Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə16/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   12   13   14   15   16   17   18   19   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
46
biləcəyini» önə sürən M.M.Quxman
1
 sinxronik 
tipologiyanın, obyektiv olaraq, üstün mövqeyə malik 
olduğunu, özü də bu üstünlüyün, yalnız onun (sinxronik 
tipologiyanın) «uzun müddət tipoloji araşdırmaların yeganə 
istiqaməti olması»ndan qaynaqlanmayıb «istinad 
materialı»nın, məhz,onun tərəfindən təqdim edilməsi ilə 
şərtləndiyini bildirmişdir.  
«Tipologiya və dil tipi» mövzulu araşdırmasında 
sonuncunun (dil tipinin) «zaman sərhədləri» ilə bağlı 
məsələyə aydınlıq gətirən, «hər bir konkret dilin… özü ilə 
aramsız dəyişən obyekti təcəssüm etdirməsi»ni diqqətdən 
yayındırmayan V.M.Solntsev sinxronik – diaxronik 
tipologiya probleminə münasibətdə oxşar mövqe nümayiş 
etdirərək «dilə, ilk növbədə, …sinxronik nöqteyi-nəzərdən 
yanaşılmasına baxmayaraq, tipologiyanın … diaxronik 
aspektə də malik olduğunu» xüsusi olaraq vurğulamışdır
2

 Onu da qeyd edək ki, özünün digər  əsərində «istənilən 
tipoloji araşdırmada tətbiq edilən qarşılaşdırmanın çıxış 
pozisiyasının – struktural; müqayisəli dilçilikdə istifadə 
olunan qarşılaşdırmanın çıxış mövqeyinin isə material 
mahiyyət kəsb etdiyini» bildirən və bu qəbildən linqvistik 
tədqiqatlarda «araşdırma üsulları 
və 
cəlb edilən 
materialların xarakterinin sıx bağlı olduğunu» önə sürən 
M.M.Quxman, bununla belə, tipoloji (tipologiyanın 
sinxronik və diaxronik növlərinin olmasına baxmayaraq) və 
müqayisəli-tarixi araşdırmaların ehtimal edilən 
birləşməsinin baş vermədiyini və  «əslində, hər bir təhlil 
növünün öz məqsədlərinin olmasından dolayı, bu 
birləşmənin heç də arzuolunan hesab edilmədiyini» dilə 
                                                 
1
  Гухман  М.М  О  предмете  исторической  типологии. / Лингвисти-
ческая типология. М., 1985, стр.19, 21. 
2
  Солнцев  В.М.  Типология  и  тип  языка // Вопросы  языкознания. 1978, 
№2,  стр.38-39. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
47
gətirmişdir
1
. Başqa sözlə, diaxronik-tipoloji və müqayisəli-
tarixi araşdırmalar, araşdırdıqları linqvistik problemlərə dil 
tarixi aspektindən yanaşması baxımından ortaqlaşmasına 
baxmayaraq, mahiyyət etibarilə  fərqli missiyalarla 
yüklənmişlər. 
Göründüyü kimi, dil sistemini təşkil edən elementlərin 
özəlliklərinə  və qurduqları  əlaqələrin növlərinə  əsaslanan 
sistematizasiya üçün konkret zaman kəsiyindəki dil 
sisteminin təqdim etdiyi materialların və bərabərzamanlılıq 
prinsipinə görə, digər dil sistemləri ilə qarşılaşdırma 
nəticələrinin müstəsna əhəmiyyət kəsb etməsi heç bir şübhə 
doğurmasa da, tipoloji indeksasiyanın düzgün 
müəyyənləşdirilməsi; onun dəyişmə perspektivlərinin 
proqnozlaşdırılması və ya ayrı-ayrı dil vahidlərinin tipoloji 
xarakteristikasının adekvat təyinləndirilməsi üçün 
diaxronik tipologiyanın önəm kəsb etməsi faktı etiraf 
edilməlidir. Lakin dillərin hazırkı durumuna nəzərən, 
tipoloji bölgünün reallaşdırılması üçün sinxronik 
tipologiyanın həlledici rol oynaması mülahizəsi (daha öncə 
ümumi  şəkildə bildirdiyimiz kimi) fərqli fikirlərin 
formalaşmasına təkan vermişdir. Belə ki, tədqiqatçılar 
təsnifatın gerçəkləşdirilməsi üçün mövcud tələbləri 
qarşılayan sinxronik tipologiyanın sərhədlərini aşmağın 
lüzumsuzluğunu önə sürmüş  və ya digər halda, 
ümumiyyətlə, sinxronik – diaxronik tipologiya qarşılaşdır-
ması  məsələsini kəskin  şəkildə qoyan «az sayda dilçi» 
tapılmışdır.  
Məsələn, «Həmhüdud anlayışlar arasında «dil tipi» 
mövzulu tədqiqatın müəllifi V.N.Yartseva yazır: «İstər 
yeni, istərsə  də  qədim dillərin araşdırılması zamanı, 
                                                 
1
  Гухман  М.М  Индоевропейское  сравнительно-историческое  языкозна-
ние и типологические исследования  // Вопросы языкознания , 1957, №5, 
стр.48, 57. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
48
sinxronik «kəsiy»in gözlənilməsi, zənnimizcə, ona görə 
vacibdir ki, dil tipinin tarixi dəyişməsi problemi sonuncu-
nun (dil tipinin) müəyyənləşdirilməsi üçün kriterilərin 
təsbit edilməsi məqsədləri ilə qarışdırılmamalıdır»
1
. Lakin 
o da unudulur ki, doğrudan da, tipoloji təsnifat 
kriterilərinin müəyyənləşdirilməsi və  həmin kriterilərin 
konkret dillərdə  tətbiqi zamanı bir çox halda dilin müasir 
durumundan çıxış edib diaxronik tipologiyanın ortaya 
qoyduğu faktların (və ya onların dilin müasir 
vəziyyətindəki relikt formalarının) təsirindən qaçınmaq 
(məs: analitik-flektivlik göstəricilərinin tətbiqi üçün, ingilis 
və ya fars dillərinin qədim variantlarına da müraciət, 
sintetik və analitik insirafilik kriteriləri arasında sərhəddin 
yayğınlaşmasına gətirib çıxara bilər) məqsədəuyğun sayılsa 
da, digər tərəfdən diaxronik tipologiyanın gözardı 
edilməsinin elə  həmin kriterilərin yanlış biçimdə 
dəyərləndirilməsinə yol aça biləcəyini də  nəzərə almamaq 
olmaz. Belə ki,  hər hansı bir dilin müasir vəziyyətində boy 
göstərən faktlara əsasən, bu dilin tipoloji xarakteristikasını 
müəyyənləşdirərək, daha sonra digər dillərin struktur 
özəlliklərinin təhlilinə  həmin «etalon»dan yanaşılması, 
bəzən heç də doğru olmayan nəticələrin meydana çıxmasına 
səbəb ola bilər.  
Sinxronik-diaxronik tipologiya qarşılaşdırması  məsələ-
sini qoya biləcək həmin «az sayda dilçi»dən biri – 
«Tipologiyanın predmet və  məqsədləri haqqında»kı araş-
dırması boyu «məqsədli şəkildə terminoloji qeyri-dəqiqliyə 
doğru gedərək, tipologiya haqqında bəhs edərkən …(yalnız) 
statik tipologiyanı  nəzərdə tutmuş»  İ.F.Vardul  «statik və 
dinamik tipologiyanın, …adlandırma baxımından oxşar 
                                                 
1
Ярцева  В.Н. «Языковой  тип»  среди  сопредельных  понятий / Теорети-
ческие основы классификации языков мира. М.,1980., стр.31. 
 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə