsi ilə əlaqədardır. 
R.Uellzin: «biz bilmirik ki, dillərin hansı xüsusiyyətləri 
…tipologiyada önəm kəsb edəcək» – fikrini şərh edən 
V.A.Vinaqradov «bunun, (tipoloji təsnifat kriterisi 
qismində – A.H.) seçilmiş göstəricilərin effektivliyinin yal-
nız klassifikasiya gerçəkləşdikdən sonra və  əgər onun 
(klassifikasiyanın) nəticələri  qeyri-trivial və yetərincə 
informativ səciyyə daşıdıqda» müəyyənləşdirilə biləcəyi 
anlamına gəldiyini önə sürmüş; lakin daha sonra «tipoloji 
araşdırmalarda  əhəmiyyətli özəlliklərin istifadəsi tələbinin 
ixtiyariliyin (yəni kriteri seçimi ixtiyariliyinin – A.H.) 
inkarı» demək olmadığını, ixtiyariliyin özünün isə mövcud 
«mühüm özəllliklər siyahısı ilə» sərhədləndiyini 
bildirmişdir.
1
 
Söhbət kriterilərin ixtiyariliyindən düşmüşkən, onu da 
qeyd edək ki, bəzən bu «ixtiyarilik icazə»sinin tam azad 
yanaşma kimi başa düşülməsi fərqli təsnifat mexanizm-
lərinin ortaya çıxması  və bu səbəbdən də, eyni dil 
faktlarının təbiətinin fərqli (tipoloji) interpretasiya qa-
                                                 
1
  Виноградов  В.А.  Методы  типологии / Общее  языкознание.  Методы 
лингвистических исследований, М., 1973, с.240-241. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
86
zanması ilə  nəticələnirdi ki, bu da öz növbəsində, sözü-
gedən təsnifatın  əhəmiyyəti ilə bağlı  aşkar skepsis ifadə 
edən dilçilərin arqumentasiya bazasını «zənginləşdirməyə» 
bilməzdi. Belə ki, öz fundamental yaradıcılığında morfoloji 
klassifikasiyaya yetərincə diqqət ayırmayan Boduen de 
Kurtene bu təsnifatla bağlı ara-sıra səsləndirdiyi fikirlərdən 
birində onun (morfoloji klassifikasiyanın)  yanlışlıqları 
sırasında, məhz, kriteri ixtiyariliyinin xüsusi yer tutduğunu 
nəzərdən qaçırmayaraq, «necə  gəldi və ya məqsədli olaraq 
seçilmiş... xüsusiyyətlərə  əsaslanan» bölgünün «…dillərin 
tədqiqinin süni yolla asanlaşdırılmasına xidmət etdiyini» 
önə sürmüş, «dillərin  əsl elmi klassifikasiyasının isə 
…əsaslı  fərqləndirici özəlliklərə istinad etməli olduğunu» 
vurğulamışdır
1
.  
Görkəmli dilçinin morfoloji klassifikasiyanın  əhəmiy-
yətsizliyi ilə bağlı fikirləri ilə razılaşmasaq və sözügedən 
bölgünün qüsurları ilə  əlaqədar səsləndirdiyi mülahizələrin 
böyük qismini bölüşməsək də, etiraf etməliyik ki, istər XIX 
əsr, istərsə  də XX əsr tipoloji araşdırmalarının  ən böyük 
çatışmamazlıqlarından biri də, məhz, kriteri seçimindəki 
ixtiyarilik prinsipinin bir çox halda xaotik yanaşma ilə 
nəticələnməsi hesab edilə bilər. Onu da qeyd edək ki, hətta, 
düzgün seçilmiş bölgü meyarının dil strukturundakı 
proseslərin yalnız bir istiqamətini səciyyələndirməsi, ona 
istinadəq aparılan təsnifatın elmi dəyərini azaldaraq 
adekvat tipoloji xarakteristikanın 
əldə edilməsini 
mümkünsüzləşdirir.  
Deməli, kriteri seçimi dilin tipoloji strukturuna komp-
leks yanaşmanı labüd edir. Məhz, (şərti olaraq qəbul edilən) 
tip etalonunun bütün özəlliklərinin nəzərə alınmaması  bəzi 
hallarda, hətta, görkəmli tədqiqatçıların bu və ya digər dil 
                                                 
1
  Бодуэн  де  Куртенэ  И.А.  Избранные  труды  по  общему  языкознанию. 
Том I, М., 1963, стр.70. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
87
faktının tipoloji xarakteristikası ilə bağlı qeyri-səhih 
nəticələrə  gəlməsinə yol aça bilmişdir. Belə ki, Maks 
Müllerin «ari (hind-Avropa) sözlərinin sanki bir 
«parça»dan düzəldilməsi təəssüratı yaranırsa, turan 
sözlərində isə… «tikiş» və «çat»lar aydın sezilir» - fikrinin 
davamı olaraq, mahiyyət etibarilə, «iltisaqilik və flektivlik 
terminlərinin qarşı-qarşıya durmalı» olduğunu bildirən 
C.Qrinberq sonuncu istilahın ismin hal sonluqları  və felin 
şəxs və  kəmiyyət fleksiyalarında olduğu kimi, konkret 
mənadan məhrum və cümlədə sözlərarası münasibətlərin 
ifadəsinə xidmət edən affikslərə işarə etdiyini önə sürərək 
bu  əsasda  «türk dillərinin eyni zamanda həm 
aqlütinativ  (əgər üsul (yəni  şəkilçilərin mexaniki 
birləşmə üsulu – A.H.) nəzərə alınsa),  həm də flektiv 
(əgər hal sistemi və felin təsrif sistemi nəzər alınsa) dil» 
olduğunu (kursiv bizimdir – A.H.) iddia etmişdir.
1
 
Daha dəqiq desək, dilçi Sepirəqədərki linqvistik tipo-
logiya nəzəriyyəsinin qüsurlarını qabartmaq üçün, həmin 
dövrün bölgü meyarlarının qeyri-dəqiqliyini sözügedən 
dilin tipoloji xarakteristikası timsalında sübut etməyə 
çalışmışdır. Halbuki, ənənəvi kriterilərin yetərsizliyi 
fikrində israrlı olan tədqiqatçı  gəldiyi nəticənin qeyri-
adekvatlığında, ilk növbədə, klassik bölgü meyarlarını 
deyil, özünün qeyri-kompleksli yanaşmasını «günahlandır-
malıdır». Belə ki, Sepirin çoxrakurslu tipoloji dəyər-
ləndirmə mexanizminə (cüzi istisnalarla tərəfdar çıxan 
C.Qrinberqin özü, konkret dil faktlarına nəzərən,  ənənəvi 
kriterilərin bütöv arsenalını  tətbiq etmədən, qeyri-
kompleksli yanaşma sərgiləmişdir.  
Biz, həmin (ənənəvi) kriterilərin qüsursuzluğunu iddia 
                                                 
 
1
  Гринберг Дж. Квантитативный подход к морфологической типологии 
языков / Новое в лингвистике. Выпуск III. М.,1963,  стр.74. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə