Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə40/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   36   37   38   39   40   41   42   43   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
119
Sonuncu mülahizə özlüyündə heç bir etiraz doğurmasa 
da, onun altyapısını  təşkil edən «arqumentasiya» bazası 
tənqidə davam gətirəcək səviyyədə deyil. Belə ki, yeni 
qrammatik quruluş heç vəchlə mahiyyətcə yeni dilin 
meydana gəlməsi anlamına gəlmədiyindən  iltisaqilikdən 
flektivliyə keçidin reallaşmasının yeni «sistem»ə,yəni, dil 
ailəsinə addım kimi dəyərləndirmək kökündən yanlış olardı 
(onu da deyək ki, N.Y.Marrın özünün bu məsələ ilə bağlı 
tərəddüdləri yox deyil: sami və hind-Avropa fleksiyasının 
yekcins olmadığını bildirən «stadialist» öz nəzəriyyəsinin 
məntiqinə uyğun olaraq, aqlütinativ quruluşlu Yafəs 
dillərindən törəyən birincilərin, digərlərinin «sələfi» 
olmasını «müəyyənləşdirməyə heç də meyilli olmadığını» 
bildirmişdir).
1
 
 Bununla  belə, obyektivlik naminə o da qeyd olunma-
lıdır ki, flektiv dillərdəki iltisaqi elementlərin çoxsay-
lılığından çıxış edən bəzi tədqiqatçıların (konkret olaraq, 
holland tədqiqatçısı Ulenbekin) bu tipoloji təmayüllərə 
əsaslanan bölgünün lüzumsuzluğu ilə bağlı iddialarına qarşı 
çıxarkən
2
 N.Y.Marr (bu kontekstdə  səsləndirilən digər 
fikirlər nəzərə alınmazsa) tam haqlı idi. Lakin istər sonuncu 
məqama, istərsə  də dilçinin tipoloji sapma faktlarının 
mövcudluğuna imkan tanıyan digər mülahizəsinə istinadən, 
onun tipoloji araşdırmaları uzun müddət yanlış  məcraya 
sürükləmiş nəzəriyyə müəllifi olduğunu danmaq olmaz. Bu 
qədər aşkar xətalarına baxmayaraq, Marr ideyalarının bir 
neçə onillik ərzində sovet dilçiliyinin bütün sahələrini 
tənzimləyə biləcək dominant qüvvəyə çevrilməsinin başlıca 
səbəbi nə idi? 
Dil sistemindəki «mənbəyi keyfiyyətcə yeni maddi hə-
                                                 
1
 Вопросы языка в освещении яфетической теории (Избранные отрывки 
из работ акад. Н.Я.Марра), Л., 1933, стр.346,367. 
2
 Йеня орада, с. 346-347. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
120
yat, keyfiyyətcə yeni texnika və keyfiyyətcə yeni sosial 
quruluşdan qaynaqlanmış inqilabi dəyişikliklər» olan «mu-
tasiya səciyyəli dəyişimlər»in stadial inkişafda aparıcı rol 
oynamasını önə sürən N.Y.Marrın təqdim etdiyi təsnifatda 
«bir arada olması qeyri-mümkün olan… tipoloji və 
sosiolinqvistik klassifikasiyaların birləşdirilməsinə» diqqət 
çəkmiş V.M.Alpatov, özünün bu kimi fikirlərin ifşasına 
yönəlmiş «Bir mifin tarixçəsi. Marr və marrizm» əsərində, 
maraqlı bir məqama toxunaraq «hər bir mif öz əsasında 
müəyyən həqiqət zərrəsini daşımalıdır» postulatını 
xatırlatmışdır. Dilçiyə görə, bu «zərrə»lər – N.Y.Marrın 
Qafqaz dilllərinin misilsiz bilicisi kimi şəksiz nüfuzundan 
və  həmin dövrdə, yəni XX əsrin ilk onilliklərində intişar 
tapmaqda olan dilçiliyinin XIX yüzilliyin linqvistikasının 
ortaya çıxardığı,lakin həllinə müvəffəq olmadığı bir çox 
problemə çözüm gətirə bilməməsindən qaynaqlanırdı.
1
 
Zənnimizcə isə, N.Y.Marr ideyalarının tez bir zamanda 
çoxsaylı  tərəfdar ordusu toplamasının başlıca səbəbi, 
həqiqətən də, XIX əsr linqvistikasının həll edilməmiş 
problem «mirası» qarşısında müəyyən mənada acizlik 
nümayiş etdirən XX yüzilliyin düşüncə sahiblərinin 
«xilasedici dairə» qismində mövcud təkamül ideyalarına 
müraciət etməsi sayıla bilər. Ən azından, «köhnə linqvistik 
məktəbin formanın – stabil, lüğətin isə  dəyişkən olduğunu 
öyrətdiyini» bildirən N.Y.Marrın bu («köhnə  məktəbə» 
məxsus) yanaşmanın yararsızlığının ortaya çıxararkən haqlı 
olduğunu və  «dildə heç bir dəyişməz formanın olmaması; 
forma və  mənaların ... dəyişməsi» haqqındakı fikirlərində 
(kursiv bizimdir – A.H.)
2
 heç də yanılmadığını etiraf 
etməmək düzgün deyil. Lakin dəyişən sosial quruluş həmin 
                                                 
1
 Алпатов В.М. История одного мира. Марр и марризм. М., 1991, стр.40-42. 
2
  Марр  Н.Я.  Яфетическая  теория.  Программа  общего  курса  учения    о 
языке. Б., 1927,  стр.62. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
121
evolusiya sxeminin fərqli «anturaj»da təqdim edilməsinə 
təhrik etmişdir ki, nəticədə vulqar materializm dilin 
obyektiv daxili qanunauyğunluqlarla  şərtlənən inkişafını 
ictimai-siyasi formasiyadan dolayı asılılıq durumuna 
«salmışdır»; dil – üstqurum səviyyəsinə «endirilmişdir». 
Başqa sözlə, problem dil təkamülü ideyasından deyil,onun 
sağlam elmi-faktiki zəminə oturdulmamasından 
qaynaqlanmışdır.  
Yafəs nəzəriyyəsinin linqvistik tipologiya ilə bağlı ayrı-
ayrı müddəalarında yer alan qüsurları ilə  bərabər, 
N.Y.Marrın mülahizələrinin (bu istiqamətdə) yol açdığı 
bəlkə  də  ən böyük fəsad – onların (həmin ideyaların) total 
inkarı  şəraitində dillərin kök-aqlütinativ-flektiv dil 
mərhələlərini keçməklə inkişafda olması ideyasının, demək 
olar ki, uzun müddət linqvistik düşüncədən kənar-
laşdırılması durumu hesab edilə bilər. Belə ki, Marr 
ideyalarının ifşasına həsr olunan tədqiqatlar bu istiqamətli 
araşdırmalara marağı azaltmış; ortaya çıxan azsayda 
təhlillərdə isə, R.Budaqovun bildirdiyi kimi, Kant və Hegel 
fəlsəfəsində təsbit olunan ümumnəzəri müddəaların ziddinə 
olaraq,  dillərin «yalnız dəyişdiyi, heç vəchlə inkişaf 
etmədiyi»  (kursiv bizimdir – A.H.)
1
 önə sürülmüşdür. 
Bununla belə, zamanla (növbəti onilliklərdə) sovet 
dilçiliyində istər «dilin sosial şərtləndirilməsi» ideyaları
2

istərsə  də dil strukturunun mərhələli inkişafı ilə bağlı 
ehtimallar
3
 bu və ya digər səviyyədə «bəraət» qazanmağa 
müvəffəq olmuşdur. 
                                                 
1
 Будагов Р.А. Портреты языковедов XIX-XX вв. Из истории лингвисти-
ческих учений. М., 1988, стр.18-19. 
2
 бах: Серебренников Б.А. О связи явлений языка с историев общества. 
//  Известия АН ССР Литература. Язык. Искусство, 1976, №4, стр. 69-80. 
3
 бах: Коротков Н.Н., Панфилов Б.З. О типологии грамматически кате-
горий  // Вопросы языкознания, 1965, №1, стр.40. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə