Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə61/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   57   58   59   60   61   62   63   64   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
182
semantik tutumundakı  fərqliliklərin adekvat dəyərlən-
dirilməməsi müəyyən polemikaların meydana gəlməsinə 
rəvac vermişdir.
1
 Belə ki, bu zaman digər dil strukturları 
üçün meta-dil sayıla biləcək kök quruluşlu dilin etalon-dil 
olaraq səciyyələndirilməsi yanlış anlamlara yol açmışdır. 
4.1.2.  Əsas məsələnin təhlilinə qayıdaraq, onu da əlavə 
edək ki, sistem linqvistikası mövqeyində dayanmasına 
baxmayaraq, dillərin mərhələli tipoloji təkamülü ideyasını 
qəbul edən dilçilərin siyahısını daha da artırmaq olar. Belə 
ki, daha öncə, dillərin təsnifatlandırılması zamanı 
«bütövsistem» və «altsistemlər tipologiya»larının tətbiqinin 
sonuclarının oxşar və  fərqli tərəflərini dəyərləndirərkən 
mülahizələrinə müraciət etdiyimiz və («Tipoloji 
araşdırmaların vəzifələri və dillərin tipoloji 
klassifikasiyasının kriteriləri haqqında»kı  tədqiqatından
2

gətirilən iqtibaslardan məlum olduğu kimi, ümumilikdə, 
təsnifatlandırmada sistem analizi prinsipinə üstünlük verən 
V.Z.Panfilov özünün (N.N.Korotkovla həmmüəllifli) digər 
araşdırmasında dil təkamülünün kök–aqlütinativ – flektiv 
quruluş  mərhələlərini  əhatə etməsi fikrinin tərəfdarı kimi 
çıxış etmişdir.
3
  
Başqa sözlə, dillərin sistem analizinə  məruz qalması 
həmin yanaşmanın sərgiləndiyi tədqiqatın mütləq olaraq 
xarakterologiya və ya sadəcə, tipoloji fərqləndirmə ilə 
                                                 
1
  бах:  Коротков  Н.Н.  Структурная  типология,  язык-эталон  и  задачи 
теории  языка / Лингвистическая  типология  и  восточные  языки.  Мате-
риалы  совещания.  М., 1965, стр.93-99,  Успенский    Б.А.  Несколько 
замечаний о языке – эталоне / Лингвистическая типология и восточные 
языки. Материалы совещания. М., 1965, стр.308-310. 
2
  Панфилов  В.З.  О  задачах  типологических  исследований  и  критериях 
типологической классификации языков  // Вопросы языкознания, 1969, 
№4,  стр.3-11. 
3
Коротков  Н.Н.,  Панфилов  Б.З.  О  типологии  грамматически  категорий  
// Вопросы языкознания, 1965, № 4, стр.40. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
183
kifayətlənməsi anlamına gəlməyərək, dillərin bir tipoloji 
quruluşdan digərinə keçidinin mümkünlüyünü də istisna 
etməyə bilər.  
Yeri gəlmişkən onu da qeyd edək ki, «yalnız tarixi 
mərhələdə məlum olan dil sistemlərini yeganə mümkün hal 
elan etmək cəhdlərinin özü ilə tipologiyanın müəyyən 
ifratçılığını təcəssüm etdirdiyini» önə sürən M.L.Palmaytis 
«bu zaman bütün dünya dillərinin məcmusunun keçmiş  və 
gələcəkdən məhrum;  əbədi verilmiş reallıq» qismində 
ortaya çıxdığına və «belə olan təqdirdə isə dilin 
(ümumiyyətlə, bəşər dilinin – A.H.) meydana gəlməsi 
haqqında sualın mənasızlaşdığına» diqqət çəkmişdir.
1
  
Dolayısı ilə, dilçi bəzi hallarda XX əsr tipologiyasının 
«verilmiş reallıq»dan çıxış etməklə, təkcə tipoloji 
araşdırmalara müəyyən məhdudiyyət gətirdiyini bildirmir: 
o, bu yanaşmanın fəsadlarının bütövlükdə dil nəzəriyyəsinə 
sirayət edəcəyindən ehtiyatlanır.  
Doğrudan da, dil tiplərinin bir-birini əvəz edə bilməsi 
ideyasının inkarı («səbəb-nəticə» məntiqi bağlılığından 
çıxış edilsə), müəyyən mənada, bütövlükdə dil sisteminin 
dinamik inkişafda olması fikrinin inkarı anlamına gələ bilər 
ki, bu da, öz növbəsində, demək olar ki, dilçilik elminin 
nailiyyətlərinin üzərindən xətt çəkmək anlamına gələr.  
Digər tərəfdən  əgər müasir tipologiya qarşısında duran 
məqsədlər sırasında (konkret olaraq, R.Yakobsonun məlum 
məruzəsində tipoloji araşdırmaların reallaşdırmalı olduğu 
vəzifələrlə bağlı önə sürülən müddəalar sırasında
2
) dilin 
hansı inkişaf yolları üzrə 
dəyişəcəyinin 
proqnozlaşdırılmasının vacibliyindən söz edildiyini nəzərə 
alsaq (doğrudur, burada onu da qeyd etməliyik ki, həmin 
                                                 
1
 Климов Г.А. Принципы контенсивной типологии. М., 1983, стр.24-25. 
2
 Якобсон Р. Типологические исследования и из вклад в сравнительно-исто-
рическое языкознание. / Новое в лингвистике. Выпуск III. М., 1963, стр.101. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
184
yanaşma R.Yakobsonun təsbit etdiyi digər müddəalar kimi
B.A.Serebrennikovun etirazına səbəb olmuşdur
1
), «verilmiş 
reallıq» anlayışının,  əslində, XX əsr tipologiyasını 
maraqlandıran yeganə vəziyyət olmadığı aydınlaşar. 
Göründüyü kimi, dolayısı ilə, meta-dil nəzəriyyəsi də 
(şleyxerian yanaşmada olduğu kimi) dil sistemindəki 
tipoloji anomaliyaların altyapısını dillərin quruluş etibarilə 
daha öncəki struktur mərhələsinin üzərində  nəşət tapması 
və eləcə  də onların, öz növbəsində, «yeni təkamül 
pilləsi»nə doğru istiqamətlənməsi ilə  əlaqələndirirdi. 
Maraqlıdır ki, sözügedən nəzəriyyə psixolinqvistik dəyər-
ləndirmələr sayəsində ortaya çıxan fikir və ehtimallarla bir 
daha öz təsdiqini tapır. 
Yeri gəlmişkən, burada haşiyəyə  çıxaraq onu qeyd 
etmək istərdik ki, rus dilinin intensiv təsiri nəticəsində 
aleut dialektində meydana gəlmiş «xəta»lardan (bu haqda 
daha öncə bəhs edilmişdir) və onlarla analogiya təşkil edən 
hallardan fərqli olaraq, xarici dil mənimsənilməsi zamanı 
ortaya çıxan nitq qüsurlarının tipoloq-nəzəriyyəçilərin 
xüsusi marağına səbəb olduğunu söyləmək olar. Belə ki, 
meta-dil anlayışının izahı  çərçivəsində, «hər hansı bir 
flektiv dilə yetərli səviyyədə  bələd olmadıqda, danışanın, 
adətən, onu (flektiv dili – A.H.) daha çox aqlütinasiya 
istiqamətində 
dəyişdirdiyinə (onu daha çox 
iltisaqiləşdirdiyinə)» (kursiv bizimdir – A.H.) diqqət 
çəkmiş B.A.Uspenski  xett mətnlərinin iltisaqi 
özəlliklərinin  onları (mətnləri) qələmə alan katiblərin baş-
qa dilin (luviya dilinin) daşıyıcıları olmasından qaynaq-
landığını bildirmiş  və (N.S.Trubetskoyun araşdırmalarına 
istinadən) analoji halların, eləcə  də, uşaq nitqində  də 
                                                 
1
  Серебренников  Б.А.  К  критике  некоторых  методов  типологических 
исследований  // Вопросы языкознания, 1958, №5, стр.24-25. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə