Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə37/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   33   34   35   36   37   38   39   40   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
109
mövqeyindən fərqli olmasından dolayı, tipoloji klassifika-
siya ilə birbaşa  əlaqəli olan tədqiqat obyektimiz baxı-
mından, araşdırmamız üçün xüsusi əhəmiyyət kəsb etməsini 
qeyd etməklə  bərabər, sözügedən yanaşmanın, zənnimizcə, 
prinsip etibarilə V.Skaliçkanın mövqeyi ilə müqayisədə, 
daha adekvat yanaşma olduğunu etiraf etməli olsaq da, 
təqdim edilən faktlar əsasında, burada da müəyyən 
uyğunsuzluqların olduğunu gözardı edə bilmərik. Belə ki, 
həmin faktlar, morfonologiyanın banisinin «ideyalarının 
mahiyyətinə qarşı deyil, N.S.Trubetskoyun bəzi 
mülahizələrinin ifrat mütləqliyinə qarşı yönəlmiş» 
araşdırmada – E.Benvenistin 1) yalnız bu altı göstəricinin 
aparıcı kriteri sayıla bilməsi; 2) bu özəllikləri hind-Avropa 
dili (və ya tipi – A.H.) anlayışının təsbiti üçün yetərli 
olması ilə bağlı suallara cavab axtardığı «Dillərin 
klassifikasiyası» tədqiqatında təqdim olunmuşdur. Müəllif, 
həmin faktlara istinadən, sözügedən altı göstəricinin 
bütövlüklə Oreqon ştatındakı hindu dilində (takelma 
dilində) müşahidə edildiyini sübuta yetirmişdir.
1
 
 Göründüyü kimi, burada isə frenkventalilərin digər 
struktural özəlliklərlə  vəhdətdə izlənilməməsi,  əksinə, 
«hind-Avropa tipi»nə uyğun gələn dillərin real siyahısının 
süni  şəkildə «artırılması» ilə  nəticələnə bilər. Başqa sözlə, 
dil etalonunun və ya həmin etalona müvafiqliyi təsdiqləyə 
biləcək kriterilər məcmusunun müəyyənləşdirilməsi, 
prinsip etibarilə, metodoloji cəhətdən çox düzgün atılmış 
addım olaraq səciyyələndirilə bilsə də, sözügedən etalonun 
spesifikliyini  şərtləndirən özəlliklərin seçimi məsələsində 
cüzi bir yanlışlıq, yəni sadəcə olaraq, əslində reallıqda 
mövcud olan xüsusiyyətlərə onların universallıq və ya 
frenkventallıq mahiyyətini önəmsəmədən istinad edilməsi 
                                                 
1
  Бенвенист  Э.  Классификация  языков / Введение  в  языкознание. 
Хрестоматия, Минск,1988, стр.307-309. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
110
tipoloji «norma» və sapma qarşılaşdırmasında (ahəng 
qanunla bağlı  məsələdə olduğu kimi) və ya ümumiyyətlə, 
tipoloji səciyyələndirmədə (inkorporlaşan quruluşlu 
takelma dilinin «hind-Avropa tipli» fleksiyaya 
«uyğunluğu» məsələsində olduğu kimi) qeyri-adekvat 
nəticələrin əldə edilməsinə səbəb olur.  
Bununla belə, «universali definisiyalarının təsbitinin 
tipoloqun işinin  ən vacib hissəsini təşkil etdiyini» və 
«universali definisiyalarının qeyri-mövcudluğunun isə 
tipoloqun işini  əsassızlaşdırdığını» önə sürən Y.V.Rojdes-
tvenskinin onların sayəsində dillərin eyni cür müqayisə 
edilə bilməsi haqqında fikrini
1
  də gözardı etmək olmaz. 
Belə ki, universalilərin fərqləndirilməsi qeyri-universal 
olan göstəricilərin sistematizasiyanı  və deməli, tədqiqatın 
növbəti mərhələsində tipik olanla anomaliya səciyyəsi 
daşıyan özəlliyin qarşılaşdırılması  işini asanlaşdırır. Bu 
mənada biz, İ.F.Vardulun ardınca «tipoloji relevant 
xüsusiyyətlərin qradasiyasının 
universalilər→ 
dominantlar→resessivlər→unikalilər sxemini» təklif 
edən və universalilərin dil strukturunun ümumi nəzəriyyəsi 
ilə («universal qrammatika» ilə), unikalilərin isə deskriptiv 
linqvistika («individual qrammatika») ilə  əlaqəsindən 
dolayı, onların yalnız tipologiya termininin geniş anlamda 
tətbiqi şəraitində məsələyə aidliyinin mümkünlünü bildirən 
V.A.Vinoqradovun fikirləri ilə tamamilə razıyıq; dilçi dar 
anlamda (yəni dillərin struktur özəlliyinə görə 
qruplaşdırılması anlamında – A.H.) tipologiyanın öz 
diqqətini yalnız bu sxemdə əksini tapan «keçid özəllikləri» 
– dominant və resessivlər üzərində konsentrasiya etdiyini 
önə sürmüşdür.
2
 
                                                 
1
  Рождественский  Ю.В.  О  лингвистических  универсалиях  //  Вопросы 
языкознания, 1968, №2,  стр.11. 
2
  Виноградов  В.А.  Методы  типологии / Общее  языкознание.  Методы 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
111
 Doğrudan da, hər hansı bir dilin (və ya məhdud dil 
qrupunun) fərdi özəllikləri – unikalilər (və ya unikalilərdən 
daha geniş spektri əhatə edən, yəni bir neçə dildə  əksini 
tapan özəllikləri ifadə edən frenkventalilər), eləcə  də,  ən 
ümumi xüsusiyyəti ehtiva edən universalilər tipoloji 
təsnifatlandırma üçün kriteri mənbəyi təşkil edə bilməzlər. 
Tipologiya yalnız və yalnız dominant və resessiv 
özəlliklərin münasibətləri çərçivəsində formalaşan 
struktural identifikasiyadan çıxış edir ki, bu da dominant 
xüsusiyyətlərə  əsasən, aparıcı tipoloji təmayülün təsbitinə, 
resessiv özəlliklərə istinadən isə tipoloji halların 
fərqləndirilməsinə imkan verir. 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                         
лингвистических исследований, М., 1973,  стр. 237. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
112
III  FƏSİL  
 
 
TİPOLOJİ  MODİFİKASİYALARA YOL  
AÇAN BƏZİ İNTRALİNQVİSTİK VƏ 
EKSTRALİNQVİSTİK FAKTORLAR HAQQINDA 
 
(problemin morfoloji klassifikasiya müstəvisindəki 
inikasına dair) 
 
 
3.1.Dil təkamülünün «vulqar – sosial» izahına bir 
uğursuz cəhd haqqında və ya bir daha tipoloji 
metamorfozların intralinqvistik altyapısı barədə 
 
3.1.1. Tipologiya sahəsindəki araşdırmalardan bəhs 
edərkən vaxtilə linqvistik düşüncədə «inqilab» etdiyi önə 
sürülən, süqutundan sonra isə yanlış müddəalarına qarşı 
mübarizədə (digər doqmaları ilə birgə) dil tiplərinin bir-
birini  əvəzetmə ehtimallarının total şəkildə  rədd edilməsi 
nəticəsində, növbəti nəsil dilçilər arasında struktur təkamül 
ideyalarına ifrat ehtiyatlılıq aşılamış olan «dillərin stadial 
inkişaf nəzəriyyəsi» haqqında söz açmamaq doğru olmazdı.  
Əsası dillərin hər hansı bir ulu dildən  şaxələnməsi ide-
yasına qarşı  çıxan və ümumiyyətlə, «bu mənada ulu dilin 
elmi müddəa deyil, fiksiya (saxtakarlıq) olduğunu» iddia 
edən N.Y.Marr tərəfindən
1
 qoyulmuş «dil haqında yeni 
təlim», funksional – tipoloji kriterilərin dillərin genealoji 
təsnifinə uyarlılıq səviyyəsini müəyyənləşdirən 
V.A.Vinoqradovun qeyd etdiyinə görə, sonuncunun (genealoji 
                                                 
1
 Вопросы языка в освещении яфетической теории (Избранные отрывки 
из работ акад. Н.Я.Марра). Л., 1933, стр. 309. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə