Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə42/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   38   39   40   41   42   43   44   45   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
125
elementlərini mühafizə etməsinə» diqqət çəkmişdir
1
. Başqa 
sözlə, bu və ya digər təmayüllü dil materialında müşahidə 
edilən və  həmin tipin xarakteristikasına adekvat təbiət 
sərgiləməyən elementlərin təsbiti probleminin, birmənalı 
şəkildə, yalnız klassifikasiya qüsuru kimi səciyyələndirilməsi  
həqiqətdən uzaq olardı.  
Deməli,  ənənəvi klassifikasiya modelinin əleyhidarla-
rının XIX əsr tipologiyalarını bu və digər dilin mövcud 
reallıqlarını  nəzərə almadan, yəni tipoloji sapmaların 
mövcudluğuna baxmayaraq, həmin dili müəyyən tipin 
özəllikləri çərçivəsinə «sıxışdırıb» salmaqda günahlandıran 
tədqiqatçılar
2
 tam olaraq haqlı deyillər (unutmaq olmaz ki, 
doğrudan da, XIX əsr tipologiyaları bir çox halda sapma 
faktlarını diqqətdən kənarda saxlayırdı). 
Yekcins vahidlərdən təşkil olunmayan dilin ehtiva 
etdiyi sistemlərin qarşılıqlı  şərtləndirmə  əsasında qurulan 
əlaqələrinə baxmayaraq, onların (həmin yarusların) 
müəyyən səviyyədə avtonomluğa malik olması da məlum-
dur. Məhz, həmin nisbi anlamdakı muxtariyyət  dilin bütün 
yaruslarının tipoloji təkamül sxeminə görə, eyni inkişaf 
səviyyəsində  qərar tutmasını qeyri-mümkün edir: bəzi 
kateqoriyalar çərçivəsində mobil dəyişikliklər müşahidə 
edildiyi halda, digərlərinin yetərincə mühafizəkar təbiət 
sərgilədiyini söyləmək olar. Başqa sözlə, istənilən konkret 
dilin müəyyən zaman kəsiyini  əhatə edən tipoloji 
dəyişikliklərinin qrafik həllini vermək mümkün olsa idi
həmin təhlil zamanı dil sisteminin ayrı-ayrı yaruslarını 
əhatə edən dəyişmələrinin trayektoriyasının düzxəttli 
                                                 
1
  Панфилов  В.З.  О  задачах  титпологических  исследований  и  критерия 
типологической классификации языков.  // Вопросы  языкознания, 1969, 
№4, стр.8. 
2
  мяс:  Виноградов  В.А.  Методы  типологии / Общее  языкознание.  Ме-
тоды лингвистических исследований, М., 1973, стр.235. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
126
olmayacağını əvvəlcədən tam yəqinliklə söyləmək mümkün 
olardı. Məhz, dil dəyişmələrinin ehtimal edilən həmin 
xəyali trayektoriyasının  əyriliyi linqvistik terminologiya 
«qarışıq tip» anlayışının gətirilməsinə əsas verib. 
3.2.2.  «Qarışıq tip» (mixed type, type mixte)  anlayı-
şının qeyri-dəqiqliyinin dillərin morfoloji təsnifat  ənənələ-
rinin, «dil tipi» anlayışının müəyyənləşdirilməsi zamanı, 
daxili ziddiyyətləri nəzərə almaması ilə  əlaqəli olduğunu 
bildirən Q.A.Klimov bu səbəbdən də, «formal tipologiya 
praktikasında qarışıq tip (məs: iltisaqi-flektiv sistem) 
etalonlarının işlənib hazırlanması pretsedentinin məlum 
olmadığını» qeyd etmişdir.
1
 Başqa sözlə, «qarışıq tip» 
anlayışı, özlüyündə «təmiz tip»in mövcudluğu 
ehtimallarına yol açır: «qarışıq tip» varsa, deməli, onun 
mövcud strukturunu şərtləndirən tipoloji təmayüllərin 
«təmiz» (?! – A.H.) halda reallaşdığı dillər də var.  
Digər tərəfdən «qarışıq tip», yalnız iki tipoloji təma-
yülün kəsişməsini nəzərdə tutur ki, bu da həmin dil 
strukturunun daha öncəki struktur mərhələnin izlərinin və 
ya növbəti quruluş «pillə»sinə  cəhdlərinin yer almaması 
anlamına gələ bilər.  Bu məqamlarla bağlı sualların 
mümkün qədər dolğun cavablandırılması üçün problemin 
kökünə nəzər salmağa çalışaq. 
İlk olaraq, hələ V.Humboldt tərəfindən təsbit edilən 
«təmiz dil tipinin təcəssüm etdirən dil yoxdur!» - postula-
tının sonrakı  nəsil tipoloqlar tərəfindən də  dəstəklənməsi 
M.A.Jurinskayanın qeyd etdiyi kimi, XX əsrin 50-ci 
illərindən etibarən, «ənənəvi morfoloji klassifikasiyada 
təklif edilən kriterilərin dəqiqləşdirilməsi və eksplika-
siyası» çərçivəsində tipoloji təmayüllərin qarşılıqlı 
əlaqələrinin, daha dəqiq desək, onların birgəmövcudluğu-
                                                 
1
 Климов Г.А. Принципы контенсивной типологии. М., 1983,стр.30-31. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
127
nun xüsusiyyətlərinin (məs: kök və iltisaqi strukturların 
münasibətləri; aqlütinativ və flektiv təmayüllərin əlaqələri) 
öyrənilməsinə marağı daha da artırmış oldu
1
.  
Tiplərin həmhüdud zonasında baş verən proseslərin 
dəyərləndirilməsi işinə çox sayda tədqiqatçılar qrupu cəlb 
edilsə  də, məsələnin nəzəri müstəvidə  həll qazanmaması 
ayrı-ayrı konkret dillərdə 
təzahür tapan sapma 
elementlərinin yaranma səbəbləri ilə bağlı yekdil fikrin 
əldə edilməsinə mane olurdu. Bu istiqamətli araşdırmaların 
kütləviləşməsini müşahidə edən bəzi tədqiqatçılar, hətta, 
V.Humboldt postulatının tipologiyanın bu həlledilməz 
problemlər toplusu üçün bir növ «xilasedici dairə» 
olduğunu iddia edirdilər.  
Konkret olaraq, «iltisaqi dillər tipologiyasının məsə-
lələri»ni çözməyə çalışan O.P.Sunik «qarışıq tiplər» 
nəzəriyyəsinin (əgər bunu, ümumiyyətlə, nəzəriyyə adlan-
dırmaq mümkündürsə – O.P.Sunik) ənənəvi morfoloji 
təsnifatın meydana gətirdiyi nəzəriyyə «dalanı»ndan  («çı-
xmaz»ından)  qurtulmaq üçün çox uğursuz cəhd»  oldu-
ğunu; «amorf-aqlütinativ, aqlütinativ-inkorparlaşan; 
aqlütinativ-flektiv və s. dillərin mövcudluğunun etirafının 
isə  məntiqin  əsaslarını gözardı edərək dialektikanın 
sofistika və eklektika ilə  əvəzlənməsini» təcəssüm 
etdirdiyini önə sürmüş  və  tipomorfoloji sxemin köhnə 
variantı …olmadan… dillərin tipoloji tədqiqinin qeyri-
mümkünlüyü iddialarının isə yalnız linqvistik tipologiya 
ilə heç vaxt maraqlanmayan şəxslərə  məxsus olduğunu» 
(kursiv bizimdir – A.H.) bildirmişdir.
2
 
                                                 
1
  Жирмунская  М.А.  Типологическая  классификация  языков / Лингвис-
тический энциклопедический словарь, М., 1990, стр.512. 
2
 Суник О.П. Вопросы типологии агглютинативных языков (К проблеме 
соотношения агглютинации и флексии) / Морфологическая типология и 
проблема классификации языков. М.-Л., 1965, стр. 29-30. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə