Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə56/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   52   53   54   55   56   57   58   59   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
167
ailəsinə daxil olan və iltisaqi quruluşa malik olan salar 
dilindəki sözügedən kateqoriyanın qrammatik mənanın 
ifadəsi zamanı affiksasiyadan yararlanmağa bir o qədər 
üstünlük tanımayan kök quruluşlu çin dilinin təsiri ilə 
desintetizasiyaya uğraması, heç şübhəsiz ki, orta səviyyəli 
dil əlaqələri sayəsində reallaşa bilməzdi.  
Doğrudur, burada bir faktı da gözdən qaçırmaq olmaz 
ki,morfoloji təsnifatla stadial klassifikasiyanın  əlaqələrini 
araşdırmış G.P.Melnikovun İ.İ.Sreznevski və  İ.A.Boduen 
de Kurtenenin fikirlərinə istinadən qeyd etdiyi kimi,  
ikidillilik  şəraitində  hər bir nəsil növbəti nəsilə bu dillərə 
sürətli tərcüməni asanlaşdıra biləcək formaları 
ötürdüyündən, bilinqvistik mühit təşkil edən dillərdə 
anatikləşmə tendensiyasının labüd inkişafına
1
  və  və 
xüsusilə  də, onun (analitizmin) Ural – Altay və dravid 
dillərində müşahidə edilən spesifik növü olan iltisaqiliyin  
inkişafına yol açır.
2
  Əgər bu kontekstdə görkəmli rus 
şərqşünası Y.D.Polivanovun iltisaqi affiksasiyanın 
analitikliyi ilə bağlı dilçilik elminə qazandırdığı  məşhur 
fikri də xatırlasaq, o zaman salar dilində  cərəyan edən 
proseslərin iki tamamən fərqli tipoloji özəlliyə malik dilin 
kontaktının nəticəsi olmadığı, müəyyən ortaqlıq  əsasında 
konvergensiyanın gerçəkləşdiyi yəqinləşər.
3
  
Onu da qeyd edək,bir çox tədqiqatçılar erməni dilində 
                                                 
1
    Билингвистик  мцщитин  дил  системинин  аналитикляшмясиня  хидмят  етмяси  вя 
хцсусиля дя, пижин вя  креол дилляринин онларын «прототипи» олмуш диллярдян 
даща  йцксяк  аналитизм  ямсалына  малик  олмасы  бир  чох  тядгигатларда 
вурьуланмышдыр (бах: Вайнрайх У.Одноязычие и многоязычие / Новое в 
лингвистике.  Вып. 6.Языковые  контакты. http://www.philology.ru/ linguistics1; 
Мечковская Н.Б.Социальная лингвистика.   http://lib.socio.msu.ru 
2
  Мельников Г.П.  Системная  типология  языков.  Синтез  морфологичес-
кой классификации языков со стадиальной.  
http://www.philol.msu.ru/~lex/melnikov 
3
Поцелуевский А.П. Избранные труды. Ашхабад, 1975, стр.322. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
168
analoji halın müşahidə edildiyini qeyd edirlər.Belə ki, 
həmin dəyərləndirmələrə görə,
1
 erməni dili qonşuluqdakı 
iltisaqi quruluşlu dillərin təsiri ilə sintetizmdən analitikliyə 
keçid etməyə müvəffəq olmamış  və sintetitikləşmə 
əmsalının, bir növ, təkrarən yüksəlməsi nəticəsində  fərqli 
istiqamətli tipoloji modifikasiya standartı ortaya qoymuş-
dur. 
Bu məqamda bir qədər haşiyəyə  çıxıb qeyd etmək 
istərdik ki, maraqlıdır ki, bu fakt bölgədə erməni etnosunun 
etno-kulturoloji dominantlığı ilə bağlı  əsassız iddiaların 
kökündən yanlış olduğunu tam əyaniliklə ortaya qoyur. 
Belə ki, bu qəbildən  struktur «sınma» halları yalnız 
uzunmüddətli bilinqvizm və ya polilinqvizm şəraitində 
daha çox sosial aktivlik nümayiş etdirən toplumun dilinin 
dominant mövqeyi şəraitində gerçəkləşə bilir. Əks məcralı 
proseslərin Cənubi Qafqaz bölgəsinin iltisaqi quruluşlu  
dillərində (konkret olaraq, Azərbaycan dilində) müşahidə 
edilməməsi həmin linqvodominantlıq nümayiş etdirən 
toplumun adı  çəkilən qonşu etnos olmadığına  şübhə yeri 
qoymur.  
Bu qəbildən proseslərin gerçəkləşməsi üçün aktiv 
bilinqvistik mühitin mövcudluğu və  həmin mühitdə  əks 
məcralı tipoloji dəyişikliklərə  təşviq edən dilin dominant 
mövqeyə malik olması vacib idi. Belə ki, dil strukturunun 
bu  şəkildə «sınma»sı üçün aktiv – proksimal
2
 bilinqvizmin 
                                                 
1
 Гукасян В., Асланов В. Исследования по истории азербайджанско-
го  языка  дописьменного  периода.  Б., 1986; Перетрухин  В.Н.  Вве-
дение в языкознание. Воронеж, 1972.   
2
 Билингвизмин тязащцр формаларынын тяснифатыны апармыш Т.А.Бертагайевя 
эюря,актив  билингвизм  щяр  ики  диля  йцксяк  сявиййядя  бяляд  олма  иля 
сяжиййялянир  (щямин  тяснифата  эюря,  якс  вязиййят – пассив  билинвизмдир); 
проксимал (латын  д. proximus «ян йахын олан» )билингвизм ися диллярин бир – 
бириня вя йа биринин диэяриня йцксяк сявиййяли фонетик,лексик вя грамматик 
мцдахиляси  иля  характеризя  едилир(якс  вязиййят  дистал  билингвизм  олараг 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
169
mövcudluğu  əsas  şərtdir. Lakin bu hadisələri mahiyyət 
etibarilə Mednov aleutlarının dili ilə bağlı hibridəşməyə 
yaxın olan vəziyyətlə  və ya bolqar dilinin tipoloji 
quruluşunda önəmli dəyişikliklərə yol açmış ittifaqlaşma 
vəziyyəti ilə eyniyyət təşkil etmir.Burada, söhbət, sadəcə 
olaraq, «ikinci dilə  bələdlik səviyyəsinin birinci dil 
bilgisinə yaxınlaşması ilə xarakterizə edilən bilinqvizmin»
1
  
yüksək təzahüründən gedə bilər. 
Onu da qeyd edək ki, bilinqvemlərin nitqi yalnız (təd-
qiqatın daha öncəki bölümlərində geniş 
şəkildə 
araşdırılmış) meta – dil  nəzəriyyəsinin tədqiqi işində deyil, 
ekstralinqvistik faktorların təsiri ilə gerçəkləşə bilən 
mümkün tipoloji modifikasiyaların perspektivlərinin dəyər-
ləndirilməsi, habelə, ümumilikdə, dillərin qarşılıqlı 
təsirinin mexanizm və özəlliklərinin tədqiqi baxımından 
xüsusi önəm kəsb edir. Bu mənada bilinqvemlərin nitqində 
yer alan bu və ya digər xətalar fərqli tipoloji quruluşlu 
dillərin qarşılıqlı  əlaqəsi zamanı «kontakt bölgələr»in 
təsbiti işinə yardımçı olduğunu, eləcə  də struktur 
mühafizəkarlığın özəyi sayılan komponentlərin 
yəqinləşdirilməsi baxımından mühüm əhəmiyyətə malik 
olduğunu qeyd etmək mümkündür. Belə ki, əksər hallarda, 
hətta, yüksək səviyyəli bilinqvistik mühit dilin aparıcı 
tioloji  təmayülünə güclü şəkildə müdaxilə etmə imka-
nından məhrumdur. 
Determinantanın yaddilli qrammatik interferensiyalara 
qarşı «dirənişi»ni, dolayısı ilə, təsdiqləyə biləcək fakt 
qismində bilinqvemlərin nitq qüsurlarını qeyd etmək olar. 
Məsələn, azyaşlı bilinqvemlərin rus dili nitqindəki 
                                                                                                         
дяйярляндирилир). бах: Бертагаев Т.А. Билингвизм  и его разновидности в сис-
теме употребления / Проблема двуязычия и многоязычия. М., 1972,  стр. 88. 
1
    Бурыкин  А.А.  Ментальность,  языковое  поведение  и  национально-
русское двуязычие.http://abvgd.russian-russisch.info 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə