Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə33/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   29   30   31   32   33   34   35   36   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
97
müasir çin dilindəki iltisaqiləşmə tendensiyasına xüsusi 
tədqiqat həsr edən ilk alimlərdən olmuşdur
1
.  
İstər mövqeyini paylaşdığımız V.Z.Panfilovun fikirləri-
nə, istərsə  də V.M.Solntsevin elmi yaradıcılığının retro-
speksiyasına  əsasən, səviyyədaxili analiz metodunun 
tipoloji sapma hallarının müəyyənləşdirilməsi işinə «mane 
olmaması»nın aşkarlanması digər məsələyə – bir dil sistemi 
daxilində müxtəlif dil tiplərinin «birgəmövcudluq» 
sürdürməsi probleminin tipologiya nəzəriyyəsi çərçivəsində 
işıqlandırılması məsələsinə keçid imkanı qazandırır.  
2.3.2.  İlk olaraq onu bildirək ki, «altsistemlər tipo-
logiyası»nın tipoloji sapma faktlarının aşkarlanmasına 
«mane olmaması» (bir qədər dəqiqləşdirsək, birinin digərini 
istisna etməməsi) ilə bağlı fikirləri səsləndirərkən biz, 
V.Skaliçkanın (daha öncə haqqında geniş bəhs edəcəyimizə 
söz verdiyimiz) tezisindən – dil sisteminin müxtəlif tiplərin 
«sərbəst birgəmövcudluğu» mülahizəsindən və ya daha 
konkret desək, bu mülahizədə, demək olar ki, implisit 
şəkildə ifadəsini tapan «aparıcı tipoloji təmayül və sapma 
elementləri» anlayışlarının prinsipcə inkarı ideyasından 
çıxış edirdik. Belə ki, bu yanaşma, yəni eyni bir dilin 
müxtəlif yaruslarının, hətta, (V.A.Vinoqradovun 
mülahizələrindən bəlli olduğu kimi) altsistemlərin ayrı-ayrı 
hissələrin fərqli tipoloji xarakteristikaya malik olmasının 
dil norması hesab edilməsi tipoloji anomaliyalardan bəhs 
etməyi, demək olar ki, mümkünsüz edirdi.  
(Ona görə,  «demək olar ki» söyləyirik ki, bu yanaşma 
müəllifinin özü – «sərbəst birgəmövcudluq sürdürən (yəni, 
istənilən tipoloji xarakteristikaya malik – A.H.) hadisələrin 
məcmusunun tip» olduğunu ortaya qoyan  və «konkret bir 
                                                                                                         
№2, стр.36-37. 
1
  Солнцева  Н.В,  Солнцева.  В.М.  К  вопросу  об  агглютинации  в  совре-
менном китайском языке // Вопросы языкознания.1962, №6, стр.22-30. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
98
dildə eyni zamanda bir neçə tipin realizasiya» qazana 
bilməsini önə sürən V.Skaliçka bu mülahizələrin ardınca, 
onların məntiqi davamı kimi səciyyələndirilməsi çətin olan 
fikir səsləndirərək, slavyan dillərindəki flektiv quruluşdan 
təcridi və ya iltisaqi istiqamətli «kənaraçıxmalar»dan 
(kursiv bizimdir – A.H.) bəhs etmitşdir
1
). 
Dil sisteminin, ümumilikdə, aparıcı tipoloji təmayülə 
malik olması ideyasının inkarı fonunda və  sərbəst birgə-
mövcudluq  şəraitində tipoloji «norma» anlayışının aradan 
qalxmasından dolayı, hər hansı bir «kənaraçıxma»lardan 
bəhs edilməsi o qədər də anlaşılan deyil. Lakin, sadəcə, 
etirafla kifayətlənməyin doğru olmadığını  və sözügedən 
mövqeyin yerinə  fərdi müəllif yanaşmasının təklif edilməsi 
labüdlüyünü anlayaraq «tipoloji sapma» probleminin nəzəri 
əsaslarının (mövcud linqvistik tipologiya nəzəriyyəsinə 
istinadən), müəyyənləşdirilməsi kontekstində  məsələyə 
münasibətimizi ifadə etməyə çalışacağıq.  
Başqa sözlə, sözügedən problemin geniş spektrli ayrı-
ayrı problemlər məcmusunu təcəssüm etdirməsindən çıxış 
edərək (nəzəri  əsaslandırma olmadan), öncədən açıqlamanı 
məqsədəuyğun heçab etməyib mövqeyimizi (təxmini 
olaraq), əsasən üç istiqamətli tipoloji  rakursda: etalon – dil 
anlayışı; tipoloji təmayüllərin birgəmövcudluğunu 
şərtləndirən amillər və  nəhayət, tipoloji sapmaların 
mahiyyəti ilə bağlı sualların araşdırılması yekununda 
ortaya qoymaq istərdik. Belə ki, bu istiqamətdə aparılan 
təhlillər «tipoloji sapma» probleminin tədqiq tarixinə  işıq 
salmaqla bərabər, həmin sualların cavablandırılmasından 
doğan nəticələrin sintezindən yaranan mövqeyimizi də 
ortaya qoymuş olar. Məhz, bu mövqe konkret dil faktlarının 
                                                 
1
 Скаличка В. О современном состоянии типологии / Новое в лингвис-
тике. Выпуск III. М., 1963, стр.34. 
 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
99
dəyərləndirilməsi üçün ilkin nəzəri baza; kriteri oriyentiri 
sayıla bilər.  
Əslində, bu sualların, müəyyən mənada, müstəqil təd-
qiqat sahəsini  əhatə edə bilməsinə baxmayaraq, sıx üzvi 
əlaqədə olması onların tam təcrid olunmuş  şəkildə 
araşdırılmasını demək olar ki, mümkünsüzləşdirir. Belə ki, 
etalon-dili 
şərtləndirən kriterilərin təsbiti, tipoloji 
tendensiyaların uzlaşması üçün ilkin (hipotetik) müstəvinin 
bəlirləşdirilməsi anlamına gəlir ki, bu da özlüyündə  həmin 
birgəmövcudluğun təzahürü sayılan dominant və resessiv 
göstəricilərin fərqləndirilməsinə  və deməli, aparıcı tipin 
sintez imkanlarının müəyyənləşdirilməsinə  şərait yaradır. 
Müxtəlif sintez formullarının aşkarlanması isə ayrı-ayrı dil 
tipləri çərçivəsində fərqli təbiətli tipoloji sapma faktlarının 
realizasiya imkanlarının dəyərləndirilməsinə  və eləcə  də, 
hər hansı bir dilin növbəti mərhələlərdəki mümkün tipoloji 
metamorfozlarının proqnozlaşdırılmasına imkan verir. Başqa 
sözlə, hətta, real mövcud olmaması  şəraitində belə ideal dil 
tipinin, daha dəqiq desək, etalon-dilin 
müəyyənləşdirilməsinin böyük yararı var.  
Lakin biz, bu fikri səsləndirərkən artıq türk, monqol, 
tunqus-mancur və s. dillərin iltisaqi; hind-Avropa, sami 
dillərinin isə insirafi olaraq qəbul edilməsi «ənənəsi»ndən 
çıxış edərək, metodoloji cəhətdən  əlverişliliyindən dolayı 
bu bölgünü davam etdirilməsini təklif edən bəzi dilçilərin 
mövqeyi ilə ortaqlıq sərgiləməkdən uzağıq (məs: 
O.P.Sunik
1
 strukturalist həmkarlarının tipoloji təsnifatın 
«tükənməsi» ilə bağlı fikirləri ilə müəyyən səviyyədə 
səsləşən mülahizələrində analoji mövqe nümayiş 
etdirmişdir). Belə ki, etalon-dilin müəyyənləşdirilməsinin 
                                                 
1
  Суник  О.П.  Проблема  агглютинации  в  алтайских  языках / XXV 
Международный конгресс востоковедов. Доклады делегации СССР. М., 
1960, стр. 10. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə