Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə7/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   2   3   4   5   6   7   8   9   10   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
19
və resessiv elementlər» anlayışları arasındakı 
bənzərsizliklərin təsbiti işinə, habelə bəzi tipoloji tədqiqat-
ların məlum təsnifat standartlarına uyğunsuzluğunun aşkara 
çıxarılmasına yardımçı ola biləcəyini nəzərə alaraq,məsəyə 
bir qədər aydınlıq gətirilməsini məqsədəuyğun hesab edirik. 
«Araşdırma və ya müşahidə obyektlərinin müəyyən 
ortaq göstəricilərə görə qruplaşdırma sistemi» qismində 
tanımlanan klassifikasiyanın
1
 taksonomiyaya qarşı qoyul-
ması qeyri-mümkün olduğu kimi, əsasən, iyerarxik 
münasibətlərdə olan komponentlərin klassifikasiyasını 
gerçəkləşdirən və «altnöv» və «üstnöv» (podvid-supervid) 
fərqləndirilməsini təmin edən taksonomik təsnifatla
2
 
sistematizasiya arasında da bərabərlik işarəsi qoymaq 
olmaz. Belə ki, sinonim – dubletlər qismində  səciyyələn-
dirilə bilməyən bu istilahların semantik altyapısının təhlili 
onların birinin digərini tamamladığını,daha dəqiq desək,bir 
çox halda birinin digərinin mövcudluğunu tələb etdiyini 
ortaya qoyur. 
Doğrudur, sözügedən anlayışlarla bağlı müvafiq ensik-
lopedik və  fəlsəfi  ədəbiyyatlarda təqdim olunan ümu-
miləşdirilmiş  məlumatların səthi təhlili bu çətin sezilən 
fərqin aşkara çıxarılmasına mane olur Belə ki, «takso-
nomiya»ya verilən təriflər bu istilahın adından da bəlli 
olduğu kimi,(yunan d. toxis «quruluş, nizam, mövqe»; 
nómos «qanun») onun (taksonomiyanın) «reallığın, adətən, 
iyerarxik quruluşa və  çətin (çoxtərkibli) təşkilatlanmaya 
malik sahələrinin(…coğrafi obyektlər, geologiya, dilçilik
etnoqrafiya və s.) təsnifatlandırılması  və  sistematizasiyası 
nəzəriyyəsi» (kursiv bizimdir – A.H.) qismində 
                                                 
1
 Классификация http://ru.wikipedia.org/ 
2
Taxonomy 
http://en.wikipedia.org/wiki/Taxonomy
; Таксономия    http://ru. 
wikipedia.org/ 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
20
dəyərləndirildiyini ortaya qoyur.
1
  
Göründüyü kimi, burada sözügedən istilahın ixtiyari 
istifadəsi müəyyən anlaşılmazlığa yol açmışdır. Halbuki, 
sonuncunu (sistematizasiyanı) təyinləndirən təriflərdə 
taksinomiyanın bir sistematizasiya aləti olub ona (siste-
matizasiyaya) xidmət etdiyi bildirilir. Daha dəqiq desək, 
taksonomiya düzgün və  hərtərəfli sistematizasiyanın 
aparılması  məqsədilə qarşılıqlı  əlaqədə olan eyni obyektin 
komponentlərinin və ya (çoxtərkibli obyektin tərkib 
hissələrini təşkil edən) ayrı-ayrı obyektlərin iyerarxik 
münasibətlərini təsbit etməklə
2
 sistematizasiya matrisasını 
ortaya çıxarmış olur. 
Deyilənlərə istinadən belə bir ilkin nəticəyə  gəlmək 
mümkündür ki,linqvistik tipologiya iyerarxik münasibət-
lərin təsbitinə  əsaslanan  taksonomik təsnifatlandırmadan 
törəyən  sistematizasiya mexanizmidir. Başqa sözlə, bu və 
ya digər dilə verilən tipoloji «kimlik vəsiqəsi» həmin dildə 
bu və ya digər qrammatik kateqoriyaların ifadəsi 
çərçivəsində  və ya derivativ proseslərdə öz reallaşmasını 
qazanan ayrı-ayrı tipoloji təmayüllərin iyerarxik 
münasibətlərinin aşkara çıxarılmasından sonra mümkün olur. 
Yəni, obyektiv tipoloji səciyyələndirmə  yalnız və yalnız 
aparıcı tipoloji təmayül (və ya G.P.Melnikovun dilçiliyə 
qazandırdığı  və artıq bir çox tipoloji araşdırma müəllifləri 
tərəfindən yararlı  şəkildə istifadə edilməkdə olan 
terminologiyadan çıxış etsək, tipoloji və ya qrammatik 
«determinanta»
3
) və sapma elementlərinin dil sistemi 
                                                 
1
 Классификация. http://ru.wikipedia.org/ 
2
 Systematics. http://en.wikipedia.org/wiki/Systematics 
3
  Мельников  Г.А.Языковая  стратификация  и  классификация  языков    / 
Единицы различных уровней грамматического строя языков и их взаи-
модействие. М., 1969; Мельников Г.П. Детерминанта - ведущая грамма-
тическая тенденция языка // Фонетика, фонология, грамматика (в честь 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
21
çərçivəsindəki çəkisinin obyektiv təsbiti sayəsində mümkün 
olur.  Bütün fərqli yanaşmalar linqvistik tipologiya 
nəzəriyyələrinin inkişafına göstərdikləri önəmli xidmətlərə 
rəğmən, 
əsl mənada,tipoloji təsnifat qismində 
səciyyələndirilə bilməz.  Belə ki,həmin dəyərləndirmələrdə 
təsnifatlandırmanın təməl prinsiplərinə yetərincə uyğunsuz 
olduğunu zənn etdiyimiz məqamlar yer alır ki,bu da həmin 
təhlillərin (hətta, kifayət qədər uğurlu nəticələr ortaya 
qoysalar belə),  əsasən,  təsviri  konstatasiyadan törəyən 
xarakteroloji  təsbitdən başqa bir şey olmadığını 
düşünməyə  əsas verir. Ən azından, həmin araşdırmaların 
tipoloji təsnifatın obyektivliyinin ən önəmli məqamlarından 
olan taksonomik dəyərləndirmələrin yer almamasından 
dolayı,  sadəcə, xarakteroloji sistematizasiya mexanizmi 
qismində  səciyyələndirmək daha düzgün olardı  (əslində, 
ənənəvi bölgünün təklif etdiyi sistematizasiya ilə 
müqayisədə, burada həmin terminin tətbiqi bir qədər  şərti 
işlədilmə kimi görünə bilər).  
Doğrudur, klassik tipologiyanın özülünü təşkil edən 
Şlegel təsnifatında taksonomik dəyərləndiriləmələrə heç bir 
şans tanınmadan hind-Avropa dillərinin «ideal flek-
tivliyinin» «bəsit» aqlütinasiya elementlərindən arınmış 
durumda olduğu iddia edilirdi.
1
  Və bu əsas gətirildiyi 
təqdirdə, bəlkə  də son dəyərləndirmələrimizlə bağlı haqlı 
görülə bilən etirazlar meydana gələ bilər. Lakin ənəvi və ya 
klassik bölgü dedikdə, «ideal» və ya «təmiz» dil tipi 
                                                                                                         
70-летия  А.А.Реформатского) http://philologos.narod.ru/melnikov/determ. 
htm;
  Зубкова  Л.  Г.  К  истории  определения  детерминанты  языкового 
строя. // Сборник 
научных  трудов.  Казань, 2003. http://www.ksu.ru/f10/ 
publications /2003 
1
  Реформатский  А.А.  Агглютинация  и  фузия  как  две  тенденции  грам-
матического строения слова  / Морфологическая типология и проблема 
классификации языков. М. – Л., 1965, стр. 81-84.
 
 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə