Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə48/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   44   45   46   47   48   49   50   51   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
143
dırdığından, struktur quruluşunun formalaşmasında, məhz, 
bu iki tipoloji tendensiyadan hansı birinin aparıcı mahiyyət 
kəsb etməsi ilə bağlı polemikaların səngimək bilmədiyi 
bantu dillərinə diqqət yetirmək istərdik.Bizim  bu dilin 
tipoloji determinantası ilə bağlı  məsələyə münasibət 
bildirmək istəyimizin başlıca təkanverici amili, şərti olaraq, 
bu dilin adı ilə bağladığımız fenomenin mahiyyətinə  nəzər 
salmaq arzusundan qaynaqlanır. 
Tədqiqatın daha öncəki bölümündə linqvistik tipologiya 
nəzəriyyələrinin bəzilərində «təmiz» dil tipinin mövcud 
olmamasının etirafı fonunda vəziyyətdən, bir növ, «çıxış 
yolu» kimi tam əks yanaşmanın - «qarışıq tip» anlayışının 
ortaya atılması haqqında 
ətraflı 
dəyərləndirmələr 
aparılmışdır. Biz, həmin mülahizə  və  dəyərləndirmələrin 
məntiqi davamı olaraq, problemin nəzəri təhlil həllinin 
arayışında qeyd olunan formatdan (nəzəri dəyərləndirmə 
formatından) kənara çıxmadan, məsələnin daha konkret 
boyutlarda araşdırmasını  aparmaq istərdik. 
İlk olaraq, yanlış anlaşılmaların meydana gəlməsini 
önləmək üçün onu qeyd etməliyik ki, əslində, bantu dilləri 
linqvistik  ədəbiyyatlarda ikili tipoloji «kimlik vəsiqəsi» 
almış yeganə dil deyil. Belə ki, müvafiq ədəbiyyatların  ən 
səthi statistik dəyərləndirməsi nəticəsində   tipoloji 
xarakteristikası ilə bağlı oxşar dublet səciyyələndirmə 
təklif edilən bir çox dilin mövcud olduğunu təsbit etmək 
mümkündür. Bu kontekstdə  əksər nəzəri  ədəbiyyatlarda 
tipoloji təmayüllərin özəlliklərinin təhlili çərçivəsində 
(demək olar ki, bir qayda olaraq) iltisaqilik örnəyi (daha 
dəqiq desək, tipik aqlütinativ dil nümunəsi) qismində 
nəzərdən keçirilən fin – uqor dilləri sırasında yer alan eston 
dilini, xüsusilə, qeyd etmək istərdik. Belə ki, aid olduğu dil 
ailəsinin aqlütinativ quruluşa malik olması heç bir skepsisə 
rəvac vermədiyi halda, bu dilin öz müasir struktur 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
144
quruluşunda sırf iltisaqi quluşlu olmaqdan çıxaraq, 
aqlütinativ – flektiv mahiyyət kəsb etməsi  əksər fin – 
uqorşünaslar və tipoloqlar tərəfindən yekdilliklə qeyd 
edilir.
1
 Doğrudur, aqlütinativ quruluşlu fin-uqor dillərində 
flektiv təbiətli mexanizmin müəyyən paradiqmatik 
münasibətlərin icrası zamanı  sıx-sıx işə düşdüyü bir çox 
tədqiqatlar sırasında təsdiqlənmişdir.  
Xatırladaq ki, V.İ.Lıtkin fin-uqor ulu dilinin tamamilə 
aqlütinativ olduğu halda, ondan törəyən müasir dillərdə 
«flektiv xarakterli xüsusiyyətlərin» boy göstərdiyini 
bildirmişdir (kursiv bizimdir – A.H.).
2
 Onun fikirlərinə 
şərik çıxan digər fin-uqorşünas alim K.Y.Maytinskaya da  
həmin ailəyə daxil olan dillərin, istisnasız olaraq, 
hamısında insirafi elementlərin müşahidə olunduğunu 
qeyd etmişdir (kursiv bizimdir – A.H.).
3
 Problemi daha 
kəskin  şəkildə qoyan G.İ.Kert isə, ümumiyyətlə, saam 
dilinin strukturunun əsasında təkcə aqlütinasiyanın deyil, 
«iki müxtəlif tipin dayandığını» (söhbət aqlütinativlik və 
flektivlikdən gedir. – A.H.) və istər saam dilinin, istərsə də 
fin və eston dillərinin artıq «təmiz iltisaqilik»dən 
yetərincə uzaq olduğunu önə sürmüşdür (kursiv bizimdir – 
A.H.).
4
 
                                                 
1
(бах:  Пентус  М.Р.  Эстонский  язык. http://lpcs.math.msu.su.
  ;
Эстонский 
язык www.philol.msu.ru;  Эстонский  язык http://www.finnougoria.ru;  Эс-
тонский язык http://www.lca.ru 
2
 Лыткин В.И. Общие сведения о финно-угорских языках. Сравнитель-
ная  фонетика  финно-угорских  языков / Основы  финнско-угорского 
языкознания.  Вопросы  происхождения  и  развития  финно-угорских 
языков. М., 1974, стр.22. 
3
Майтинская К.Е. Сравнительная морфология финно-угорских языков / 
Основы финнско-угорского языкознания. М., 1974, стр.217. 
4
  Керт  Г.М.  Именная  и  глагольная  основы  в  кильдинском  диалекте 
саамского  языка / Вопросы  финнско-угорского  языкознания,  М.-Л., 
1962, с.143-153. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
145
Göründüyü kimi, eston dilinin timsalında və onun digər 
fin – uqor dilləri ilə müqayisəsi  əsasında müşahidə 
etdiyimiz vəziyyət, yəni flektivləşmə tendensiyasının yal-
nız ayrıca götürülmüş bir dildə deyil, bütöv bir dil ailəsində 
yer alması faktının təsbiti tipoloji modifikasiya prosesinin 
heç vəchlə spontan ola bilməyəcəyini və dil sisteminin alt 
qatlarınla «kodlaşdırılmış» inkişaf modelinə müvafiq 
şəkildə gerçəkləşdiyini ortaya qoyur.Başqa sözlə, dil 
proqramlaşdırılmış sxem üzrə  dəyişikliklərə  məruz qalır. 
Və bu prosesin reallaşmasında bir sıra intralinqvistik və 
ekstralinqvistik amillər rol oynadığından sözügedən 
qəbildən  metamorfozların gerçəkləşmə  səviyyəsi müxtəlif 
dillərdə fərqli realizasiya göstəricilərini ortaya qoyur. 
Biz, tipoloji metamorfozların gerçəkləşməsini sürətlən-
dirən və ya onların reallaşmasını önləyən obyektiv və 
subyektiv səbəblərin təhlilinə  tədqiqatımızın digər bölüm-
lərində geniş şəkildə yer verəcəyimizdən bu məqamda əsas 
diqqətimizi «qarışıq tip» və ya «bantu dili fenomeni»ni 
meydana çıxaran faktorların dəyərləndirilməsinə 
yönləndirmək istərdik. 
Problemin təhlilinə girişdə bildirdiyimiz kimi, biz, 
sözügedən məsələni,  şərti olaraq, məhz, «bantu feno-
meni» kontekstində  dəyərləndirəcəyik. Belə ki, yuxarıda 
haqqında bəhs etdiyimiz eston dilindən fərqli olaraq, 
aparılan çoxsaylı tipoloji dəyərləndirmələrə  rəğmən, bu 
dillin (tipoloji) xarakteristikası ilə bağlı yekdil bir fikrin 
hasil edildiyini söyləmək qeyri – mümkündür. Məhz, bu 
məqam onları (bantu dillərini) xüsusi növ politipologizm 
örnəyi olaraq maraqlı tədqiqat obyektinə çevirir. 
Bantu dilləri üzrə görkəmli mütəxəssislərdən sayılan 
G.P.Melnikov və N.V.Oxotinanın qeyd etdikləri kimi, əksər 
tədqiqatçılar bu  dillərin  fleksiya elementlərinə malik 
iltisaqi dil olması mövqeyindən çıxış etdiyi halda (kursiv 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə