Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə23/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   19   20   21   22   23   24   25   26   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
67
əlavə etsək, müasir dillərin tipoloji quruluşunun müəyyən 
linqvo-tarixi proseslərin nəticəsi olması hipotezinin 
əsaslılığı aydınlaşar. Deməli, dillərin, bəzən qeyd edildiyi 
kimi (məs: T.S.Şaradzenidze
1
), öz inkişafının birinci 
mərhələsində ibtidai təfəkkür dönəminə  təsadüf etdikdən 
sonra (əslində, müəllifin abstrakt «aşağı inkişaf mərhələsi» 
termini altında konkret nəyi nəzərdə tutduğu bir qədər 
qaranlıq qalır – A.H.), qəfil ikinci mərhələdə – morfoloji 
təsnifat baxımından delimitasiya edilmiş hazırkı  sərhədlər 
çərçivəsində  bərqərar olması fikrini qəbul etmək çətindir. 
Başqa sözlə, «əzəli iltisaqilik» və  «əzəli flektivlik» 
olmadığı kimi, bu quruluşlu dillərin tarixə, məhz, həmin 
dövrdən məlum olması mülahizələri də şərtidir. Çünki yazı 
materiallarının olmaması  hələ skepsis üçün səbəb deyil. 
Tarixi-tipoloji araşdırmaların problemlərini və qarşısında 
duran məqsəd və vəzifələri dəyərləndirən Q.A.Klimovun da 
haqlı olaraq qeyd etdiyi kimi, «metodiki cəhətdən işlənib 
hazırlanmış tipoloji rekonstruksiya aparatının olmaması 
tarixi-tipoloji araşdırmaların nəzərə çarpan 
qüsurlarındandır»
2
  və  zənnimizcə, genealoji və morfoloji 
təsnifat sahəsində aparılan müştərək tədqiqatlar
ümumilikdə, dil sisteminin inkişafının qeyri-diskret səciyyə 
daşıması fikrini sübuta yetirməklə yanaşı, konkret dillərin 
quruluşunun spontan şəkildə meydana gəlməsi ideyasının 
qeyri-səhihliyini ortaya çıxarmağa qadirdir. 
Sözügedən mövzu ilə bağlı  dəyərləndirmələrimizi ye-
kunlaşdırarkən, tədqiqatımızın obyektini təşkil edən tipoloji 
modifikasiyalar problemindən dolayı, xüsusi olaraq diq-
                                                 
1
  Шарадзенидзе  Т.С.  морфологическая  классификация  языков  и  основ-
ные  вопросы  исторической  типологии / Лингвистическая  типология  и 
восточные языки. Материалы совещания. М., 1965,стр.37. 
2
 Климов Г.А. О некоторых задачах историко-типологических исследо-
ваний  / Вопросу языкознания, 1976, №5,стр.9. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
68
qətimizi cəlb edən bir məqama da toxunmaq istərdik. Belə 
ki, nəinki tipoloji uyğunluqlar, hətta, bəzi hallarda tipoloji 
anomaliyalar da, araşdırmaçıların bu və ya digər dillərin 
qohumluğu barədə ehtimallar irəli sürməsinə  rəvac verə 
bilir. Konkret olaraq, onu söyləmək olar ki, gürcü dilində 
və ümumilikdə, kartvel dillərində ablaut səciyyəli faktların 
yer almasından çıxış etmiş Q.İ.Maçavariani bu dillərin 
hind-Avropa dil ailəsi ilə  dərin genetik bağlılığının 
olduğunu iddia etmiş  və mülahizəsindən dolayı, 
B.A.Serebrennikovun haqlı iradı ilə qarşılaşmışdır
1

Doğrudur, B.A.Serebrennikovun əks arqumentləri daha 
çox dil əlaqələri ilə bağlı olsa da, öz növbəmizdə, onu da 
əlavə etmək istərdik ki, erkən iltisaqilik dönəmində, yəni 
aqlütinativ strukturun tam bərqərar olmadığı mərhələdə, bu 
tipoloji quruluşa malik bütün dillər üçün kökdaxili səs 
əvəzlənmələri yetərincə xarakterliyi ilə seçilirdi. Məhz, bu 
kimi proseslər spesifik «iltisaqilik ablautu»nun – 
sinharmonik paralelliklərin meydana gəlməsinə  və analoji 
xarakterli səs  əvəzlənmələrinin reallaşmasına səbəb 
olmuşdur. Bu baxımdan, belə tipoloji sapma faktların hər 
hansı bir iltisaqi dilin flektiv dillərlə qohumluğunun iddia 
edilməsi üçün tutarlı arqument olduğunu söyləmək çətindir.  
 
 
 
                                                 
1
 Серебренников Б.А. Вероятностные обоснования в компаративистике. 
М., 1974,342-343. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
69
II FƏSİL 
 
TİPOLOJİ MODİFİKASİYALVAR – DİL TİPİ 
SƏCİYYƏLƏNDİRMƏSİ ASPEKTİNDƏ 
 
(problemin dil təkamülü və dil əlaqələri 
müstəvisindəki təhlil təcrübəsi və məsələnin 
psixolinqvistik aspektdə dəyərləndirilməsinə cəhd) 
 
 
2.1. Dil strukturu fərqli tipoloji mexanizmlərin 
dominant və resessiv səciyyəli elementlərinin 
məcmusu kimi və ya qrammatik determinanta nədir? 
 
   Tədqiqatın ilk bölümlərində aparılan təhlillərdən dil 
strukturunun özəyini təşkil edən aparıcı tipoloji təmayülün 
düzgün və obyektiv təsbitinin istənilən dilin adekvat 
tipoloji xarakteristika əldə edə bilməsində müstəsna rol 
oynadığı aydın  şəkildə  bəlli olmuşdur.Bu səbəbdən həmin 
dəyərləndirmələrin bu və ya digər kriterilərə istinad edən 
klassifikasiyaların formalaşmasında və onlardan bir 
qisminin yararlılıq  əmsalının müəyyənləşdirilməsində 
aparıcı tipoloji təmayül faktorunun oynadığı  həlledici rol 
barədə 
təkrar dəyərləndirmə aparılmasına ehtiyac 
qalmadığından, konkret məsələnin –  müxtəlif tədqiqatlarda 
«dilin struktur «çertyoj»u, «determinanta»sı  və ya 
«dominant»ı qismində  səciyyələndirilən struktur-tipoloji 
özülün nə anlama gəldiyini və  nələri ehtiva etdiyini 
müəyyənləşdirək. 
Tədqiqatımızın  əsas məqsədini aqlütinativ və flektiv 
təmayüllərarası metamorfozların yaranma səbəbi, xarakteri 
və dil strukturundakı  çəkisinin müəyyənləşdirilməsi təşkil 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə