Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə2/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   2   3   4   5   6   7   8   9   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
3
G İ R İ Ş 
 
Dil sisteminin yekcins tipololoji mahiyyət kəsb edən 
element və mexanizmlər toplusu olmaması fikri müasir 
linqvistik tipologiya təliminin banisi hesab edilən V. Hum-
boldtun araşdırmaları dövründən etibarən, demək olar ki, 
yekdilliklə  qəbul edilmiş  və müəyyən mənada, doqma 
statusu qazanmış mülahizə hesab edilir
1
. Lakin bu 
(politipoloji) sistemi təşkil edən komponentlərin tipoloji 
təbiəti, onların (həmin komponentlərin) qarşılıqlı mü-
nasibəti, fərqli  (tipoloji) mahiyyətli elementlərin birgə-
mövcudluğunun  əldə edilməsi naminə yaranan «konsensus 
proqramlar», bu qəbildən fəqliliyə malik komponentlərin 
politipolojilik  şəraitində  sərgilədikləri «davranış» 
mexanizmi və onun sistem tərəfindən təyinlənən limiti, 
habelə  həmin fərqli tipoloji təbiətli element və 
mexanizmlərin  formalaşdırdığı sistemin struktur özəyin-
dəki tipoloji təmayüllərin  «qüvvələr nisbəti»  məsələsi 
kimi bir çox problemlər linqvistik düşüncə tarixində önəmli 
xidmətlərə imza atmış 
ən müxtəlif tipologiya 
nəzəriyyələrinin, bir növ, (belə demək mümkünsə) «Axilles 
dabanı»  hesab edilir. Belə ki, linqvistik tipologiyada, hətta, 
bu təlimin özəyini, bir növ, meydanagəlmə  səbəbini təşkil 
edən «dil tipi» anlayışının özünün nələri ehtiva etməsi, nə 
kimi kriterilərə  əsaslanan bölgüdən çıxış edilərək hansı 
kəmiyyət və özəlliklərə malik olması kimi məsələlərin  belə 
dəqiq həll qazanmamış olması ardı – ardına silsilə 
problemlərin ortaya çıxmasına təkan verməyə bilməzdi. 
                                                 
1
  бах:  Морфологическая  типология  и  проблема  классификации  языков 
(сбор.стат.).  М.-Л., 1965; Лингвистическая  типология  и  восточные  языки. 
Материалы  совещания.  М., 1965; Понятие  агглютинации  и  агглюти-
нативного типа языков. Тезисы докладов. Л., 1961; Понятие агглютинации 
и агглютинативного типа языков. Тезисы докладов. Л., 1961.  вя с.  


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
4
Linqvistik tipologiya nəzəriyyələrinin tarixindən bəlli 
olduğu kimi, ən mütəlif dövrlərdə  morfoloji təsnifat 
kriteriləri ilə bağlı  sərgilənən və linqvistik konsepsiya 
müxtəlifliyindən qaynaqlanan fərdi yaradıcı münasbət dil 
tiplərinin bölgüsünün iki
1
, üç
2
, dörd
3
, beş
4
, səkkiz,  və 
hətta,  iyirmi bir
5
 (?! – A.H.) tipin fərqləndirilməsinə 
çatmasına yol açmışdır. Sössüz ki, belə fikir müxtəlifliyi və 
ən  əsası, ortaq məxrəcin  əldə edilməsi yönündə ümumi 
nəzəri platformun hazırlanması  cəhdlərinin, demək olar ki, 
qeyri – mövcudluğu bu kimi problematik məsələlər 
toplusunda konsensusun əldə edilməsinə yardımçı ola 
bilməzdi. 
Linqvistik tipologiya nəzəriyyələrinin ikiyüzillik inkişaf 
tarixinin ən ötəri təhlili belə bu təlimin cəmiyyət həyatında 
dilə, onun (dilin) təbiət və mahiyyətinə, habelə, ictimai 
spesifikasına və  təfəkkürlə yaratdığı  təbii vəhdətinə 
münasibətin dəyişməsi ilə  sıx bağlı olduğuna  şübhə yeri 
qoymur. Başqa sözlə, ictimai hadisə olan dilə (sözünü 
etdiyimiz qəbildən)  münasibətin  və bir ictimai elm kimi 
dilçiliyə maraq  səviyyəsinin göstəricilərindəki istənilən 
xarakterli dəyişikliklər  linqvistik tipologiya 
                                                 
1
 
Шлеэел гардашларынын илкин  тясифат дяйярляндирмясиндя олдуьу кими, бах: 
Ахундов А.А. Цмуми дилчилик. Дилчилийин тарихи, нязяриййяси вя методлары. 
Б,, 1979.  
2
 
мяс: А.Шлейхер тяснифатында (бах: йеня орда, с.26); Ч. Базелин дяйярлян-
дирмяляриндя (бах: Базелл Ч.Е. Лингвистическая типология  /  Принцип 
типологического анализа языков различного строя. М., 1972, с.15-30)  вя 
с. тящлиллядя олдуьу кими.
 
3
 фон Гумбольдт Вильгельм. О различии строения человеческих языков 
и его влиянии на духовное развитие человечества / Избранные труды по 
языкознанию М., 1984. 
4
  бах:  Фортунатов  Ф.Ф.  Сравнительное  языкознание.  Общий  курс / 
Ф.Ф.Фортунатов.  Избранные  труды.  Том 1, М., 1956, Скаличка  В.  К 
вопросу о типологии // Вопросы языкознания, 1966, №4; с. 22 – 30. вя с. 
5
 Гурбанов А. Цмуми дилчилик. I щисся. Б., 1989, с.430. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
5
nəzəriyyələrinin ideya platformunda təsirsiz ötüşə bilməzdi. 
Belə ki, romantizm ruhunun ictimai-fəlsəfi görüşlərə hakim 
kəsildiyi, pozitivist yanaşmanın aparıcı dünyagörüşü kimi 
qəbul edildiyi dönəmlərdə dillərin struktur quruluşunun 
təxminən müvafiq prizmadan dəyərləndirilməsi tamamilə 
anlaşılan idi. Bu mənada, xalqın dilinin «xalqının ruhu» ilə 
özləşdirilməsi,
1
 dil tiplərinin isə, öz növbəsində, xalqın 
təfəkkür tərzi və dünyagörüşü kontekstində 
dəyərləndirilməsi məlum ideya fəlsəfi cərəyanların spesifik 
təfsirinin davamı kimi səciyyələndirilə bilər. Sözügedən 
fəlsəfi cərəyanların təbiət və həyat hadisələrininin, bir növ, 
idealizasiyası meylləri dil tiplərinin təhlili prosesində eyni 
standartların tətbiqini qaçınılmaz etmişdir. Belə ki, 
romantik – tipoloqların (linqvistik tipologiyanın baniləri 
sayılan Fridrix və Avqust – Vilhelm Şlegel qardaşlarının) 
flektiv dilləri ideallaşdıraraq  ən yüksək təfəkkür tərzinin 
inikası olmasını iddia etməsində, habelə, bu dillərdə  
onların «ideallığına» xələl gətirən iltisaqi dil elementlərinin 
mövcudluğunu gözardı etməsində,
2
 bir növ, sözügedən süni 
idealizasiya tendensiyasının təsir izlərinin mövcudluğunu 
inkar etmək mümkün deyil.  
Darvinizm ideyalarının ictimai – fəlsəfi fikrə, demək 
olar ki, hakim kəsildiyi bir dövrdə dil tiplərinin təbiət 
varlıqlarının iyerarxiyasına uyğun  şəkildə (kristallara –  
təcridi quruluşlu dillər, bitkilərə – aqlütinativ quruluşlu 
dillər, heyvan orqanizminə –  flektiv quruluşlu dillər uyğun 
tutulurdu) nəhayətli təkamül sxeminə müvafiq (yəni, ən son 
                                                 
1
 фон Гумбольдт Вильгельм. О различии строения человеческих языков 
и его влиянии на духовное развитие человечества / Избранные труды по 
языкознанию М., 1984. 
2
 Реформатский А.А. Агглютинация и фузия как две тенденции грам-
матического строения слова  / Морфологическая типология и проблема 
классификации языков. М.- Л., 1965, стр. 84-85. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə