Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə52/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   48   49   50   51   52   53   54   55   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
155
Bantu dilinin flektivlik  əmsalının artışında ekstralin-
qvistik faktorların roluna diqqət çəkmiş dilçilərin müla-
hizələrini, dolayısı ilə, təsdiqləyə biləcək dəlil qismində bu 
dillərin digər yaruslarına yol tapmış interferensiya 
elementlərinin yetərincə yüksək çəkiyə malik olması faktını 
qeyd etmək olar. Belə ki,Afrika ərazisində  ən geniş 
yayılmış bantu dillərindən biri olan suaxiliyə dair bəzi 
leksiko-statistik dəyərləndirmələr, burada, ərəb 
alınmalarının ümumi leksikaya nisbətinin 40% - ə çatdı-
ğını, hətta,  say sistemində bu qisim alınmaların üstünlük 
təşkil etdiyini  (5-dən yuxarı bütün sıra sayları  ərəb 
dilindən alınmalardır) ortaya qoyur (kursiv bizimdir – 
A.H.).
1
  
Yeri gəlmişkən onu da qeyd edək ki, amxar dilinin 
sözdüzəltməsində bu dilin daxil olduğu sami dilləri ailəsi 
üçün xarakterik olan daxili fleksiya üsulunun ikinci 
dərəcəli rol oynaması  və gözlənilənin tam əksinə, iltisaqi 
suffiksasiyanın üstünlük təşkil etməsinə  və eləcə  də  bəzi 
qrammatik kateqoriyaların ifadəsində iltisaqi vasitələrin 
öncüllük qazanması  məsələlərinə toxunan N.V.Yuşmanov 
(tipoloji modifikasiya təcəssümü olan – A.H.) bu  halların 
amxar dilinin kuşit dilləri ilə  təmasının fəsadlarından 
başqa bir şey olmadığını  (kursiv bizimdir – A.H.) 
bildirmişdir.
2
 
Əgər sami dillərinin yetərincə spesifik olan və spesifik 
olduğu qədər də (bəlkə  də, ilk olaraq, elə bu səbəbdən) 
kənar müdaxilələrə qarşı bir qədər qapalı hesab edilən 
struktura malik olması faktını xatırlasaq, tipoloji modifi-
kasiyaların gerçəkləşməsində ekstralinqvistik faktorların 
rolunun təhlili kontekstində belə, bir növ, «daxilə 
pərçimlənmiş» (vstroennaə  və ya inbuilt  ) fleksiya siste-
                                                 
1
 Суахили. http://ru.wikipedia.org 
2
 Юшманов Н.В. Амхарский язык. М., 1959, стр.9. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
156
minə malik dilə iltisaqi elementlərin interferensiyası 
məsələsinin dəyərləndiriləməsinin (problemin həlli baxı-
mından), heç şübhəsiz ki, xüsusi maraq kəsb etdiyini etiraf 
etməliyik. 
Tədqiqatın axarını qabaqlamadan bu məqamda, sadəcə 
olaraq,onu qeyd edək ki, fərqli tipoloji xarakteristikaya 
malik elementlərin dil sisteminə müdaxiləsi digər alınmalar 
üçün yetərli olan «prosedur qaydalar»la  kifayətlənə bilən 
proses olmayıb, bilavasitə  bir çox şərtiliklərdən asılılıq 
nümayiş etdirir. Belə ki, burada 1) ixrac edən dil ilə 
resepiyent dilin quruluşları arasında fərq; 2) dillərin 
qarşılıqlı  və ya birtərəfli müdaxiləsini mümkün edən 
sosiokontekstin xarakteri və mövcudiyyət müddəti 
faktorları başlıca rol oynayır.  
Təkcə onu demək kifayətdir ki, yuxarıda qeyd olunan 
interferensiya hadisəsi eyni (!) tipoloji quruluşa malik 
qohum (!) dillər
1
 arasında gerçəkləşmiş  və uzunmüddətli 
birgəmövcudluq  şəraitindən dolayı dil sistemində da-
vamlılıq  əldə etmiş tipoloji sapma faktının «ixrac»ını 
təcəssüm etdirir. Başqa sözlə, uzun müddətli «kuşitləşmə» 
prosesi
2
  nəticəsində amxar dilinə yol tapmış  iltisaqiləşmə 
tendensiyası,  əslində, bu dilin (kuşit dilinin) özü üçün də 
tipoloji sapma hadisəsi statusuna malikdir. 
Çox böyük ehtimalla onu da söyləyə bilərik ki, sadəcə 
olaraq, amxar dilinin struktur quruluşunda «sintetik 
vasitələrlə yanaşı, analitik formaların da» yer alması
3
 bu 
                                                 
1
 Мялум олдуьу кими, бу диллярин щяр икиси мцасир дилчилик тядгигатларында  
«Афра-асийа»  адландырылан  (Порхомовский  В.  Я.  Афразийские  языки / 
Лингвистический энциклопедический словарь.  М., 1990,  стр.55), кющня 
ады  иля  ися  даща  чох  сами – щами  дил  аиляси  кими  танынан  эенеалоъи 
бирляшмяйя дахилдир.  
2
 
Старинин В. П.Амхарский язык http://bse.sci-lib.com.
  
3
Павел Паршин Амхарский язык
 http://www.krugosvet.ru.     


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
157
dilin aqlütinativ elementləri mənimsəməsi işində sonuncu 
rol oynamamışdır.Belə ki, (dil sistemində tam və ya qismən 
təzahür tapan) analitik – flektivlik vəziyyəti nəinki 
iltisaqiləşmə tendensiyası üçün yetərincə münbit zəmin 
formalaşdırır,həmçinin aqlütinativ elementlərin 
interferensiyasına daha az müqaviməti ilə seçilir.
1
                  
3.3.3. Problemin nəzəri  müstəvidə  təhlilinə qayıdaraq, 
onu qeyd edək ki, tədqiqatımız  əsnasında dəyərlən-
dirdiyimiz bir sıra faktlar, doğrudan da, dil əlaqələrinin bu 
və ya digər səviyyəli tipoloji anomaliya hallarının meydana 
gəlməsində birbaşa və ya dolayısı ilə rol oynadığını ortaya 
qoyur.  
Lakin ekstralinqvistik faktorlarla əlaqələndirilə bilən 
tipoloji sapma hadisələrinin azsaylılığı  və bir çox halda 
müxtəlifsistemli dillərin uzunmüddətli qonşuluğunun dil 
sistemində  fəsadlara yol açmaması ilə bağlı çox sayda 
misallar bu məsələnin dilin daxili nizamı ilə bilavasitə 
bağlı olan müəyyən  şərtləndirmədən də  kənar olmadığını 
düşünməyə əsas verir.  
«Alınma faktlarının özlərinin deyil, onları  mənimsəyən 
sistemin nöqteyi-nəzərindən alınma funksiyasının 
əhəmiyyət kəsb etdiyini» önə sürən R.Yakobsonun «burada 
vacib olan – innovasiya ehtiyacının mövcudluğu  və 
innovasiyasının  sistem imkanlarına uyğun gəlməsi və 
onun (sistemin) təkamül tələblərinə cavab verməsi 
baxımından, sistemin özü tərəfindən 
                                                 
1
  Ирялидя  екстралингвистик  факторларын  мцмкцн  типолоъи  фясадларынын 
тяснифатландырмасы  контекстиндя  мцражият  едяжяйимиз  аналитик
-
флектив 
гурулушлу  болгар  дилиня  аглцтинатив  структурлу  тцрк  дилиндян  чохсайда 
морфолоъи  интерференсийа  фактларынын  кечид  етмяси  дя  (Златоустова  Л.  В. 
Внутриязыковая и межъязыковая интерференция. http://www.ksu.ru/f10/ 
publications/2003),  мящз,  аналитизмин  илтисаги  морфем  мцдахиляси  цчцн 
мцнбит зямин олмасы иля ялагядардыр. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə