Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə55/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   51   52   53   54   55   56   57   58   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
164
faktlar  əksər hallarda tipoloji modifikasiya limitini aşaraq 
tiploji «yenidənqurma» şəklini alırlar. 
3.3.4. Ekstralinqvistik faktorlardan qaynaqlanan tipoloji 
anomaliya hallarının təhlili məsələsinə  qayıdaraq onu qeyd 
edək ki, sözügedən halların yekcins mahiyyət kəsb 
etməməsi onların aşağıdakı  şəkildə  təsnifatlandırılmasını 
labüd edir: 1) yadstrukturlu dil sisteminin təsiri ilə baş 
verən və həmin təsirə məruz qalan dilin daxili imkanlarının 
yenidən dəyərləndirilməsi ilə gerçəkləşən dəyişikliklər; 2) 
yadstrukturlu elementlərin (hazır  şəkildə) mənimsənilməsi 
ilə reallaşan qrammatik interferensiya.  
Şəkilçi alınmalarını  əhatə edən II qrup sapma element-
lərinin interferensiyasının yalnız morfem «qabarıqlığı» 
şəraitində gerçəkləşə bilməsindən dolayı, bu qəbildən 
ünsürlərin,  əsasən, flektiv dillərdəki iltisaqi (alınma) 
morfemləri əhatə etdiyini söyləmək olar. Lakin şəkilçilərin 
daxili formasının bərpa edilməsi qeyri-mümkün olan 
alınma söz tərkibində (məs: Arakçeevsonuncunun (leksik alınmanın) komponenti qismində 
mənimsənilməsi halları bu sıraya aid edilə bilməz. Məhz,  
morfem «qabarıqlığı» faktorunun alınma  şəkilçinin 
üzvlənən komponent kimi dərkinə imkan yarada 
bilməsindən dolayı, həmin xarakteristikaya (digər insirafi 
dillərlə müqayisədə nisbətən daha çox) uyğun gələn 
analitik-flektiv dillərin sözügedən qrup interferensiya 
faktları üçün daha əlverişli şərait təqdim etdiyini söyləmək 
olar.  
Lakin burada onu da vurğulamaq lazımdır ki, morfem 
alınmalarını ehtiva edən qrup sapma elementləri çoxsaylı 
                                                                                                         
ративистику. М., 2001, стр.110.)  мцлащизяляринин  перифразына йол вермяли 
олажаьыг:  пижин  вя  креол  диллярин  типолоъи  аспектдя  дяйярляндирмясинин 
нятижяляринин  «нормал» дилляря шамил едилмяси реал дил материалынын типолоъи 
тякамцл юзялликляринин йанлыш мяжрада гавранылмасына йол ача биляр.  


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
165
olmayıb dilin iltisaqi indeksasiyasına güclü təsir etmə 
imkanına malik deyil. Daha dəqiq olsaq, hadisələrin  əks 
məcrada cərəyan etdiyini etiraf etməliyik: iltisaqi morfem 
alınmaları ilə bağlı interferensiya prosesi hər hansı bir 
konkret flektiv dilin aqlütinativlik əmsalının imkan verdiyi 
çərçivədə  tənzimlənir. Başqa sözlə burada da, dilin daxili 
inkişaf qanunauyğunluqlarının «sanksiyalaşdırıcı»; 
«sifarişverici» qüvvə rolunda çıxış etdiyini təsbit etmək 
olar.  
Bu qəbildən tipoloji sapma faktlarından fərqli olaraq, 
daha rəngarəng təzahür xüsusiyyətlərinə malik birinci qrup 
(yəni yadstrukturlu sistemin təsiri ilə baş verən və  həmin 
təsirə  məruz qalan dilin daxili imkanlarının yenidən 
dəyərləndirilməsi ilə gerçəkləşən dəyişiklikləri ehtiva edən) 
anomaliya hallarına gəlincə, onların özlərini də iki yerə 
bölmək mümkündür. Belə ki, bu dəyişikliklər sırasında 
xarici dil təkanından sonra, növbəti mərhələdə baş verən 
prosesləri onun (xarici dilin) bilavasitə  təsiri ilə reallaşan 
anomaliya hallarından fərqləndirmək lazımdır. Başqa sözlə, 
birinci yarımqrupun  əhatə etdiyi sapma elementlərinin 
meydana gəlməsində xarici dil amili implisit şəkildə 
təzahür tapdığı halda (məs: bolqar dilinin 
analitikləşməsində qonşu dillərlə  əlaqə faktoru
1
 önəmli rol 
oynasa da, məhz, həmin prosesin – analitikləşmənin 
məntiqi davamı olaraq ortaya çıxan iltisaqi indeksasiya 
artımını bilavasitə sözügedən amillə  əlaqələndirmək 
çətindir).  
Digər yarımqrupa daxil olan anomaliya hallarının 
                                                 
1
 Болгар дилинин аналитикляшмясиндя вя бу аналитикляшмя просеси нятижясиндя 
синтетик-  флектив  гурулуша  малик  гощум  славйан  дилляриндян  фяргли  олараг 
артикл ялдя етмяси мясяляси бир чох тядгигатларда гейд едилир. (мясялян,бах: 
Серебренников  Б.А.  Роль  человеческого  фактора  в  языке.  Язык  и 
мышление. http://www.classes.ru/grammar/119.Serebrennikov 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
166
yaranma səbəbləri sırasında dil əlaqələri faktorunun 
əhəmiyyətli rol icra etməsi faktı (məs: erməni dilindəki 
iltisaqiləşmə tendensiyasında olduğu kimi
1
) aşkar sezilir. 
Meydana çıxmasında ekstralinqvistik amillərin önəmli 
rol oynadığı ayrı-ayrı tipoloji sapma faktlarının fərdi 
özəllikləri ilə bağlı məsələlərə konkret anomaliya hadisələri 
çərçivəsində toxunulacağından, bu məqamda sözügedən 
mövzu ilə  əlaqədar təhlilləri (ümumi təsnifatlandırmanı) 
yekunlaşdıraraq, bir daha vurğulamaq istərdik ki, əksər 
situasiyalarda  xarici dil faktoru dil sisteminin daxili 
qanunauyğunluqları ilə  şərtlənən proseslərin katolizatoru 
funksiyasını icra edir.  
Ekstralinqvistik faktorların iştirakı ilə  təsbit edilən 
tipoloji sapma hallarının böyük qisminin dil sisteminin 
məlum təkamül sxemindəki ardıcıllığa müvafiq təbiət 
sərgiləməsini də (yəni, iltisaqi dillərdə insirafi elementlə-
rin, analitik flektivlik zəminində «təkrar aqlütinasiya» 
ünsürlərini təcəssüm etdirməsini), məhz, bununla – daxili 
və xarici inkişaf qanunauyğunluqlarının qarşılıqlı 
şərtləndirilməsi ilə izah etmək olar. Lakin əks istiqamətli 
proseslərin müşahidə edilməsi bəzi hallarda xarici faktor-
ların intensivliyi sayəsində dil sistemində kodlaşdırılmış 
təkamül sxemindən fərqli məcrada cərəyan edən 
dəyişikliklərin istisna edilmədiyini ortaya qoyur. Belə ki, 
E.Tenşiev salar dilində çin dilinin təsiri ilə  şəxs  şəkil-
çilərinin reduksiya uğradığını bildirmişdir.
2
 Türk dilləri 
                                                 
1
 Мцасир ермяни дилиндя илтисагиляшмя просесинин мцшащидя едилмяси вя бу 
просесин  билаваситя  гоншу  диллярин,  о  жцмлядян,  аглцтинатив  гурулушлу 
Азярбайжан  дилинин  тясири  иля  эерчякляшмяси  факты  бир  сыра  арашдырмаларда 
вурьуланмышдыр.(мяс,бах:  Гукасян  В,  Асланов  В.  Исследования  по 
истории азербайджанского языка дописьменного периода. Б., 1986). 
2
 Тенишев Э.Р. Строй саларского языка. М., 1976, стр.89,(щямчинин, бах: 
Тенишев Э.Р., Тодаева Б.Х. Язык жёлтых уйгуров. М., 1966) 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə