Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə47/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   43   44   45   46   47   48   49   50   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
140
dilçinin türk dillərindəki insirafiliyin iş  əmsalını az qala 
sami dilləri ilə eyniləşdirməklə nümayiş etdirdiyi qeyri-
ardıcıllığın başlıca səbəbi (morfoloji təsnifat kriterilərini 
şübhə altına alan əksər tədqiqatlarda olduğu kimi) dil 
təkamülü ideyasının prinsipcə inkarıdır. Burada «abstrakt 
evolyusionizm»in tənqidi ilə başlayan təhlillər  Şleyxer 
təsnifatından özünəməxsus  şəkildə  bəhrələnən N.Y.Marrın 
«Yafəs nəzəriyyəsi»nin ifşası ilə davam etdirilir.
1
 Bu da 
sonuncu məsələ ilə bağlı  dəyərləndirmələrdə, təkcə dilin 
«vulqar solsiallaşdırılması»ndan haqlı imtina ilə deyil, 
təkamül ideyasının şübhə altına alınması ilə nəticələnir.  
Bu məqamda bir qədər haşiyəyə  çıxıb «qarışıq tip» 
anlayışının meydana gəlməsinə  rəvac verən və tipoloji 
definisiya baxımından yetərincə  çətinliklərə yol açan bəzi 
dillərin struktur özəlliklərinin təhlilinə diqqət ayırmaq 
istərdik. 
3.2.3. «Qarışıq tip» problemi kontekstində aparılan 
dəyərləndirmələr fonunda, sapma faktları probleminin bəzi 
hallarda təsnifatlandırılan obyektin – dünya dillərinin 
«verişmiş reallığı»nın tərkib hissəsi olaraq ortaya 
çıxmayıb, bir növ, süni zəmində yaradıldığını da etiraf 
etmək lazımdır. Söhbət tipoloji delimitasiya problemi ilə 
üzvi bağlılıq nümayiş etdirən anomaliya hallarından gedir. 
 Dil  tiplərinin  əsaslı  şəkildə  fərqləndirən xarakterik 
özəlliklərlə bağlı yorum müxtəlifliyi müşahidə edilmədiyi 
halda, müvafiq istiqamətli araşdırmalarda tiplərarası 
həmhüdud «zona»da yer alan faktların tipoloji səciyyə-
ləndirilməsi işində ortaq məxrəcin hasil edildiyini söylə-
mək qeyri-mümkündür. Məhz, bu səbəbdən, konkret 
dillərin tipoloji xarakteristikasını verən və ya müxtəlif-
sistemli dillərin müqayisəsindən çıxış edən tədqiqatlarda, 
                                                 
1
 Йеня орада, с. 123-124. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
141
sözügedən həmhüdud «zona»da cərəyan edən proseslərin 
bir çox halda araşdırmadan kənarda qaldığının  şahidi 
oluruq. Daha dəqiq desək, tədqiqatımız boyu müraciət 
etdiyimiz bir sıra araşdırmalardan da müəyyənləşdirdiyimiz 
kimi, həmin «zona»da yer alan faktlar ya müvafiq tipoloji 
xarakteristikasını almadan, bəsit fonetik dəyişikliklər 
qismində  dəyərləndirir, ya da hazırkı  vəziyyətində aparıcı 
tipoloji təmayülə tam müxalif mövqe sərgiləməməsinə 
rəğmən tipoloji anomaliya qismində səciyyələndirilir.  
Məhz, sonuncu qisim təhlillər sayəsində (artıq söy-
lədiyimiz kimi), süni zəmin  əsasında formalaşan tipoloji 
sapma halları meydana gəlir.Belə ki, bəzi hallarda 
araşdırmaçılar hər hansı bir mürəkkəb söz və ya söz -
formanın meydana gəlməsində aqlütinativ mexanizmin 
iştirak faktından çıxış edərək və sonrakı proseslərin tam 
fuziyon mahiyyət kəsb etməsini gözardı edərək, həmin 
elementləri birmənalı  şəkildə aqlütinasiya ünsürü kimi 
səciyyələndirirlər ki, bu da «verilmiş reallığ»ın təhlilindən 
daha çox, diaxronik tipologiya mövqeyindən dəyərlən-
dirməni təcəssüm etdirmiş olur. İstənilən halda, məhz, 
tiplərarası  həmhüdud «zona»nın, bu mövqedə  qərar tutan 
faktların tipoloji «inventarizasiyası»nın aparılması 
baxımından çox əlverişsiz olmasından dolayı, burada 
cərəyan edən proseslərin xüsusi və  təfsilatlı  təhlillərlə 
ehtiyac duyduğunu söyləmək olar. Və əgər (ekstralinqvistik 
amillərin güclü təsiri olmadığı  şəraitdə) «morfoloji tipin 
dəyişməsi; lakin olduqca gec; hətta, qrammatik quruluşdan 
daha asta templərlə  dəyişməsi»
1
    fikrinin  bu  və ya digər 
şəkildə  əksər tipoloqlar tərəfindən dəstəklənməsi faktını 
nəzərə alsaq, həmin etiraf olunan uzunmüddətli keçid 
mərhələlərində  cərəyan edən proseslərin düzgün və 
                                                 
1
 Чикобава А.С. Введение в языкознание. Часть I, М., 1952, стр.19. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
142
hərtərəfli dəyərləndirilməsi baxımından, tiplərarası 
həmhüdud «zona»da qərar tutan anomaliya hallarının 
adekvat təhlil həllini tapmasının vacibliyi bir daha 
yəqinləşər.  
Dilin daim (hətta, güclə seziləcək tempdə olsa belə) 
inkişafda olması, bir çox halda onun ümumi quruluşundakı 
aparıcı tipoloji təmayül elementlərinin mütləq 
dominantlığını mümkünsüz edir. Lakin resessiv səciyyə 
daşıyan elementlərin özlərinin də (artıq söylənildiyi kimi) 
yekcins xarakter kəsb etməməsi dillərin aqlütinativ – 
flektiv və ya kök–aqlütinativ olmasından danışmağa imkan 
vermir: tədrici inkişaf belə  kəskin keçidlərin qarşısını alır. 
Məsələn: aqlütinativ türk dillərindəki tipoloji sapma 
elementləri həm kök dil quruluşunun relikt formalarının, 
həm də insirafi təbiətli ünsürləri  əhatə etdiyindən, bu 
dillərdəki tipoloji təmayüllərin ümumi qarşılaşdırması 
zamanı aparıcı tendensiyanın dilin struktur quruluşunun 
formalaşdırılmasındakı 
iştirak payı digər təmayül 
elementlərinin ayrı-ayrılıqda çəkisindən dəfələrlə artıq 
olduğu müəyyənləşir. Lakin dilçilik ədəbiyyatlarında 
struktur quruluşu bir deyil, iki tipoloji təmayülün öncüllüyü 
şəraitində formalaşmış dillər haqqında məlumatların 
mövcudluğu, daha öncə  səsləndirilən mülahizələrin 
kontekstində həmin halların izahının verilməsini tələb edir.   
 
3.3. «Bantu dili» fenomeni və ya profleksivlik 
haqqında 
(ekstralinqvistik faktorların təsiri ilə dil sistemində 
baş verən modifikasiyaların  «tipoloji sapma» və ya 
«hibridləşmə» limitinə dair) 
 
3.3.1.Tədqiqatımızın obyektindən dolayı, bizi iltisaqi və 
insirafi təmayüllərin birgəmövcudluq  şəraiti maraqlan-


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə