Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə15/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   11   12   13   14   15   16   17   18   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
43
digər təsnifatlarda da (geniş anlamda, tipoloji tədqiqatların 
nəzərdə tutduğu) sistematizasiyanın reallaşdırılmasına 
baxmayaraq, istinad nöqtəsi kimi, qohumluq əlaqələri və ya 
coğrafi koordinat ümumiliyi deyil, bir tip daxilində 
«siniflənmə» üçün vacib olan ortaq göstəricilər  əsas 
götürüldüyündən, daha dar çərçivədə terminoloji, 
«dövriyyə»də istifadədə olan «tipologiya» istilahı, təsnifat-
lardan yalnız birinin – (artıq deyildiyi kimi) tip ideyasın-
dan çıxış edən klassifikasiya ilə özləşdirilməkdədir.  
Heç  şübhəsiz ki, elə bu səbəbdəndir ki, tipologiyanın 
ümumnəzəri problemlərini dəyərləndirmiş N.Ağazadənin 
bildirdiyi kimi, «bir çox halda, «tipologiya» deyildikdə, dil 
tipinin özü ehtimal edilir» və bu baxımdan tədqiqatçının 
mülahizələrinin təsdiqi üçün, İ.İ.Meşşaninovun «Tipoloji 
qarşılaşdırmalar və sistemlərin tipologiyası»  əsərindən 
iqtibas gətirdiyi fikirlərdə («tipologiya dil materialı 
əsasında müəyyənləşdirilir…»; «…tipologiyalar 
…müqayisəli qarşılaşdırmalarla dəqiqləşdirilir»)
1
 anlayış 
«əvəzlənməsi»nin deyil, terminoloji qarışıqlığın yer 
aldığını söyləmək olar. 
Məsələ ilə bağlı  dəyərləndirmələrimizi yekunlaşdıraraq 
onu bildirmək istərdik ki, dilçilik elmində «tipologiya» 
istilahının çoxsaylı  təsriflərinin paralel istifadəsindən 
qaynaqlanan müəyyən terminoloji qarışıqlığın mövcud 
olmasına baxmayaraq,ümumi cəhət ondan ibarətdir ki, bu 
termin dillərin struktur quruluşu ilə bağlı araşdırma-
lara,metodlara və s. tətbiq edilir. Lakin  həmin tətbiq 
rəngarəngliyinə  nəzərən söyləmək olar ki, «tipologiya» 
dillərin struktur-tipoloji özəllikləri ilə bağlı linqvistik fən-
ndir və sözügedən istilahın daha dar anlamda istifafadəsi 
                                                 
1
 Агазаде Н.Г. К вопросу о типологии языке / Научные записки. Язык и 
литература. XIII серия, 1968, №2, стр.15. 
 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
44
onun ilkin semantikasına xələl gətirə bilməz. 
 
1.4. 
Sinxronik – diaxronik tipologiya 
qarşılaşdırması haqqında 
 
Linqvitik tipologiya ilə bağlı geniş polemika oyatmış 
məsələlərdən biri də, heç şübhəsiz ki, bu təlimin hansı 
trayektoriyalı zaman koordinatlarından çıxış etməsi ilə 
bağlıdır. Başqa sözlə, burada, biz, sinxroniya – diaxroniya 
antinomik cütlüyünün qarşılaşdırmasından törəyən 
problemlə üzləşmiş oluruq.  
«Sinxroniya, yoxsa diaxroniya?»; «statika, yoxsa dina-
mika?» - bu sualların birmənalı  şəkildə  və  (əgər müm-
künsə) birdəfəlik cavablandırılması tipologiyanın həmin 
məsələlərlə üzvi bağlılığa malik bir çox problemlərinin 
həllinə önəmli xidmət göstərmiş olar. Belə ki, bu antino-
miya ilə bağlı seçim zamanı cavablandırmanın hansı 
nisbətdə olması tipoloji araşdırmaların ortaya çıxardığı 
nəticələrin həmin nisbətə müvafiq şəkildə  dərk edilməsinə 
və ya ona (həmin nisbətə) uyğunlaşdırılmasına  şərait 
yaradır. Belə ki, sırf sinxronik materialın dəyərləndirilməsi 
sayəsində    əldə edilən nəticələr və ya morfem inventarının 
struktur təkamülünün (dil sinxroniyası  nəzərə alınmadan) 
araşdırılması  əsasında ortaya çıxan elmi-nəzəri müddəalar 
bir-birindən yetərincə  fərqlənirlər. Maraqlıdır ki, onların 
(sinxroniya və diaxroniyanın) müştərəkliyi sayəsində  əldə 
edilən araşdırma yekunları da  yuxarıda qeyd olunan 
nəticələrdən bir o qədər fərqli mahiyyət kəsb edirlər.  
Biz, bu araşdırmada «linqvistik tipologiyada sinxroniya 
və diaxroniya» probleminin tam həllini təqdim edəcəyimizi 
iddia etməsək də problemin bəzi məqamlarına aydınlıq 
gətirməyə çalışmışıq. 
Macar tədqiqatçısı A.Rona-Taşın tipoloji metodun 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
45
kompleksliyi haqqındakı  tədqiqatından daha öncə  gətirilən 
iqtibasa istinadən, linqvistik düşüncədə bir metod kimi 
tipologiyanın həm sinxronik, həm də diaxronik dilçiliyə 
tətbiq imkanlarına malik olması fikrinin mövcudluğu 
haqqında rəy formalaşa bilər
1
. Lakin məsələ ilə daha 
yaxından tanışlıq linqvistik tipologiyanın  ən müxtəlif 
aspektlərində olduğu kimi, burada da əsaslı fikir ixtilafının 
mövcudluğunu ortaya qoyduğundan, sözügedən problemə 
yenidən qayıdaraq səsləndirilən fərqli mülahizələrlə bağlı 
münasibətimizi bildirməyi məqsədəuyğun hesab edirik. 
Belə ki, müəyyən qisim tədqiqatçılar tip anlayışına istinad 
edilən sistematizasiya üçün dillərin müəyyən zaman 
kəsiyindəki (sinxronik) qarşılaşdırmasından çıxış etməyi 
məqbul hesab edərək onun diaxronik tipologiyadan kəskin 
şəkildə  fərqləndiyini önə sürdükləri halda, digər qrup 
araşdırıcılar sinxronik təhlilin müstəsna əhəmiyyətini inkar 
etmədən və ümumiyyətlə,  sinxronik tipologiya – 
diaxronik tipologiya oppoziyasını  qəbul etmədən, dilin 
inkişafı  nəticəsində baş verən dəyişikliklərin onun (dilin) 
tipoloji xarakteristikasına labüd təsirini (daha dəqiq, onun 
tipoloji indeksasiyasına müdaxilə edə biləcəyini)  əsas 
götürərək, tədqiqatlara tarixi aspektdən dəyərləndirmələrin 
cəlb edilməsinin vacibliyini vürğulayırdılar. 
«Tipologiyaya diaxronik parametrlərin tətbiq edilməsi-
nin» və bununla da «tipologiya – müqayisəli-tarixi dilçilik» 
qatı oppozisiyasının aradan qalxmasının bir neçə 
istiqamətdə reallaşdığını» və «hal-hazırda çox az sayda 
dilçinin daha öncəki onilliklərdə olduğu kimi, tipologiya və 
tarixi linqvistikanın kəskin qarşılaşdırılması ilə razılaşa 
                                                 
1
 Рона-Таш А.О комплесивности типологических методов / Лингвисти-
ческая типология и восточные языки. Материалы совещания. М., 1965, 
стр.259. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə