Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə41/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   37   38   39   40   41   42   43   44   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
122
Onu da qeyd edək ki, N.Y.Marr tərəfdarlarının Yafəs 
nəzəriyyəsinin linqvistik düşüncə tərəfindən qəbul edilməsi 
üçün göstərdiyi güclü pressinq «təsir əks-təsirə bərabərdir» 
formulu üzrə, daha sonralar – «stadial inkişaf 
nəzəriyyəsi»nin ifşasından sonra, bütövlükdə dil təkamülü 
ideyasına kölgə salmış olsa da,
1
 «dillərin tipoloji tədqiqinin 
müasir istiqamətləri»ni dəyərləndirmiş V.A.Zvegintsevin 
bildirdiyi kimi, «dillərin tipoloji araşdırılmasına dinamik 
yanaşma (qəti  şəkildə N.Y.Marrın  əsərinin təsiri ilə deyil), 
son onilliklər  ərzində müxtəlif linqvistik cərəyanlarda 
fərqli forma alaraq geniş  tətbiq qazanmışdır» (məs: 
neolinqvistlərdə; Q.Qabelentsin «spiralik»
2
 inkişaf 
nəzəriyyəsində).
3
  
 
3.2. «Qarışıq tip» nəzəriyyəsi – tipoloji 
determinanta və sapma faktları ilə bağlı problemdən 
«çıxış yolu» kimi. Aqlütinativ və flektiv tiplərarası 
həmhüdud zonada baş verən bəzi proseslərin dil 
strukturunun  təkamülü ideyası ilə bağlı nəzəriyyə 
müstəvisindəki  dəyərləndirməsi haqqında 
 
3.2.1. Dil strukturunun mərhələli təkamülü ideyasının 
linqvistik tipologiyada doğurduğu  əks-səda ilə bağlı 
                                                 
1
 Обйективлик наминя ону да гейд етмялийик ки, сон дюврлярдя Н.Й.Мар-
рын дилчилик эюрцшляринин йенидян дяйярляндирилмяси, даща дягиг десяк, он-
ларын, мцяййян мянада, реабилитасийасы йюнцндя  бязи аддымлар атылмаг-
дадыр. (бах:  Алпатов  В.Что  может  дать  наследие  Марра? / 
Colloque 
international Un paradigme perdu : la linguistique marriste en URSS (années 
1920-1950) Centre de conférences de Crêt-Bérard (au-dessus de Vevey),1-3 
juillet 2004
   
http://www2.unil.ch/slav/ling/colloques/04Marr/prog.html#VA
)  
2
 Тядгигатын  ЫВ фяслиндя спиралик инкишаф нязяриййясиня мцнасибят билдириляжяк. 
3
 Звегинцев В.А. Современные направления в типологическом изучении 
языков  /  Новое в лингвистике. Выпуск III. М., 1963, стр. 11. 
 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
123
məqamlara xüsusi diqqət ayırmağımız səbəbsiz deyil. Belə 
ki, tipoloji sapma problemi əslində  həmin inkişaf sxemi 
məsələsinin tərkib hissəsindən başqa bir şey deyil. Belə ki, 
bir çox hallarda tipoloji təsnifatın  ən önəmli qüsurları 
sırasında, onun heç də bütün dünya dillərini  əks 
etdirməməsi iradı ilə yanaşı, bu klassifikasiyanın özünün 
müəyyənləşdirdiyi tipoloji «etalon»lara bir qədər 
«etinasızlıq» nümayiş etdirərək anomaliya faktlarını 
«gözardı» etməsi məsələsinə diqqət çəkilməsinə
1
 
baxmayaraq, hətta, belə «məhdud» dil materialına, yəni 
yalnız elmə məlum dünya dillərinə əsaslanan klassifikasiya 
ilə bağlı bir mülahizənin: «hər hansı bir tipoloji «etalon»a 
tam olaraq uyğun gələn «təmiz» dil yoxdur!» - fikrinin (aid 
olduğu dilçilik cərəyanından,yəni linqvistik tipologiyanın 
digər problemləri ilə bağlı  sərgilədiyi mövqedən asılı 
olmayaraq) digər  şəkildə, demək olar ki, bütün tipoloqlar 
tərəfindən səsləndirilməsi problemin heç də  təsnifat 
mexanizmindən qaynaqlanmadığını düşünməyə  əsas verir. 
Başqa sözlə, tipoloji sapma faktlarının  əksər hallarda dil 
tipi etalonlarının özəllikləri arasında sərhəddin düzgün 
müəyyənləşdirilməməsindən dolayı deyil (halbuki, 
tədqiqat boyu şahid olacağımız kimi, belə hallar da 
istisna olunmur), məhz, dil sistemin özünün təkamülü 
şəraitində meydana gəlməsi təsbitlənir.  
Daha öncəki təhlilləri xatırlasaq, sapma faktlarının bu 
əsasda təsbiti ideyasının yekdil razılıqla qarşılanmadığı 
ortaya çıxmış olar. Belə ki, anomaliya hallarının obyektiv 
mövcudluğunun etirafının təsnifatlandırma 
konsepsiyasında, təxmini olaraq, iki yanaşmanın forma-
laşması ilə nəticələndiyini söyləmək olar.  
Birinci halda, bu – sapma faktlarının (geniş anlamda) 
                                                 
1
 мяс: Чикобава А.С. Введение в языкознание. Часть I, М., 1952,стр.189. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
124
yaranma səbəbləri ilə  dərindən «maraqlanmadan», sözüge-
dən elementlərin müxtəlif tipoloji tendensiyaların 
«birgəmövcudluğu»nun təzahürü olmasını önə sürməklə 
kifayətlənən tipoloji xarakterologiyadır.  İkinci halda isə 
söhbət təkamül ideyası ilə  əlaqədar yaranan yanaşmadan 
gedir. Bu isə, öz növbəsində, ekstralinqvistik faktorlardan 
qaynaqlanmadığı  təqdirdə istənilən dildəki tipoloji sapma 
hallarının böyük əksəriyyətinin təbiətinin çözümünün, 
məhz, dil təkamülü ideyasında aranması anlamına gəlir.  
Başqa sözlə, dilin (geniş anlamda) statiklikdən məhrum 
olması onun sisteminin, tam olaraq, eyni tipoloji təkamül 
mərhələsində  qərar tutmasını mümkünsüzləşdirir. Və bu 
zaman dilin dinamik inkişafından dolayı, «sistemlər 
sistemi»nin ayrı-ayrı yaruslarının inkişaf səviyyəsindən 
asılı olaraq, onların hal-hazırkı; daha öncəki və ya 
perspektivdəki tipoloji təkamül «pillə»sinə uyğunlaşması 
məsələsi həll olunur. Daha dəqiq desək, dominant 
göstəricilər tipoloji xarakteristikanı  bəlirləşdirdiyi halda, 
digər elementlər – anomaliya halları inkişaf «zəncir»indəki 
əvvəlki və sonrakı «halqa»lara aidliyinə görə təsniflənir. 
 Bu  yanaşmanın doğruluğunu isbatlamaq üçün, oxşar 
differensiasiyanın cəmiyyətdəki sosial-iqtisadi münasibət-
lərin inkişafı  zəminində  də izlənildiyini söyləmək olar. 
Belə ki, «təmiz tip» prinsipinin əsas götürülməsinin insan 
cəmiyyətinin bu və ya digər ictimai-iqtisadi formasiyaya 
aidliyinin inkar edilməsi anlamına gəldiyini» bildirən 
V.Z.Panfilov (dilçi apardığı paralelliyin sonuncunun
yəni,insan cəmiyyətinin heç bir ictimai-iqtisadi formasiyanı 
«təmiz» halda realizasiya etməməsindən qaynaqlandığını 
önə sürmüşdür) «kapitalizm ictimai-iqtisadi formasiyasının 
bu və ya digər cəmiyyətdə mövcud olarkən, bir çox halda 
(öz inkişafının ilkin dönəmlərində isə - həmişə) ondan 
öncəki feodalizm ictimai-iqtisadi formasiyasının 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə