Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə51/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   47   48   49   50   51   52   53   54   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
152
ərəb dilinin güclü təsirinə  məruz qalması  və bu təsirin 
birincilərin (bantu dillərinin)  morfologiyasında ciddi də-
yişikliklərə yol açması (kursiv bizimdir – A.H.) faktı qeyd 
edilir.  Əgər həmin məlumatlar fonunda bantu dillərinin 
iltisaqiliyi ilə  «aqlütinasiyanın sami variantı» arasında 
ciddi bənzərliklərlə bağlı D.A.Olderoqqe, N.V.Oxotina, 
G.P.Melnikov və başqalarının
1
 mülahizələrini dəyər-
ləndirmiş olsaq, burada qrammatik interferensiya 
hadisəsinin tipoloji səciyyələndirməyə birbaşa nüfuz 
etməsini təsbitləmiş olarıq.  
Bantu dillərinin qarşılıqlı  təsirinin birmənalı  şəkildə 
müəyyənləşdirilməsi məsələsi tədqiqatımızın obyektindən 
kənarda qalsa da, söylənilənlər bu dillərdəki tipoloji sapma 
elementlərinin meydana gəlməsində ekstralinqvistik 
faktorların rolundan danışmağa imkan verir. Həmin 
amillərin, konkret olaraq, «bantu dili» fenomeninin 
meydana gəlməsində hansı səviyyədə rol oynadığını müəy-
yənləşdirməyə keçmədən öncə, bir qədər haşiyəyə  çıxıb 
dilin inkişafına yol açan ekstralinqvistik faktorların ma-
hiyyəti ilə bağlı, daha dəqiq desək sözügedən faktorların 
tipoloji modifikasiyaların gerçəkləşməsindəki mümkün 
iştirak payının dəyərləndirməsinə diqqət ayırmaq istərdik. 
3.3.2.  Dil sisteminin qeyri-diskret mahiyyətli inkişafda 
olması,demək olar ki, əksər tədqiqatçılar tərəfindən 
birmənalı  şəkilədə etiraf edilmişdir. Başqa sözlə desək, 
dilçilik elminin bu inkişafın hansı  təkanverici amillərin 
təsiri ilə baş verməsi, hansı istiqamətdə gerçəkləşməsi və 
hansı  şəraitdə reallaşması ilə bağlı konkret və birmənalı 
təkamül «formulu»nu təklif etməməsinə baxmayaraq, dil 
                                                 
1
 Мельников Г.П., Охотина Н.В. Выявление детерминанты и классифи-
кация морфем банту (на материале суахили) // Проблемы африканского 
языкознания. Типология, компаративистика, описание языков. М., 1972, 
стр. 11. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
153
sisteminin dəyişkənliyə meylliyi inkaredilməz fakt olaraq 
nəzərdən keçirilir.  
Dil sistemi öz çoxkomponentli iyerarxik quruluşu ilə və 
bu quruluşun modelini şəkilləndirən xüsusi daxili nizamı 
ilə  həmin inkişaf prosesinin tənzimlənməsini gerçək-
ləşdirməyə müvəffəq olur. Məhz, həmin nizam dillərin 
daxili quruluşunun özəlliklərinin doğurduğu  zərurətin 
məqbul bildiyindən daha artıq dəyişməsini və ya xarici 
amillərin təsiri ilə komunikabellilikdən (ünsiyyət üçün 
uyarlıqdan) çıxa biləcək səviyyədə «yeniləşməsi»ni 
mümkünsüz edir. Dil sisteminin xəyali inkişaf trayekto-
riyasının canlandırılmasının mümkünlüyü şəraitində 
«dalğavari» çertyojla qarşılaşa biləcəyimizi qeyd edən 
B.A.Serebrennikov «dillərin xətti (eyni səviyyədə, bərabər 
şəkildə – A.H.) olaraq inkişaf etmədiyini», «onların 
tərkibindəki bəzi elementlərin dəyişməsi  şəraitində, digər 
elementlərin uzun müddət, bəzən, hətta, bütöv yüzilliklər 
boyu olduğu kimi qaldığını» qeyd etmişdir.
1
  
Məlum olduğu kimi, həmin  təkamülü  şərtləndirən 
amillər  yekcins təbiətli olmayıb dildaxili və dilxarici 
olmaq üzrə iki yerə bölünür. Birinci qrup amillər dilin 
daxili nizamında «kodlaşdırılmış» təkamül «zəncir»inə 
müvafiq inkişafı ehtiva etdiyi halda, ikinci qrup faktorlar 
sırasına dil – cəmiyyət, dil – fərd əlaqələrindən doğan təsir 
mexanizmləri, habelə bilinqvistik və polilinqvistik mühit və 
bu mühit daxilindəki dillərarası münasibətlərin  intensivlik 
səviyyəsindən asılı olaraq meydana çıxan müxtəlifcinsli 
ekstralinqvistik amillər aid edilir.Müxtəlif səviyyəli dil 
əlaqələri dil sistemində onların (bu əlaqələrin) intesivlik 
səviyyəsi ilə birbaşa mütənasiblik təşkil edən fəsadlara yol 
açır ki, bu da  bəzi özəl hallarda tipoloji modifikasiyaların 
                                                 
1
Серебренников Б.А. Общее языкознание http://www.classes.ru/grammar/ 
115.Serebrennikov 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
154
meydana gəlməsi ilə nəticələnir. 
Aşağı  səviyyəli dil əlaqələri yalnız leksik inventarın 
zənginləşməsi və  ən yaxşı halda bəzi «psixoloji morfem 
üzvlənməsi»nə asanlıqla məruz qalan şəkilçi morfemlərin 
mənimsənilməsi ilə yekunlaşdığı halda, daha yüksək 
intensivliyə malik kontakt şəraitində dillərin tipoloji 
indeksasıyasına birbaşa və ya dolayı müdaxilə halları 
meydana çıxa bilər. Məsələn, yüksək səviyyəli dil əlaqələri  
nəticəsində dil ittifaqları yarana bilər. «Areal -  linqvistik  
birlik növü olan dil ittifaqları  kontaktda olan və … 
qarşılıqlı  təsir nəticəsində ortaqlaşmaya məruz qalan 
ümumi  struktur – tipoloji göstəricilərə malik olan dilləri 
ehtiva edir» (kursiv bizimdir –  A.H.).
1
 
 Əgər tipik  «dil ittifaqı» modelini təcəssüm etdirən 
«Balkan dil birliyi»nə daxil olan dillərin struktur qurulu-
şunda baş vermiş modifikasiya proseslərinin mahiyyətinə 
(ötəri də olsa belə) nəzər salsaq,bu zaman «bantu dili 
fenomeni»nin meydana gəlməsində (mümkün) bantu – sami 
dil ittifaqının təsir edə biləcəyi ilə bağlı ehtimalların 
əsassız olmadığı ortaya çıxar. Belə ki, bu ittifaqda yer alan 
«bolqar, makedon, (qismən də) serbo – xorvat, rumın, alban 
və yeni yunan dillərinin… fonetika, morfologiya və 
sintaksisində… bir sıra ortaq xüsusiyyətlər inkişaf tapmış,
2
 
konkret olaraq, «rumın, bolqar, alban dillərində (ortaya 
çıxması bu dillərin hind – Avropa ortaqlığı ilə izah edilə 
bilməyəcəyi) postpozitiv müəyyənlik artikli meydana 
gəlmişdir.
3
  
                                                 
1
 Нерознак В.П.Языковые союзы  http://www.oval.ru/enc/87641.htm. 
2
  Нерознак  В.П.Языковые  союзы  http://www.oval.ru/enc/87641.htm. 
Трубецкой    Н.С.Вавилонская  башня  и  смешение  языков(Наследие 
Чингисхана)http://www.hrono.info/statii/tower.html 
3
 
Вайнрайх У.Одноязычие и многоязычие / (Новое в лингвистике. - Вып. 
6. Языковые контакты. http://www.philology.ru/linguistics1 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə