Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə39/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   35   36   37   38   39   40   41   42   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
116
qazandığını ortaya qoyur.  
İlk öncə onu bildirək ki, təfəkkürün sıçrayışlı inkişafı 
ideyasının müdafiəsinə qalxan (bu fikir, özlüyündə «tə-
biətdə  sıçrayışların yer almaması» qanunu
1
    ilə ziddiyyət 
təşkil edir) N.Y.Marrın ən böyük yanlışlıqlarından biri – dil 
təkamülünün «sosial relslərə oturdulması» ideyası onun 
(Marrın) tipoloji dəyərləndirmələrinə  də yol tapmış  və 
«stadialist» alim «sosial quruluşun fərqli təbiətindən 
dolayı, müxtəlif olan təfəkkür» tərzlərini əks etdiyinə görə, 
«genetik əlaqəli olan formaların», «hətta, yaxın epoxalarda 
belə… köklü şəkildə fərqləndiyini» (?! – A.H.) önə sürmüş 
və növbəti tədqiqatında bu fikrini daha da inkişaf etdirərək 
kök quruluşun ibtidai kommunizm üçün; iltisaqi 
strukturun ictimai əmək bölgüsünün gerçəkləşdiyi 
mərhələ üçün; flektivliyin isə sinfi cəmiyyətin 
formalaşdığı dövr üçün xarakterikliyini (kursiv bizimdir – 
A.H.) iddia etmişdir.
2
  
N.Y.Marrın bu mülahizələri onun ardıcılları arasında 
ciddi rezonans doğurmaya bilməzdi və «Yafəs nəzəriy-
yəsi»nin gənc nəsildən olan ardıcılları – A.A.Xolodoviç (bu 
dilçiyə görə, gələcək proletar cəmiyyət yenidən amorf 
quruluşlu dildə danışacaq) və A.P.Andreyev (bu linqvistə 
görə isə,  əksinə, amorf və flektiv quruluşlu dillər sinfi 
ziddiyyətlər olan toplum üçün aqlütinativ dillər isə geniş 
xalq kütlələri üçün daha səciyyəvidir)
3
 müəllimlərinin 
mülahizələrini özünəməxsus tərzdə inkişaf etdirmişlər. 
P.F.Yakovlev də N.Y. Marrın fikirlərini bu və ya digər 
şəkildə  təkrar eləsə  də, sosial terminologiyanın tətbiqi 
baxımından daha irəli gedərək, flektiv quruluşun meydana 
                                                 
1
 
 
Шеллинг Ф.В.Й. Сочинения в 2 тт.-Т.1.  М.,1987

стр.195. 
2
 Вопросы языка в освещении яфетической теории (Избранные отрывки 
из работ акад. Н.Я.Марра). Л., 1933, стр. 352-353. 
3
 Алпатов В.М. История одного мира. Марр и марризм. М.,1991, стр. 41. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
117
gəlməsinin (siniflərarası) ekspluatasiya elementlərinin 
ortaya çıxması ilə əlaqələndirmişdir
1

Bəzi tədqiqatçılara görə, «dil haqqında yeni təlim» 
ardıcılları sırasına aidliyi sırf deklarativ xarakter kəsb edən, 
digər dilçilərə görə isə, mahiyyətcə qatı marrçı olan
2
  
İ.İ.Meşşaninovun hələ yaradıcılığının sözügedən ide-
yalardan imtina etmədiyi dönəmlərinə  təsadüf edən 
araşdırmasında səsləndirdiyi mülahizələr stadial nəzəriy-
yədə genetik, tipoloji və (daha öncə  bildirildiyi kimi) 
sosiolinqvistik təsnifatların kriterilərinin ortaqlaşdırılma-
sının səbəbləri ilə bağlı «izah»ı ortaya qoyur. Genetik 
təsnifata əsasən, eyni mənbədən şaxələnən dillərin sonralar 
tipoloji klassifikasiyaya görə ümumiləşdirilməsi qeyri-
mümkün olacaq səviyyədə  fərqləndiyini bildirən «Dil 
haqqında təlim» (1936) əsərinin müəllifi «stadialist»lərin 
dil və  təfəkkürün vəhdətindən; sonuncunun (təfəkkürün) 
«istehsal və sosial münasibətlər formaları»ndan dolayı 
«sıçrayışlı» tərzdə  dəyişərək, eyni zamanda, öz «maddi 
cild»ində  də  dəyişikliklərə yol açmasından çıxış edib 
keyfiyyətcə tamamilə yeni olan bölgünü önə sürdüklərini 
qeyd etmişdir
3

«Hind-Avropa məktəbinin  əsaslı    səhvlərindən  biri – 
onun, dilin araşdırılan mərhələsinə yanaşmada sərgilədiyi 
stabillikdə … əksini tapan yalançı stabillik» olduğunu 
bildirən  İ.İ.Meşşaninov
4
  özünün digər araşdırmasında 
«yeni təlim» doqmalarını açıqlayarkən, «dilin (hazırkı) 
vəziyyətinin keyfiyyətcə  fərqlənən digər vəziyyətə; bir 
                                                 
1
Реформатский А.А. Введение  в языкознание. М., 1947, стр. 153. 
2
  бах:  Серебренников  Б.А.  О  материалистическом  подходе  к  явлениям 
языка. М., 1983, стр. 154-172. 
3
  Мещанинов  И.И.  Новое  учение  о  языке.  Стадиальная  типология. 
Л.,1936, стр. 43. 
4
  Йеня орада, с.43. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
118
tipdən digər tipə keçə bilməsi» və bu keçidin keyfiyyətcə 
fərqlənən (yeni) dilin yaranmasına təkan verməsi ilə bağlı 
suallara müsbət cavab vermiş  və «stadial dəyişimlərin … 
stadial analiz» sayəsində ortaya çıxdığını bildirmişdir.
1
 
Başqa sözlə, stadialçıların dil sisteminin tədqiqində ortaya 
qoyduqları dinamik yanaşma onların bu məsələdə yetərincə 
ifrata vararaq, tipoloji müstəvidəki təkamülü qlottoqonik 
proseslərlə demək olar ki, eyniləşdirdiyini aşkarlayır. Nə 
qədər qəribə görünsə  də, bu qəbildən «paleontoloji 
araşdırmalar» müəyyən dövr ərzində 
təqdirlə 
qarşılaşmışdı
2

3.1.2. Tədqiqatımızın obyektinə birbaşa aidliyindən 
dolayı diqqət yetirmək istədiyimiz digər məqam bilavasitə 
tipoloji modifikasiya hadisəsi ilə  əlaqəlidir. Daha dəqiq 
desək, söhbət «sıçrayışlı» inkişaf tərəfdarlarının tipoloji 
uyğunsuzluq faktları qarşısında keçid formalarının mövcud-
luğunun etirafından gedir. Lakin bu «etiraf»ın özündə  də 
genealoji və tipoloji təsnifatın «stadial təkamül relslərinə 
oturdulması»nın fəsadları aşkar şəkildə sezilir. 
 Erməni və gürcü dillərinin qrammatik quruluşuna 
əsasən onların iltisaqilikdən flektivliyə keçid mərhələsində 
olduğunu önə sürən N.Y.Marr birincinin hind-Avropa, 
digərinin isə sami dil sisteminə yaxınlaşdığını (?! – A.H.) 
iddia etmiş, daha sonra isə bu kimi «fakt»larla əlaqədar 
nəzəri ümumiləşdirmələrinin davamı olaraq, yeni sistemin 
normaları ilə relikt sistemin normalarının (məs: aqlütinativ 
və qeyri-aqlütinativ normaların) bir arada mövcudluğunun 
mümkünlüyü ideyasını səsləndirmişdir.
3
 
                                                 
1
  Мещанинов И.И. Новое  учение  о  языке  на  современном этапе  разви-
тия. Л., 1948, стр. 36-37. 
2
 Мяс: Кацнельсон С.Д. Общее и типологическое языкознание. Л., 1986, стр.168. 
3
 Вопросы языка в освещении яфетической теории (Избранные отрывки 
из работ акад. Н.Я.Марра), Л., 1933, стр.346,367. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə