Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə24/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   20   21   22   23   24   25   26   27   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
70
etdiyindən tipoloji dominant anlayışının fərqli 
redaksiyalarda təqdim olunan məna yükünün müəyyən 
sistematizasiyaya oturdulması araşdırmanın  öz məqsəd 
hədəflərinə çatması baxımından müstəsna  əhəmiyyət kəsb 
edir.Belə ki,qeyd olunun fərqli adlarla tanımlanan struktur 
komponentin nə olduğunu dəqiqləşdirmədən tədqiqatın 
digər bölümlərindəki araşdırmaların ana xəttini təşkil 
edəcək problemlərin altyapısının, tam mənası ilə, adekvat 
qavranılmasını təmin etmək mümkün deyil. 
2.1.1.  Tipoloji təsnifat anlayışının yayğınlığının «dil 
tipi»nin (anlayış olaraq) səciyyələndirməsində  fərqli yo-
rumlara yol açmasından dolayı, determinantanın təsbiti 
işində    də qaçınılmaz xaos ortamının meydana gəlməsi 
labüd idi.Belə ki,irəlidə daha təfsilatlı  şəkildə izləyəcəyi-
miz kimi,əksər tədqiqatlarda struktur dominantın yalnız bir 
tipoloji mexanizmin üzərində  nəşət tapdığı    qəbul 
edilirdisə, digər qisim tədqiqatlarda isə  hətta, determi-
nantanın özünün belə «stiril» ortamda mövcud ola 
bilməyəcəyi fikri əsas götürülərək müxtəlif komponentli 
(yəni,bir növ politipoloji) aparıcı  təmayül özülü təsbit 
edilir. Məsələn,K.Panfilovun stadial tipoloji təsnifatının 
ümumiləşdirilmiş  məntiqindən çıxış etsək,dilçiyə görə, 
aqlütinativ dillərdəki dominant elementlər,  əslində, poli-
sintetizm və  təcridi quruluş ünsürlərinin sintezindən 
başqa bir şey deyil (kursiv bizimdir – A.H.).
1
  
Göründüyü kimi,tipologiyanın bir çox məsələlərində 
olduğu kimi,aparıcı tipoloji təmayülün təsbit mexanizmi ilə 
bağlı problemdə  də yekdilliyin hökm sürdüyünü söyləmək 
çətindir. Və bu yorum fərqlilikləri təmayüllərarası 
metamorfozların adekvat səciyyələndirməsini çətinliyə 
sürükləyir. Belə ki, birinci yanaşma prizmasından də-
                                                 
1
 Панфилов К.Стадиальная типологическая классификация языков: опыт 
построения  
http://www.erlang.com.ru/euskara/?linguistics-stadial 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
71
yərləndirildikdə, dilimizdəki sinkretik köklər (məs: (ad) 
dad  - (fel) dad) təcridi dil quruluşunun rudimentləri 
qismində  səciyyələndirilə bildiyi halda,əks qütb yoruma 
görə,onlar tipoloji dominantı təmin edən mexanizmin tərkib 
ünsürləridir. Bu yorum fərqliliyinin araşdırmamız boyu 
təhlillərə  cəlb ediləcək dil faktların tipoloji səciy-
yələndirməsi işinin obyektivliyinə  xələl yetirməsindən 
sığortalanmaq üçün bizə görə aparıcı tipoloji təmayülün nə 
demək olduğuna birmənalı  şəkildə aydınlıq gətirməliyik. 
Və bu problemin uğurlu həlli üçün, ilk olaraq, terminoloji 
sinonimliyin dublet və ya nisbi uyarlılıq səviyyəsini 
müəyyənləşdirərək istifadə edəcəyimiz istilahların semantik 
altyapısında nəyi ehtimal edə biləcəyimizə  qərar 
verməliyik. 
Linqvistik tipologiyanın ulu dil rekonstruksiyasındakı 
rolunu dəyərləndirmiş T.V.Qamkrelidzenin bildirdiyinə görə, 
«dominant» və  «resessiv» istilahları, məhz, «genetik kod 
anlayışlarının təsbiti» zamanı adekvat dəyərləndirmə 
məqsədləri ilə müasir molekulyar biologiyadan mənim-
sənilmiş  və özlüyündə, bir növ, «dil sistemində iyerarxik 
asılılığı mövcudluğunu» (kursiv bizimdir – A.H.) ehtiva edən 
müvafiq məna diferensiallığını əks etdirmişdi.
1
 
Qısa bir müddətdə geniş istifadə sahəsi  əldə edən bu 
terminlərin genealoji səpkili araşdırmalardan tipoloji 
tədqiqatlara keçid etməsi uzun zaman almadı və tezliklə bir 
çox müvafiq istiqamətli tədqiqatlarda
2
 sözügedən 
                                                 
1
 
Гамкрелидзе  Т.  Лингвистическая  типология    и  праязыковая  рекон-
струкция  http://www.philology.ru/linguistics1/gamkrelidze-88.htm
 
2
  мяс:Серебренников  Б.А.  Общее  языкознание http://www.classes.ru/ 
grammar/115.Serebrennikov/;Панфилов.К.Основы  контенсивной  типоло-
гииhttp://www.erlang.com.ru/euskara/?linguistics-contensive; Панфилов К.Ста-
диал
ьная  типологическая  классификация  языков:  опыт  построения http:// 
www.erlang.com.ru/euskara/?linguistics-stadial; Сусов И.П. Введение в теоре-
тическое языкознание. http://www.russian.slavica. org/article12. html вя с. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
72
terminlərin işlənməsi halları müşahidə edilməyə başladı. 
Lakin bu istilahların sırf tipoloji mahiyyət kəsb edən 
araşdırmalar tərəfindən mənimsəniləməsi zamanı müəyyən 
məna dəyişkənliyinin meydana gəldiyini gözdən qaçırmaq 
olmaz. Belə ki, bir qrup tədqiqatda «dominant» istilahı 
özünün ilkin mənasına uyğun olaraq,yəni dildə daha çox 
kütləvilik qazananmasından dolayı, struktur quruluşun ana 
sütunu qismində  səciyyələndirilə bilən mexanizmlər 
məcmusu statusunda işləklik qazanmışdır. 
Məs: B.A.Serebrennikov, öz tipoloji mahiyyətli araşdır-
malarında,  dil strukturunun bəzi spontan dəyişikliklərdən 
sığortalanmasının başlıca səbəbi qismində «böyük 
əksəriyyətə malik olmasından dolayı,  insan təfəkküründə 
yaranan dayanıqlı»  «yaratdığı müəyyən pressinqlə» eh-
tiyac olmayan dəyişiklikləri önləməyə qadir olan domi-
nant»dan bəhs edir (kursiv bizimdir – A.H.).
1
 
Tipoloji dilçiliyin prinsiplərini araşdırmış  İ.P.Susov da 
sözügedən istilahın  ənənəvi semantikasından yararlanaraq, 
bu sahədəki tədqiqatların bir çoxunun əsas məramının «dil 
quruluşunda  dominant tipoloji xüsusiyyətlərin»  təsbitinə 
yönəldiyini qeyd etməklə, onların (yəni, həmin 
xüsusiyyətlərin) aparıcı tipoloji təmayül qismində nəzərdən 
keçirildiyini ortaya qoymuşdur (kursiv bizimdir – A.H.).
2
 
Lakin kontensiv tipologiyanın meydana gəlməsi ilə bu 
terminin istifadə arealında, daha dəqiq desək, semantik 
tutumunda müəyyən dəyişikliklər meydana çıxdı.Belə ki, 
(K.Panfilovun epitetindən yararlansaq) «Avstraliya dilçisi 
A.Keypelin bu cəhətdən ilk qaranquşlardan biri sayılan 
                                                 
1
 Серебренников Б.А. Общее языкознание  http://www.classes.ru/grammar 
/115.Serebrennikov/  
2
 Сусов И.П. Введение в теоретическое языкознание. http://www.russian. 
slavica.org/article12.html 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə