Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə13/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   9   10   11   12   13   14   15   16   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
37
yanaşmasını paylaşan V.N.Yartseva, V.M.Solntsev, 
Y.S.Kubryakova
1
  və bir çox başqalarının tamamilə haqlı 
mövqedən çıxış etdiklərini ortaya qoyur.  
Qeyd olunanlar linqvistik tipologiyadakı terminologiya 
problemlərinin yalnız bir hissəsini  əhatə etməsinə 
baxmayaraq (tədqiqatın irəlidəki bölümlərində konkret 
problemlərin dəyərləndirməsi çərçivəsində, digər qrup 
istilah qarışıqlıqları da nəzərdən keçiriləcək), onu deməyə 
əsas verir ki, mövcud qeyri-dəqiqlik, əsas etibarilə, tipoloji 
tədqiqatların münfəridləşərək  ümummorfoloji 
araşdırmalardan (son onilliklərdə nümayiş etdirməkdə 
olduğu) ayrılma tendensiyasından və ya morfoloji təsnifat 
kriterilərinin birmənalı olmamasından qaynaqlanır. 
Tipoloji bölgü meyarları ilə bağlı yaranmış anlaşılmaz 
vəziyyətə 
gəlincə, onun arxasında bu (tipoloji) 
nəzəriyyənin haqqında uzun müddət mübahisələr gedən 
problemi – dil tipinin «sərhəd»di problemi dayanır. 
 
1.3. Linqvistik tipologiya – metod, fənn və ya 
təsnifatlandırma sistemi? 
 
Tipolgiya sahəsində aparılan istənilən spektrli tədqi-
qatın üzləşə biləcəyi və (ona) münasibət bildirilmədən yeni 
araşdırma səviyyəsinə keçilməsi qeyri-mümkün olan ilk 
terminoloji «baryer» linqvistik düşüncədə «tipologiya» və 
«tip» anlayışları ilə bağlı yetərincə fərqli interpretasiyaların 
mövcud olmasından qaynaqlanır.Bu mənada, «tipologiya» 
və «tip» terminlərinin geniş sahədə  tətbiqinə  nəzər 
salmaqla, haqqında bəhs edəcəyimiz anomaliya hallarının 
                                                 
1
 Кубрякова Е.С. Морфонологические характеристики и их роль в типо-
логическом  описании  языков / Лингвистическая  типология.  М., 1985,  
стр. 61-62. 
 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
38
təbiəti ilə bağlı  dəyərləndirmələrin hansı kriterilərə 
əsaslanması ilə bağlı mümkün fərqli 
şərhlərdən 
sığortalanmış olarıq. 
 İlk olaraq onu bildirək ki, bizim istifadə edəcəyimiz 
«tipoloji sapma» istilahı, ümumiyyətlə, eyniyyətə, daha 
dəqiq desək, oxşarlığa  əsaslanan sistemləşdirmə
1
  çərçi-
vəsindəki anomaliya hallarını  əhatə etmir. Belə ki, bəzi 
hallarda tipologiya, dilçiliyin «ən qədim və eyni zamanda 
ən az araşdırılmış şöbələrindən biri» (V.Skaliçka)
2
 kimi və 
eləcə  də daha geniş anlamda «digər elmlərlə (məntiq, 
estetika, psixologiya və s.) birgə, dili öyrənən dilçiliyin 
hissəsi» olaraq (Y.V.Rojdestvenski)
3
  və ya ümumiyyətlə, 
«...qrammatik tiplər haqqında elm» qismində (P.Hartman)
4
 
səciyyələndirilirdi.  
Əgər digər tərəfdən, bir çox tədqiqatlarda tipologiyanın 
həmçinin, artıq deyildiyi kimi, «morfoloji klassifikasiya» 
adlandırıldığını
5
 da nəzərə alsaq, araşdırmaçıların universal 
və xüsusi tipologiya fərqləndirməsinin aparmasının hansı 
zərurətdən doğduğu məlum olur: G.V.Kolşanskinin 
bildirdiyi kimi, universal tipologiya özündə genetik 
tipologiya, areal tipologiya və xarakterologik tipologiyanı 
(yəni dar anlamda istifadə edilən və morfoloji 
klassifikasiya ilə özləşdirilən tipologiya – A.H.) ehtiva 
                                                 
1
 бах: Скаличка В.Типология тождеств / Исследования по структурной 
типологии. М., 1963,стр.32-34. 
2
 Скаличка В. О современном состоянии типологии.  /  Новое в лингвис-
тике. Выпуск  III. М., 1963, стр.19. 
3
  Рождественский  Ю.В.  Тезисы  о  природе  понятии  лингвистической 
типологии  / Лингвистическая типология и восточные языки. Материа-
лы совещания. М., 1965, стр.101 
4
 Агазаде Н.Г. К вопросу о типологии языке / Научные записки. Язык и 
литература. XIII серия, 1968, №2, стр.14. 
5
  Скаличка  В.Типология  тождеств / Исследования  по  структурной 
типологии.  М., 1963, стр.34. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
39
etdiyi halda, xüsusi və ya «səthi» tipologiya «dil 
strukturunun ifadəsində 
iştirak edən elementlərin 
təsnifatlandırılmasını  təcəssüm edir»
1
.Başqa sözlə, burada 
leksik, sintaktik və s. «xüsusi» və ya «səthi» tipologiyalar, 
müəyyən mənada, morfoloji sistematizasiyaya əsaslanan 
təsnifata qarşı qoyulur. «Köhnə tipologiyanın … morfoloji 
olması»ndan dolayı, ona ünvanlanan tənqidlərin haqlı 
olduğunu önə sürən V.Skaliçka «yeni tipoloji məktəblərin 
təkcə morfoloji deyil, eləcə  də fonetik, sintaktik və leksik 
tipologiyalara istiqamətləndiyini» (doğrudur, çex alimi 
«bununla belə, morfologiyanın diqqət mərkəzində 
qaldığını» dəfələrlə vurğulamışdır
2
)  bildirməklə, onlar 
arasında bu və ya digər səviyyəli bərabərhüquqluluğun 
olduğunu qeyd etmişdir.  
O da maraqlıdır ki, növbəti araşdırmasında «morfoloji 
klassifikasiya» terminində adı keçən yarusun təsni-
fatlandırma zamanı müstəsna rol oynadığını etiraf edən 
V.Skaliçka  «tipologiyanın tətbiqi baxımından… fonetika
sintaksis və leksikanın yalnız ikinci dərəcəli sahələr 
olduğunu» daha aydın şəkildə dilə gətirmişdir 
3
.  
Yeri gəlmişkən, bir qədər irəli gedərək, əvvəlcədən onu 
bildirmək istərdik ki, müasir tipoloji araşdırmaların 
tədqiqat obyektinə geniş rakursdan nəzər salması  nəticə-
sində, morfoloji göstəricilərin önəminə kölgə salınmasa da, 
sözügedən təsnifatın adındakı 
təyinin (morfoloji 
klassifikasiya) mütləq səciyyə daşımadığı  və dil tipinin 
                                                 
1
  Колшанский  Г.В.Универсальная  и  частная  типология  языка / 
Лингвистическая типология. М., 1985, стр.16-17 
2
  Скаличка  В.Типология  тождеств / Исследования  по  структурной 
типологии. М., 1963, стр.32-34. 
3
 Скаличка В. К вопросу о типологии // Вопросы языкознания, 1966, №4, 
стр.24 
 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə