Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə50/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   46   47   48   49   50   51   52   53   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
149
dillərin yalnız iltisaqi və insirafi tiplər arasında «bölün-
məzliyi» ayrıca problem olmaqdan çıxaraq, tipoloji 
delimitasiya məsələsinin tərkib hissəsinə çevrilir. 
 Digər tərəfdən, bantu dillərinin tipoloji xarakteristikası  
ilə bağlı fikirlərin belə geniş rakurslu olması problemin 
tipologiya nəzəriyyəsində mövcud olan və  hələ  də öz 
birmənalı  həllini tapmamış  məsələlərdən qaynaqlanmasına 
əminlik yaradır. Bantu dillərinin quruluş özəlliklərinin 
təhlilinə nüfuz etmədən  onun strukturunun 
səciyyələndirməsi kontekstində ortaya çıxan (və artıq qeyd 
olunan) nəzəri məsələlərin, hətta, səthi analizi də buna 
şübhə yeri qoymur. Belə ki, bantu dillərinin flektivliyi ilə 
bağlı iddia müəlliflərindən biri olan K.M.Dok Altay dilləri 
ilə latın dilinin hallanma sistemi arasında böyük fərq 
olmadığını önə sürən T.Takerin mülahizələrini  inkişaf 
etdirərək aqlütinasiyanın, sadəcə, birləşmə növü olduğunu 
bildirmiş  və  «Altay qrupunun insirafi dil ailəsi olmasının 
etriaf edilməli olduğunu» (?! – A.H.) iddia etməklə
1
 
(özünün də daha öncə qeyd etdiyi kimi) məsələnin, 
həqiqətən də, «flektivlik» istilahının fərqli 
interpretasiyasından qaynaqlandığını  əyani  şəkildə ortaya 
qoymuşdur.  
(Xatırladaq ki, T.Taker «hind-Avropa dillərindəki (daha 
dəqiq desək, sözyaradıcılığındakı) yekcinsliyin 
çatışmamazlığının və  nəhayətsiz qeyri-aydınlığın Altay 
qrupu dillərinin sözyaradıcılığındakı aydınlıq və requlyar-
lıqla təzad təşkil etdiyini» və bu dillər arasındakı prinsipial 
fərqin də yalnız, məhz, həmin təzaddan qaynaqlandığını 
önə sürmüşdür). 
K.M.Dokun mülahizələrinə münasibət bildirərkən, ilk 
olaraq, onu qeyd etməliyik ki, dilçi Altay dillərinin 
                                                 
1
  Док  К.М.  Языки  банту,  флективные  с  тенденцией  к  агглютинации //  
Африканское языкознание. М., 1963, стр. 201. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
150
flektivliyi ilə bağlı iddialarının təsdiqi üçün apardığı müqa-
yisələr zamanı latın dilinin formadüzəltməsinə etdiyi 
istinadların, belə demək mümkünsə, real əsasdan məhrum 
olmasının fərqinə varmamışdır. Söhbət, türk dilindəki hal 
paradiqması ilə  (adem, ademin, ademe, ademi) flektiv 
dillərin klassik nümunəsi sayılan latın dilindəki analoqunun 
(viz, vizi, vizo, vizum) müqayisəsindən
1
 gedir.
*
  
Sonuncudakı    həmin söz-formaların tipik insirafiliyi 
təcəssüm etdirməməsi faktının gözardı edilməsindən doğan 
qeyri-səhihlik öz ardınca növbəti mərhələdə    həmin 
standartın tətbiqindən dolayı ortaya çıxan yeni yanlışlığın 
meydana gəlməsini qaçınılmaz etmişdir. Halbuki, mövcud 
paralellik tam əks məcrada – iltisaqiliyin səciyyəvi 
özəllikləri prizmasından dəyərləndirilməli və latın dilinin 
sözdəyişimində aqlütinativ təbiətli tipoloji sapma 
elementlərinin yer alması faktı etiraf edilməli idi.  
Başqa sözlə, dilçi tipoloji nəzəriyyənin müəyyənləş-
dirdiyi kriterilərdən çıxış etməyib, «verilmiş reallıq»dakı 
elementləri kriteri səviyyəsinə qaldırmışdır. Hipotetik 
olaraq, K.M.Dokun (latın dilindəki) qeyd olunan dil 
faktlarının tipoloji sapma ünsürlərini təcəssüm etdirməsi ilə 
bağlı fikri qəbul etdiyini zənn etsək, o zaman tədqiqatçının 
bantu dilinin birmənalı flektivliyi ilə  əlaqədar iddialarının 
                                                 
1
  Док  К.М.  Языки  банту,  флективные  с  тенденцией  к  агглютинации //  
Африканское языкознание. М., 1963, стр. 201, 203. 
*
  Щашийяйя  чыхараг,  ону  да  гейд  едяк  ки,  латын  дилинин  тясриф  системиндя 
(мяс:  ланда  «тярифля»;  ландас  «сян  тярифляйирсян»)  илтисаги  цнсцрлярин 
мювжудлуьунун  бир  чох  тядгигатчылар  тяряфиндян  етирафы    диэяр  флектив 
диллярдяки  аглцтинатив  елементлярин  тясбити  ишиня  билаваситя  йардымчы  ол-
мушдур. Мясялян, латын тясрифинин аглцтинатив елементлярля йетяринжя зянэин 
олмасыны  гейд  едян  В.П.  Старынин      сами  тясриф  системинин  тящлили  заманы 
ону  флективлик  еталону  кими  дейил,типолоъи  модификасийа  нцмуняси  олараг 
нязярдян  кечирир  вя  мцвафиг  паралелликляр  апарыр.  (бах:  Старинин  В.П. 
Структура семитского слова. Прерывистые морфемы. М., 1963, стр.15).  


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
151
arqumentasiya bazasının ciddi şəkildə  zəifləməsinin  şahidi 
olacağıq.  
Deməli, bantu dillərinin tipoloji xarakteristikasının 
aparılması üçün flektiv dillərdəki mövcud dil faktlarından 
deyil, insirafi dil etalonu kriterilərindən çıxış edilsə, 
sözügedən dillərin «inkişaf etmiş flektiv» quruluşa malik 
olması fikrinin yanlışlığı  aşkarlanmış olar ki, bu da digər 
qrup araşdırıcıların suaxili və ona qohum dillərin insirafi 
ünsürlərdən xali olmayan aqlütinasiya daşıyıcılığı ilə bağlı 
mülahizələrinin doğruluğunu ortaya qoymuş olur.  
Lakin sözügedən dillərin tipoloji səciyyələndirməsi 
işində subyektiv amildən – təsnifat kriterilərinin fərqli yo-
rumlarından törəyən fikir müxtəlifliyindən bəhs edildiyi 
təqdirdə, digər məsələni – bantu dillərinin determinantası 
ilə bağlı  təzadlı mülahizələrə  təkan verən (obyektiv) dil 
reallığı ilə əlaqədar bir məqamı diqqətdən kənarda qoymaq 
istəməzdik. Məhz, həmin məqam dil strukturundakı sapma 
elementlərinin  əksəriyyət təşkil etməyən, lakin bununla 
belə, öz araşdırmasını tələb edən hissəsi ilə bağlı təhlillərə 
keçməyə imkan yaradacaqdır. Söhbət ekstralinqvistik 
amillərin təsiri ilə dil strukturunda cərəyan edən və 
verilmiş tipoloji xarakteristikanın bu və ya digər səviyyədə 
dəyişməsinə yol aça bilən proseslərdən gedir.
1
 
Bantu dilləri ilə bağlı  əksər tədqiqatlarda onların bir 
qisminin (E.Benvenistə görə,  şimal-şərq zonasını  əhatə 
edən dillərin;
2
 N.B.Meçkovskayanın qeydlərinə  əsasən isə, 
Tanzaniya, Keniya, Uqanda, Zair, Mozambik və s. 
ölkələrdə geniş yayılmış suaxili dilinin
3
) IX-XI əsrlərdə 
                                                 
1
 Щямин факторларын тящлилиня бир гядяр сонра гайыдажаьыг. 
2
  Бенвенист  Э.  Классификация  языков /  Введение  в  языкознание. 
Хрестоматия. Минск,1988, стр. 304. 
3
  Мечковская  Н.Б.Общее  языкознание.  Структурная  и  социальная 
типология языков. М., 2003, стр. 164. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə