Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə43/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   39   40   41   42   43   44   45   46   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
128
Göründyü kimi, O.P.Sunikin fikirləri müəyyən təzaddan 
xali deyil. Daha öncə müraciət edilən (və irəlidə izləyə-
cəyimiz) iqtibaslardan məlum olduğu kimi, alimin 
morfoloji klassifikasiyaya münasibəti ardıcıllığı ilə 
seçilmir: digər araşdırmalarında bütün (alimə görə) 
qüsurlarına baxmayaraq, sözügedən təsnifatın metodoloji 
gərəkliliyini vurğulayan O.P.Sunik
1
 yuxarıdakı  təqdim 
olunan mülahizəsində  məsələyə daha kəskin münasibət 
sərgiləməklə  bərabər problemin həlli yollarını  təklif etmir 
və O.P.Sunik  bu yanaşmasında heç də  tək deyil. Belə ki, 
onun (O.P.Sunik) kimi, müxtəlif dillərdə  fərqli tipoloji 
quruluşa xas olan ünsürlərin mövcudluğunu təsbit edən, 
lakin ənənəvi klassifikasiya çərçivəsində sapma probleminə 
həll qazandıra bilməyərək sözügedən təsnifatın yararlılığına 
və ya dil təkamülü ideyasına skeptik münasibət bəsləyən 
dilçilər heç də az deyil.  
Öz araşdırmalarında iltisaqi dillərdə flektiv dil ünsür-
lərinin yer alması faktını (konkret olaraq, gürcü dilində 
ablaut hallarının; svan dilində  əsasın fleksiyasının 
mövcudluğunu) dəfələrlə etiraf edən T.S.Şaradzenidze 
tipoloji xarakteristikadakı  dəyişikliklərin dil təkamülündən 
qaynaqlanmadığını, «dillərarası tipoloji fərqliliklərin nə 
sinxronik, nə  də diaxronik planda universal olan vahid 
sxemə salınaraq» «bütün hallarda bir tipin digərindən 
törədiyini iddia etməyin  əsassız olduğunu» bildirmiş  və 
konkret olaraq, aqlütinativ-flektiv quruluş münasibətlərinə 
gəlincə, mövcud sapma elementlərinin, prinsip etibarilə, 
iltisaqiliyin  flektivlikdən öncəki mərhələni təcəssüm 
etdirməsi fikrinin əsaslandırılması üçün tutarlı arqument 
                                                 
1
 Суник О.П. Проблема агглютинации в алтайских языках / XXV Меж-
дународный  конгресс  востоковедов.  Доклады  делегации  СССР.  М., 
1960, стр.10. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
129
olmadığını önə sürmüşdür
1
. Bu isə dolayısı ilə, iltisaqi 
quruluşlu dillərin flektiv struktur üçün meta-dil təşkil 
etməsinə fikrinə etiraz kimi səciyyələndirilə bilər.  
Bu mənada, gürcü alimi  B.A.Uspenskinin meta-dil 
təliminə qarşı  çıxaraq tipoloji təkamül ideyalarına aşkar 
speksis nümayiş etdirən O.P.Suniklə
2
  həmrəyliyni ortaya 
qoyur. Bu isə  həmin mövqeyi paylaşan dilçilərin bu və ya 
digər dərəcədə linqvistik xarakterologiya yanaşmasını 
sərgilədiyini düşünməyə əsas verir. Belə ki, dillərin tipoloji 
səciyyələndirməsi məsələlərində «artıq tükənmiş  ənənəvi 
klassifikasiya» ideyalarından deyil, xarakterologik təhlillər 
prizmasından çıxış edilməsini təklif edən V.Skaliçka da 
O.P.Sunikin «qarışıq tip» ideyası ilə    bağlı  səsləndirdiyi 
mülahizələrə etirazını bildirməsinə baxmayaraq, bu tipoloji 
sapma faktlarının təkamül ideyaları ilə  əlaqələndirilməsi 
məsələsində tam analoji mövqe ortaya qoymuşdur.
3
 
Tipologiyanın xarakteroloji aspektdən anlaşılması 
yolunun Fink tərəfindən təklif edilməsinə baxmayaraq 
(F.Fink özünün təzadlı kriterilərə  əsaslanan təsnifatında, 
gürcü dilinin qrup-flektiv; yunan dilinin əsas-flektiv;  ərəb 
dilinin kök-flektiv olması ilə bağlı  və s. kimi 
səciyyələndirmələr aparmışdır – A.H.),
4
 V.P.Danilenkonun 
bildirdiyinə görə, F.Fink, eləcə  də H.Şteyntal, F.Misteli 
                                                 
1
  Шарадзенидзе  Т.С.  морфологическая  классификация  языков  и  основ-
ные  вопросы  исторической  типологии /  Лингвистическая  типология. 
М., 1985,стр.36-37.;  Шарадзенидзе  Т.С.  Грамматические  категории  и 
морфологические типы языков / Типология грамматических категорий. 
Мещаниновские чтения. М., 1975,стр. 44-46. 
2
 Суник О.П. Вопросы типологии агглютинативных языков (К проблеме 
соотношения агглютинации и флексии) / Морфологическая типология и 
проблема классификации языков. М.-Л., 1965, стр.30. 
3
 
Скаличка В. К вопросу о типологии // Вопросы языкознания, М., 1966, 
№4, стр.27-28. 
4
 Березин Ф.М. , Головин Б.Н. Общее языкознание.М., 1979,стр.347. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
130
ideyalarının mənbəyini V.Humboldt təlimindəki dilin 
xarakteri haqqında fikirlər təşkil etmiş; terminoloji 
dövriyəyə daha sonralar daxil olmuş «linqvistik 
xarakterologiya» istilahı isə  həmin mövqeyin ardıcıl-
larından sayılan V.Matezius tərəfindən təklif edilmişdir.
1
 
 Maraqlıdır ki, xarakteroloji yanaşma tərəfdarları bir 
çox hallarda, qüsurlarına görə  tənqid etdikləri morfoloji 
klassifikasiyanın aydınlıq gətirə bilmədiyi tipoloji sapma 
probleminin çözümü dil tiplərin sayının artırılmasında 
görürdülər. Belə ki, yuxarıdakı fikirlərindən iqtibas gətir-
diyimiz F.Finkin bölgüsü səkkiz, Fr.Mistelinin təsnifatı on 
bir
2
;V.Skaliçka və T.Milevski klassifikasiyaları isə beş dil 
tipini
3
 əhatə edir.  
3.2.3. Son klassifikasiyalarla bağlı (bir qədər haşiyəyə 
çıxmaqla) dəqiqləşdirmə apararaq möqeyimizi açıqmalaq 
istərdik. Belə ki, bu təsnifatlar arasında bərabərlik işarəsi 
qoymaq çətin olsa da (T.Milevski polisintetik dilləri iltisaqi 
dillərlə, demək olar ki, eyniləşdirsə  də, onların aqlütinativ 
tipin alttipini təcəssüm etdirdiyini önə sürmüşdür), hər iki 
klassifikasiyada flektiv dillər bəzi özəlliklərinə görə 
müxtəlif tiplərə bölünmüş; V.Skaliçka təsnifatında 
«introflektiv»
4
, T.Milevski klassifikasiyasında 
«alternasiyalı»
5
 adlandırılan dil tipi sami dillərinə;  əsl 
                                                 
1
 Даниленко В.М. Лингвистическая характерология в концепции В.Ма-
тезиуса  // Вопросы языкознания, 1986, № 4, стр.120. 
2
  Шарадзенидзе  Т.С.  Грамматические  категории  и  морфологические 
типы  языков / Типология  грамматических  категорий.  Мещаниновские 
чтения. М., 1975, стр.44. 
3
 
Скаличка  В.  К  вопросу  о  типологии // Вопросы  языкознания. 1966, 
№4.,  стр.29-30.,  Милевский  Т.  Предпосылки  типологического  языко-
знания  / Исследования по структурной типологии, М., 1963, стр.25-27. 
4
  Скаличка  В.  К  вопросу  о  типологии // Вопросы  языкознания. 1966, 
№4.,стр. 28. 
5
 Милевский Т. Предпосылки типологического языкознания  / Исследо-


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə