Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə53/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   49   50   51   52   53   54   55   56   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
158
sanksiyalaşdırılmasıdır» - fikri; eləcə  də B.Havranekin 
daha konkret yanaşma sərgiləyərək səsləndirdiyi: «bəzi 
hallarda yaddilli təsirin ana dilinə nüfuz etməsi, digər 
hallarda isə bunun (təsirin) müşahidə edilməməsi,  yalnız, 
daxili (intralinqvistik – A.H.) səbəblərlə izah oluna bilər» 
- mülahizəsi (kursiv bizimdir – A.H.)
1
  tipoloji 
xarakteristikaya nüfuz edə bilən (və ya daha dəqiq olsaq, 
nüfuz etmiş) ekstralinqvistik faktorların efemerlikdən uzaq 
olduğunu güman etməkdə yanılmadığımızı ortaya qoyur. 
Başqa sözlə,  hər hansı bir dil tipoloji özəlliklərinə görə 
fərqlənən  digərinə sonuncunun imkan verdiyi çərçivədə 
təsir göstərə bilər
 Bu prosesi dilin sisteminin «özünü qoruma instikti»nin 
və ya müəyyən «dəyişmə limiti»nin mövcudluğu ilə 
əlaqələndirmək və ya daha fərqli terminlərlə ifadə tapmış 
şərh vermək olar. Lakin istilah müxtəlifliyi məsələnin 
mahiyyətini dəyişməyəcək: kreollaşma hallarını istisna 
etməklə, biz, tam əminliklə söyləyə bilərik ki, dilçilik 
elminə hər hansı bir dilin yadstrukturlu başqa dilin təsiri ilə 
öz daxili inkişaf qanunauyğunluqları ilə şərtlənmiş təkamül 
sxemini  əksinə  dəyişərək yeni tipoloji xarakteristika 
qazanması faktı  məlum deyil. Başqa sözlə, tipoloji 
xarakteristikanın yeniləşməsində qrammatik interferensiya 
faktları müəyyən rol oynaya bilsələr dətəkamülün ümumi 
axarı (R.Yakobsonun mülahizəsinin perefrazına yol 
verərək desək) 
dil sisteminin özü tərəfindən 
sanksiyalaşdırılır
Konkret olaraq, Cənubi Qafqaz dil mühitindəki bəzi 
tipoloji dəyişikliklərin ekstralinqvistik faktorların katali-
zator funksiyasını icra etməsi ilə getdiyini söyləmək 
olar.Məsələn, osetin dilinin hal paradiqmasında baş vermiş 
                                                 
1
  Вахек  Й.  Лингвистический  словарь  Пражской  школы.  М., 1964, 
стр.61,77. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
159
iltisaqiləşmə tendensiyasını  bəzi alimlər aqlütinativ 
quruluşlu dillərlə yaxın coğrafi təmasla  əlaqələndirmişlər.
1
 
Lakin həmin proseslərin sözügedən tipoloji dəyişikliklər 
üçün müəyyən zərurətin yetişdiyi sistemlərdə  cərəyan 
etməsi burada qarşılıqlı  şərtləndirmənin mövcud olduğunu 
söyləməyə əsas verir.  
Digər tərəfdən, istər bir qədər öncə haqqında bəhs 
edilən kuşit – amxar dil əlaqələrinin sonuncunun sistemində 
yalnız müəyyən səviyyəni  əhatə edən dəyişikliklərə yol 
açması, heç şübhəsiz ki, «aqlütinasiyanın sami variantı»nın 
limitinin digər qrammatik kateqoriyaları  əhatə edə 
bilməməsindən (və ya zəif  şəkildə  təcəssüm tapmasından) 
qaynaqlanır.Ən azından, amxar dilindəki ismin müəyyənlik, 
hal kateqoriyalarında deyil, məhz, kəmiyyət 
kateqoriyasında iltisaqiləşmənin baş verməsini sami 
«linqvistik düşüncə modeli»ndə kökdaxili dəyişmələrlə 
müşayət olunan «sınıq» cəmlə yanaşı, suffiksal mahiyyət 
kəsb edən və bu səbəbdən də, aqlütinasiyaya daha yaxın 
təbiət sərgiləyən düzgün (və ya xarici) cəmin 
fərqləndirilməsi ilə əlaqələndirsək, yanılmarıq.  
Belə ki, əgər U.Vaynrayxın qeyd etdiyi və qrammatik 
interferensiya hadisəsi zamanı resipiyent dilin qrammatik 
sisteminin digər dilin  (morfoloji və ya sintaktik) 
müdaxiləsinə qarşı «seçkin müqaviməti» ilə bağlı prob-
lematik məqamı xatırlasaq (məs:hind – Avropa  və sami 
dillərinin flektiv fel sistemi yeni əsasların daxil olmasına 
müqavimət göstərdiyi halda, bu  dillərin ad qruplu sözlə-
rində analoji vəziyyətin müşahidə edildiyini söyləmək 
mümkün deyil)
2
  məsələnin mahiyyətinin izahının dil 
                                                 
1
 даща ятрафлы бах:  Нахуцришвили Г.Л. Об агглютинативном характере 
осетинского  именного  склонения // Вопросы  языкознания, 1969, №1, 
стр. 79-84 
2
 Вайнрайх У. Языковые контакты. Киев,  1979; стр. 69 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
160
strukturunun spesifikasından qaynaqlanan faktorlardan 
kənarda  axtarmarmağın  qeyri – məntiqi olması anlaşılar. 
Başqa sözlə, burada da dil sisteminin «icazə verdiyi» yerdə 
və onun (dil sisteminin) məqbul bildiyi səviyyədə 
gerçəkləşmiş yaddilli müdaxilə ilə qarşılaşmış oluruq. 
Eyni zamanda onu da diqqətdən kənarda qoymaq olmaz 
ki, sami dilləri sistemi bir çox tədqiqatlarda vurğulandığı 
kimi, yetərincə yüksək iltisaqiləşmə indeksinə malikdir. 
Belə olan təqdirdə, amxar dilindəki sözügedən qrammatik 
kateqoriyanın aqlütinativ affiksasiya ilə ifadə tapmasında 
iltisaqiləşmə  əmsalı yüksək olan sistemin bu tipə  məxsus 
interfrensiya elementlərinin mənimsənilməsi üçün kifayət 
qədər həssaslıq göstərməsinin rol oynadığını da etiraf 
etməliyik.  
Əks halda, yəni sistem bu yadstrukturlu elementləri 
qəbul etməkdən imtina etdiyi təqdirdə, onları  ərəb dilinin 
sınıq cəm modelli leksemlərini mənimsəmiş Azərbaycan və 
digər türk dillərində  və eləcə  də, iltisaqi cəm  şəkilçili fars 
dilindəki «təkrar cəmlənmə» aqibəti gözləyə bilərdi. Bu 
mənada, deyilənlərdən çıxış edərək, «hətta, fleksiyalar kimi 
sıx  şəkildə bağlı olan morfemlər də yaddilli materialın 
müdaxiləsindən sığortalanmamışdır» - fikrini önə sürən 
H.Şuxardtın
1
 həqiqətdən uzaq olmadığını söyləyə bilərik.  
Sadəcə olaraq, dəyərləndirmələrimizdə  həmin inter-
ferensiya prosesinin dil sisteminin özəllikləri ilə  şərt-
ləndirilməsi faktının sübuta yetirilməsi bir dəqiqləşdirməni 
labüd edir: fleksiyaların iltisaqi elementlərin;  iltisaqi 
birləşmələrin isə insirafi ünsürlərin müdaxilə üçün qapalı 
olmaması ekstralinqvistik faktorun fəaliyyəti üçün imkan 
məhdudluğunun mövcud olmaması anlamına gələ bilməz. 
Əks halda, söhbət, yadstrukturlu dilin qrammatik 
                                                 
1
 Вайнрайх У. Языковые контакты. Киев,  1979;стр. 69 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə