Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə9/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   5   6   7   8   9   10   11   12   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
25
liyi» gözardı edilmirdi
1

 Doğrudur, Sepir tipologiyasını Praqa funksionalistlə-
rinin təqdim etdiyi xarakteroloji «bölgü» ilə (zənnimizcə, 
əksər funksionalist klassifiasiya modellərinə  şamilən 
«bölgü» sözü, şərti olaraq, işlənməlidir) eyniləşdirmək 
olmaz. Belə ki, Praqalı xarakteroloqların qarşılarına başlıca 
məqsəd olaraq, dillərin struktur özəlliyə görə  təsnifi deyil
ilk və demək olar ki, əsas olaraq, onların təsvirini qoyduğu 
halda, Amerika tipoloqları geniş rakurslu yeni bölgü 
kriterilərini təqdim edirlər
2
. Sadəcə olaraq, Amerika 
tipoloqlarının novatorluğu o səviyyəyə çatmışdır ki, dillərin 
ən müxtəlif rakurslara dayanan çoxcəhətli xarakteristikasını 
verməyə çalışarkən, A.A.Reformatskinin haqlı olaraq, 
bildirdiyi kimi, iyirmi bir fərqli quruluşlu dilin «olduqca 
uğurlu (tipoloji – A.H.) səciyyələndirilməsi»nin 
aparılmasına baxmayaraq, burada, ümumiyyətlə,  «"dil 
tipi»nin nə olduğu aydın  şəkildə anlaşılmır"» (kursiv 
bizimdir – A.H.).
3
 Müxtəlif dönəmlərdə öz əsərlərində 
Sepir təsifatının  ən fərqli aspektlərinə dayanan geniş 
təhlilini aparmış dilçiyə (A.A.Reformatskiyə) görə, «Sepir 
dil tipini aparıcı qrammatik təmayülə görə anlamaq 
istəyənlərə əl tutmamış»
4
 və «tarixilikdən kənar, tamamilə 
                                                 
1
  бах:  Даниленко  В.М.  Лингвистическая  характерология  в  концепции 
В.Матезиуса  // Вопросы языкознания, 1986, № 4, стр. 124. 
2
бах:  Сепир  Э.  Язык.  Введение  в  изучение  речи.  М.-Л., 1934; Сепир  Э 
Избранные труды по языкознанию и культурологии М., 1993; Гринберг 
Дж.  Квантитативный  подход  к  морфологической  типологии  языков / 
Новое в лингвистике. Выпуск III . М., 1963, стр.60-94; 
Даниленко  В.П  Общая  типология  языков  в  концепции  Э.Сепира 
www.islu.ru/danilenko/articles/sepirtipol.htm вя с.
 
3
  Реформатский  А.А.  Теория  языка.Типологическая  (морфологическая)  
классификация языков. http://genhis.philol.msu.ru/printer_133.shtml 
4
  Реформатский  А.А.  Агглютинация  и  фузия  как  две  тенденции  грам-
матического  строения  слова / Морфологическая  типология  и  проблема 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
26
qeyri-tarixi» klassifikasiya ortaya qoymuşdur. (kursiv 
bizimdir – A.H.).
1
 
Göründüyü kimi, A.A.Reformatski tipoloji «kimliyin» 
təsbiti zamanı determinantanın müəyyənləşdirilməsinin 
həlledici rol oynadığını önə sürür. Aparıcı tipoloji təmayül 
isə irəlidə daha ətraflı şəkildə izləyəcəyimiz kimi, müxtəlif 
tədqiqatlarda dilin struktur «çertyoju», «determinanta»sı və 
ya «dominantı» qismində səciyyələndirilən qrammatik özül, 
əsas tipoloji mexanizm, bir növ, qrammatik quruluşun «ana 
platform»udur. Başqa sözlə, dilin spesifikasını 
təyinləndirən belə faktorun nəzərə alınmadığı  təsnifatın, 
sözün  əsl mənasında, işlək klassifikasiya mexanizmi kimi 
qəbul edilib tətbiqata yönəlməsi, demək olar ki, 
məqsədəuyğun deyildir. 
Bununla belə, tipoloji araşdırmaların yeni keyfiyyət 
mərhələsinə qalxması  və determinantanın təsbiti zamanı 
geniş rakurslu araşdırmalara özən göstərilməsi baxımından, 
eləcə  də yeni və  əhatəli yanaşma  ənənəsini təşviq etməsi 
baxımından Sepir araşdırmalarının müstəsna rolu 
danılmazdır. Və bu üstün məziyyətlər eyni ideoloji platfor-
mda (strukturalizmdə) dayanmalarına baxmayaraq, 
sözügedən təsnifat ilə  Praqa funksionalistlərinin tipoloji 
görüşləri arasında bərabarlik işarəsinin qoyulmasını 
mümkünsüz edir. Belə ki, bu bölümdə araşdırılan problem 
xarakterli dəyərləndirmə aparıldıqda, sonuncularda 
taksonomiyaya  əsaslanmış sistematizasiyanın yer almadığı 
aşkarlanır. Başqa sözlə, Sepir təsnifatının (beş dəfə edilmiş 
redaktəyə baxmayaraq
2
) taksonomik aparatının yetərincə 
                                                                                                         
классификации языков М.-Л., 1965, стр. 90. 
1
  Реформатский  А.А.Теория  языка.Типологическая  (морфологическая)  
классификация языков. http://genhis.philol.msu.ru/printer_133.shtml
 
2
 
бах:  Даниленко  В.П Общая  типология языков  в  концепции  Э.Сепира 
www.islu.ru/danilenko/articles/sepirtipol.htm
 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
27
olumlu nəticə ortaya qoya bilmədiyi halda, Praqa 
funksionalistlrinin  əksəriyyəti belə bir yanaşmaya, 
ümumiyyətlə, lüzum görmürdülər. 
Doğrudur, bir məqam Sepir-Qrinberq tipologiyasını 
«funksional» tipologiya ilə, demək olar ki, tamamilə 
eyniləşdirir. Bu da onların qeyri-tarixiliyidir. Sinxronik-
diaxronik tipologiya problemi çərçivəsində bu məsələnin 
təhlilinə geniş yer ayırılacağından, burada,sadəcə olaraq, 
onu qeyd etmək istərdik ki, hətta onilliklər sonra
müqayisəli-tarixi dilçiliyin mövqelərinin təkrarən bərpa 
edilməyə başladığı bir dövrdə, T.Milevski əsl «tipoloji 
dilçiliyin bilavasitə  təsviri dilçilikdən törədiyini» önə 
sürmüş  və onun da (tipoloji dilçiliyin də)  müqayisəli – 
tarixi dilçilikdən kəskin  şəkildə  fərqləndiyini iddia 
etmişdir (kursiv bizimdir – A.H.).
1
      
Göründüyü kimi, sözügedən klassifikasiyalar bir çox 
halda  əsl təsnifati modellərə xas taksonomik dəyərləndir-
mələrdən məhrum olduqları üçün (ümumiyyətlə, 
«klassifikasiya» anlayışına müvafiq kriteriləri qarşıla-
madıqlarından), sadəcə, xarakteroloji təsvir olaraq ortaya 
çıxmışlar. Və ya A.Suxotinin Sepir araşdırmasının şərhində 
bildirdiyi kimi, «hər bir dili digər dillərə nəzərən, iki və ya 
üç müstəqil nöqteyi-nəzərdən  dəyərləndirməyə imkan 
tanıyan  metod» (kursiv bizimdir – A.H.)
2
    qismində 
formalaşaraq real nəticəsiz, yəni konkret olan «tip» 
anlayışını modelləşdirmədən və dil srukturunun 
dəyişkənliyini önəmsəməyərək sırf  sinxronik xarakterolji 
dəyərləndirməyə istinad edən  qarşılaşdırma qismində 
meydana çıxmışdır. 
                                                 
1
 Милевский Т. Предпосылки типологического языкознания  / Исследо-
вания по структурной типологии, М., 1963, стр.4. 
2
 Сухотин А.  Предисловие / Сепир Э. Язык. Введение в изучение речи 
М.-Л.,1934, стр. 
ХВЫЫЫ.
 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə