Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə32/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   28   29   30   31   32   33   34   35   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
94
demək olar ki, əks qütblü mövqe ilə əvəzlənmişdir. Əslində 
isə, tükəndiyi iddia edilən «bütövsistemli tipoloji» yanaşma 
ilə «altsistemlərin tipologiyası» arasındakı mümkün 
«körpü»lərin bu tərzdə «yandırılması», zənnimizcə, heç də 
düzgün sayıla bilməz. Belə ki, sonuncunun («altsistemlər 
tipologiyası»nın) meydana gəlməsi ilə, əslində, «ikinci nəfəs» 
qazanan linqvistik tipologiya nəzəriyyəsinin 
inkişafının,məhz, bu mövqelərin «barışdırılması» ilə 
şərtləndiyini söyləmək olar. 
 «Tipoloji araşdırmalarsız dilin ümumi nəzəriyyəsinin… 
işlənib hazırlanmasının tamamilə qeyri-mümkün olmasının 
aşkar görünməsi»
1
 fonunda sözügedən məsələdəki qeyri-
müəyyənliyin hansı  səviyyədə fikir ixtilaflarına yol aça 
bilməsi yəqinləşir (daha öncə bildirildiyi kimi, bəzi 
hallarda bu kimi fikir ixtilafları, ümumiyyətlə, tipoloji 
təsnifatın önəminin və ya dəqiqliyinin şübhə altına alınması 
ilə nəticələnmişdir). 
Mülahizələrimizin təsdiqi üçün qeyd edək ki, irəlidə 
izləyəcəyimiz kimi, bəzi tipoloji sapma faktlarının təbiəti-
nin araşdırılması zamanı yaranan bir qisim sualların 
ənənəvi tipologiya nəzəriyyəsi çərçivəsində cavablandırıla 
bilməməsi, daha dəqiq desək, məsələnin çözümünün 
«morfoloji klassifikasiya»nın öz ilkin mahiyyətində  əhatə 
etdiyi yarusun sərhədlərini aşması halları tipoloji 
dəyərləndirmələrdə digər dil səviyyələrinin müqayisəsinin 
nəticələrindən yararlanma zərurətini doğurur (onu da qeyd 
edə bilərik ki,bir çox müasir tədqiqatçılar «morfoloji 
klassifikasiya»nın «tipoloji klassifikasiya» termini ilə 
əvəzləndiyini önə sürsələr də,
*
 mövcud ənənəyə uyğun 
                                                 
1
  Санжеев  Г.Д.  Сравнительно-исторический  метод  и  лингвистическая 
типология /  Лингвистическая типология и восточные языки. Материалы 
совещания. М., 1965, стр.81. 
*
  Сон  дювр  тядгигатлардан  олан  Т.И.Вендинанын  тядгигатында    «типолоъи 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
95
olaraq, birincinin istifadəsi halları istisna edilə bilməz).  
Konkret olaraq, «uyğur umlautu» hadisəsində müşahidə 
edildiyi  kimi
1
, türk dillərinin morfoloji klassifikasiyadakı 
təyinatına uyğun gəlməyən,  əslində isə, fonoloji və 
morfoloji yarusların həmhüdud zonasında, yəni morfonoloji 
yarımsəviyyədə  qərar tutan bu sapma faktlarının təhlili, 
onların meydana gəlməsini  şərtləndirən amillərin fonoloji 
sistemdə yer aldığını ortaya qoyur ki, bu da 
dəyərləndirmənin növbəti mərhələsində müxtəlifsistemli 
dillərin sözügedən yarusunun müəyyən səviyyədəki 
qarşılaşdırmasını labüdləşdirir.  
Lakin ayrı-ayrı yaruslar səviyyəsindəki tipoloji qarşılaş-
dırmaların  əhəmiyyətinin etirafı, dilin bütövlükdə (sistem 
halında) tipoloji dəyərləndirilməsi ideyasından imtina 
edilməsi anlamına gəlmir. Bu mənada biz, «ənənəvi 
morfoloji klassifikasiyanın məlum çatışmamazlıqları  və ya 
hətta, onun tam yararsızlığı hələ özlüyündə (bu və ya digər 
principium divisionis 
istifadə etməklə), tipoloji 
araşdırmaların yekun etapı kimi, hər bir dili bütövlükdə 
müəyyən tipə aid edən… tipoloji klassifikasiyanın 
yaradılmasının prinsipcə mümkünlüyünün inkarı üçün əsas 
vermir» - söyləyən V.Z.Panfilovun mövqeyi ilə, xüsusi ilə
onun «belə… klassifikasiyanın… inkarı, son nəticədə, dil 
vahidlərinin sistem şəklində  təşkilatlanması prinsipinin 
özünə  də  xələl gətirir» və «dil strukturunun… tipoloji 
aidliyinin müəyyənləşdirilməsi məqsədilə (gerçəkləşdirilən) 
                                                                                                         
тяснифатлардан  ян  мяшщуру  олан  морфолоъи  классификасийа»нын  ХХ  ясрдя 
мейдана  эялян  диэяр  (фонетик,  сюз  йарадыжылыьы,  синтактик  вя  с.)  классифи-
касийалар  сайясиндя  «тядрижян  цмумграмматик  тяснифата  чеврилмяси» 
гейд олунур (Вендина Т.И. Введение в языкознание. М., 2001, стр.268).  
1
  Щажыйева  А.Й.  Дил  системиндя  типолоъи  сапмалар  (аглцтинатив  диллярдя 
флектив  тямайцллц  елементляр).нам.дисс.Б.,2006,  с.66 – 132.; Щажыйева 
А.Й. Аглцтинатив диллярдя дахили флексийа вя фузийа.Б.,2007, с. 100-198. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
96
sistemli analiz prinsipi, sadəcə, birgəmövcudluq sürdürən 
xüsusiyyətlərin qarşılıqlı asılılığını  nəzərə alınmasının 
deyil, … dil strukturunun müəyyənləşdirici aparıcı 
xüsusiyyətlərini də ehtimal edir» - fikri ilə
1
 razılaşmaya 
bilmərik. Başqa sözlə, V.Z.Panfilovun mülahizələrini 
«bütövsistemli» və «altsistemli tipologiya»lar arasında 
(vacibliyi haqqında daha öncə bəhs etdiyimiz) «barışdırıcı» 
mövqe tutan az sayda dilçinin fikirlərinin ümumiləşdirilmiş 
tezisləri də hesab etmək olar. 
Yeri gəlmişkən, bir qədər haşiyəyə  çıxaraq onu qeyd 
edək ki, strukturalizmin inkişafı sayəsində, dillərin səviy-
yədaxili analizinə istiqamətlənən araşdırmaların kütlə-
viləşməsini alqışlamaqla bərabər, «etidala riayət» edərək 
sistemin tam olaraq tipoloji aidliyinin təsbitinin tərəfdarı 
kimi çıxış edən dilçilər arasında bizi yaxından 
maraqlandıran mövzu ilə – tipoloji anomaliya halları ilə 
məşğul olmuş dilçilər də vardır ki, onların tədqiqatında, 
məsələnin aparıcı tipoloji təmayül və sapma elementlərinin 
qarşılaşdırması əsasında qoyulması həmin müəlliflərin belə 
qarşılaşdırmanı  məqbul hesab etməyən strukturalist 
tipoloqların, konkret olaraq, V.Skaliçkanın mövqeyini 
bölüşmədiklərini aşkarlayır.  
Məsələn: 1978-ci ildə  qələmə aldığı  məqaləsində «son 
dövr tədqiqatlarının diqqətinin getdikcə daha çox dilin 
sistem xarakterində cəmləşməsi»ndən məmnunluğunu ifadə 
edən V.M.Solntsev də dil vahidlərinin iyerarxik, 
sintaqmatik və paradiqmatik əlaqə növlərinin dil tipinin 
müəyyənləşdirilməsindəki  əhəmiyyətli rolundan bəhs 
etmişdir
2
. Xatırladaq ki, bu görkəmli sinoloq araşdırmaçı 
                                                 
1
  Панфилов  В.З.  О  задачах  типологических  исследований  и  критериях 
типологической классификации языков //  Вопросы языкознания, 1969, 
№4,  стр.7. 
2
 Солнцев В.М. Типология и тип языка //  Вопросы языкознания, 1978. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə