Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə44/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   40   41   42   43   44   45   46   47   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
131
mənada, flektiv tip isə hind-Avropa dillərinə aid edilmişdir. 
Sami kökünün «səsləndirilməsi» (oqlasovka) ilə hind-
Avropa fleksiyasının yekcins mahiyyət kəsb etməməsi bir 
çox dilçilər tərəfindən qeyd edilmişdir. Lakin bu fərq, 
yuxarıda təqdim edilən mülahizələrdə bildirildiyi kimi, 
«daxili fleksiya»nın  əlahiddə dominantlığı (intro-fleksiya) 
və ya alternasiyalara xas güclü birikmə özəlliyi ilə birbaşa 
əlaqəli deyil. Belə ki, çex dilçisinin «hind-Avropa və sami 
dillərindəki «daxili fleksiya» haqqında»kı  tədqiqatında bu 
fleksiya növləri arasında  əsaslı  fərqin olmasını önə sürən 
İ.A.Melçuka etiraz etməsinə baxmayaraq
1
, (göründüyü 
kimi, paradoksal vəziyyət yaranır: əsaslı fərqin olması fikri 
ilə razılaşmayan, dilçi, bununla belə, hind-Avropa və sami 
fleksiyalarının müxtəlif dil tiplərini təcəssüm etdirməsi 
qənaətinə gəlmişdir) sözügedən dillərin morfoloji strukturu 
spesifikliyi ilə  fərqli yorumlara yol açmışdır. Məhz,sözün 
morfoloji strukturunun bir sıra özəllikləri burada flektiv 
dillər üçün tipiklikdən bu və ya digər dərəcədə uzaq olan 
halların müşahidə edilməsi ilə bağlı mülahizələrin yaran-
masına və  qısa zaman çərçivəsində onların (həmin müla-
hizələrin) təkcə bir çox samişünaslar arasında  deyil, dil 
nəzəriyyəçiləri tərəfindən də  təqdirlə qarşılanmasına sə-
bəb olmuşdur. Belə ki, hind-Avropa və sami dillərindəki 
«daxili fleksiya» adı ilə tanımlanan hadisələri  əsaslı 
şəkildə qarşılaşdıraraq, sonunculardakı (sami dillərin-
dəki) qısa sait əvəzlənməsinin «ciddi dəyişməzliyə malik 
kökün mövcud şəraitdə gerçəkləşən affiksasiya, özü də 
aqlütinativ xarakterli affiksasiya» olduğunu (kursiv bi-
zimdir – A.H.) bildirən İ.A.Melçuk qeyri-sami dillərində-
ki apofoniyadan fərqli olaraq bu dillərdəki «səsləndir-
mə»nin «transfiksasiya» adlandırmasını, lakin bununla 
                                                                                                         
вания по структурной типологии, М., 1963, стр.26. 
1
 Скаличка В. К вопросу о типологии // Вопросы языкознания. 1966, №4,стр.28. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
132
belə, «daxili fleksiya» istilahından imtina edilməməsini 
daha məqsədəuyğun saymışdır.
1
  
Ərəb sözdüzəltmə  və sözdəyişməsində istifadə olunan 
bu qrammatik vasitənin tipoloji sapma hadisəsini təcəssüm 
etdirməsi ilə bağlı ehtimalını bir qədər ehtiyatla səsləndirən 
dilçinin təqdim olunan iqtibaslardan da aşkar sezilən 
tərəddüdlü münasibətinin arxasında, görünür, sami 
dillərinin flektiv dil statusunun «nüfuz»unun etirafı 
dayanır.  Əslində isə,  ərəb və digər sami dillərindəki 
struktural anomaliya hallarının mövcud olması ilə bağlı 
müəyyən  şübhələr doğuran faktların təhlili zamanı flektiv 
dillərlə aqlütinativ dillər arasında heç bir keçilməz «Çin 
səddi»nin olmadığını bildirən V.Məmmədəliyevin qeyd 
etdiyi kimi
2
, flektiv dilin mövcud özəlliklərinin nəzərə 
alınması zamanı aqlütinativ ünsürlərin təsadüf edilməsinin 
mümkünlüyünü gözdən qaçırmamaq lazımdır.  
İstənilən halda qeyd etməliyik ki, müəyyən təzadlı 
mülahizələrin yer almasına baxmayaraq, İ.A.Melçukun 
haqqında bəhs edilən  əsəri  ərəb dilindəki aqlütinativ 
ünsürlərin araşdırılması işində önəmli rol oynamış və hətta, 
ümumi dilçilik nəzəriyyəçilərinin bu dillərin bərmənalı 
flektivliyi ilə bağlı 
səsləndirdikləri fikirlərində 
yanıldıqlarını etiraf etməsinə
3
  təkan vermişdir. 
 Sami  dillərindəki aqlütinativ təbiətli elementlərin 
təhlilinə daha artıq nüfuz etmədən onu da qeyd edək ki, 
ərəb,  akkad və digər qohum dillərin strukturunda yer 
alan bu qəbildən tipoloji sapma hallarının tədqiqində 
                                                 
1
  Мельчук  И.А.  О  «внутренней  флексии»  в  индоевропейских  и  семит-
ских языках // Вопросы языкознания, 1963, №4, стр.39-40 
2
  Мяммядялийев  В.М.  Яряб  ядяби  дилиндя  фелин  заман,  шяхс  вя  шякил 
категорийалары. Б., 1992, с.110. 
3
 мяс: Реформатский А.А. Введение в языковедение. М., 1967, стр. 269, 
285-286. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
133
L.A.Lipin,
1
 N.V.Yuşmanov, Y.Q.Titov,
2
 V.P.Starınin,
3
 
V.M.Məmmədəliyev
4
  və digər dilçilərin araşdırmaları 
məstəsna rol oynamışdır. 
Tipoloji modifikasiya və onun nəticələri olaraq 
meydana çıxan sapma elementləri probleminin linqvistik 
tipologiya çərçivəsindəki həlli, daha dəqiq olsaq, onun 
morfoloji klassifikasiyada tiplərin delimitasiyası  işindəki 
inikası  məsələsinə qayıdaraq qeyd edək ki, sami dillərində 
aqlütinativ mexanizmin yüksək iş  əmsalı nümayiş 
etdirməsinin etirafı vaxtilə F.F.Fortunatovun ənənəvi 
təsnifata düzəliş verməsinə  səbəb olmuşdur. Belə ki, 
görkəmli dilçi «morfoloji klassifikasiyalarda, adətən, 
flektiv dillər» kimi xarakterizə edilən sami dillərinin 
sözügedən özəlliyindən çıxış edərək onların flektiv-
aqlütinativ tipi təcəssüm etdirdiyini önə sürmüş  və daha 
sonra hind-Avropa dillərinin strukturunun səciyyələndiril-
məsi kontekstində sonuncuları quruluş etibarilə  aqlütinativ 
və flektiv-aqlütinativ dillərə qarşı qoymuşdur
5

 Göründüyü kimi, bir dil tipi çərçivəsində alttipilərin 
təsbiti (V.Skaliçka və T. Milevski təsnifatlarında flektiv dil 
tipi daxilindəki fərqləndirilmədə olduğu kimi) və ya 
tipoloji sapma faktlarının çoxsaylılığının təsbiti  ənənəvi 
bölgü sərhədlərinin aşmasına təkan vermişdir. Maraqlıdır 
ki, məhz, sonuncu məqam – tipoloji anomaliya hallarının 
                                                 
1
 Липин Л.А. Аккадский язык. М., 1964, стр.9,53 ; Липин Л.А. Элементы  
агглютинации  а  аккадском  языке. / XXV Международный  конгресс 
востоковедов. Доклады делегации СССР. М., 1960. 
2
 Юшманов Н.В. Амхарский язык. М., 1959, стр. 9,35. 
3
  Старинин  В.П.  Структура  семитского  слова.  Прерывистые  морфемы. 
М., 1963. 
4
  Мяммядялийев  В.М.  Яряб  ядяби  дилиндя  фелин  заман,  шяхс  вя  шякил 
категорийалары. Б., 1992, с. 110-112. 
5
 Фортунатов Ф.Ф. Сравнительное языкознание. Общий курс / Ф.Ф.Фор-
тунатов. Избранные труды. Том 1, М., 1956, стр.153-154. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə