Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə19/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   15   16   17   18   19   20   21   22   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
55
aid proseslərin  nəticəsində meydana çıxan  səthi 
bənzəyişdən başqa bir şey olmadığını aşkarlayır. 
Tətqiqatın növbəti bölümlərində  ətraflı  dəyərləndirilə-
cəyinə görə, dərin təfsilatlara girmədən,  əlavə olaraq, bəzi 
dil faktları ilə bağlı onu da qeyd etmək istərdik ki, flektiv 
dillərdəki «ilkin» və «təkrar aqlütinasiya»nın və ya 
aqlütinativ dillərdə «ilkin və ya ibtidai fleksiya»  ilə 
«iltisaqilikdən sonrakı (postaqlütinativ) fleksiya»nın yetə-
rincə  fərqli təbiətə malik olduğunu «xətti», yəni sinxronik 
tipoloji tədqiqat müstəvisində  aşkarlamaq çətindir və  hətta 
deyərdik ki, qeyri-mümkündür.         
Sinxronik-diaxronik tipologiya qarşılaşdırması ilə bağlı 
problemin təhlilini yekunlaşdıraraq məsələ ilə  əlaqədar 
mövqeyimizi ümumiləşdirilmiş  şəkildə  təqdim etmək 
istərdik. 
Bizim sözügedən problemə yanaşmamız(daha öncə ayrı-
ayrı mülahizələrlə bağlı münasibətimizdə müəyyən 
səviyyədə  aşkarlamış olduğumuz kimi) «dil tipinin zaman 
çərçivəsindəki dəyişikliyi, hətta,  onun tipoloji özəllik-
lərinin tam  əvəzlənməsi  (mümkünlüyü),  dil tiplərinin 
təkamül prinsiplərini  və daha öncəki struktur vəziyyət və 
tiplərin tipoloji rekonstruksiyasını  tədqiq edən  tarixi 
tipologiyanı aktualaşdırır» (kursiv bizimdir – A.H.) - mü-
lahizəsini səsləndirmiş V.A.Vinoqradovun mövqeyi ilə 
demək olar ki, üst-üstə düşür (doğrudur, dilçi tarixi və 
diaxronik tipologiya istilahlarının sinonim olduğunu qəbul 
etməyərək, sonuncunun konkret struktur dəyişikliklərin 
müəyyənləşdirilməsinə istiqamətləndiyini bildirmişdir).
1
  
Bununla belə, aydınlıq gətirərək qeyd edək ki, hər hansı 
bir dil tipinin tipololoji determinantasının təsbiti zamanı 
üstünlük, heç şübhəsiz ki, sinxronik tipologiyaya 
                                                 
1
  Виноградов  В.А.  Типология / Лингвистический  энциклопедический 
словарь. М., 1990, стр.513. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
56
tanınmalıdır. Lakin istər dominant və resessiv elementlərin 
qarşılıqlı münasibətlərinin təbiətinin çözümü zamanı istərsə 
də, həmin elementlərin real təbiətlərinin müəyyənləş-
dirilməsi işində diaxronik tipologiyanın iştirakı 
vazkeçilməzdir və onların (sinxronik və diaxronik tipolo-
giyaların) qarşılaşdırılmasına heç vəchlə yol verilə bilməz. 
Sinxronik tipologiya - diaxronik tipologiya qarşılaşdır-
ması ilə bağlı konkretləşdirilmiş problemə münasibət 
bildirmə  zərurətindən  dolayı, təhlilindən bir qədər yayın-
dığımız «tipologiya nədir?» ümumi sualı ilə bağlı məsələyə 
qayıdaq. 
İlk olaraq, onu bildirmək istərdik ki, bu istilahın altında 
hansı anlayışların nəzərdə tutula biləcəyini dəyər-
ləndirərkən,  tipologiya  və  morfoloji təsnifat (və konkret 
olaraq,  dil  tipi) anlayışlarının  əlaqə  səviyyəsini xüsusi 
olaraq dəyərləndirmək lazımdır. Doğrudur, biz də (yanlış 
interpretasiyadan sığortalanmaq üçün, daha öncədən) 
sözügedən təsnifata nəzərən,  «tipologiya» istilahından 
istifadənin istisna olunmadığını dilə  gətirmişdik. Lakin bu 
etiraf həmin anlayışlar arasında (tərəfimizdən) bərabərlik 
işarəsi qoyulması anlamına gəlmir. 
«Dillərin təsnifi probleminin özünün, hələ  İntibah döv-
ründən etibarən alimlərin diqqətini cəlb etməsi»nə 
baxmayaraq, dillərin elmi cəhətdən  əsaslandırılmış klassi-
fikasiyasının «yalnız XIX əsrdə meydana çıxması» ilə bağlı 
fikirlərin
1
  şəksizliyi, (dar anlamda, yəni genealoji və areal 
ortaqlığa  əsaslanan sistematizasiyanı da əhatə edən 
tipologiya deyil, yalnız struktur bənzərliyə söykənən) 
tipologiya nəzəriyyəsinin, məhz, morfoloji klassifikasiya 
əsasında formalaşıb, zamanla öz məqsəd və  vəzifələrinin 
                                                 
1
  Ярцева.  В.Н.  Проблема  универсалий  и  классификация  языков. / Уни-
версалии и типологические исследования / Мешаниновские чтения. М., 
1974, стр. 6. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
57
genişlənməsindən dolayı, bu təsnifat sərhədlərini aşaraq 
(daha öncə  də söylədiyimiz kimi) müstəqil «fənn»ə (və ya 
şöbəyə) çevrilməsi ehtimalının doğruluğuna da şübhə yeri 
qoymur. 
«Dilçilikdə «tipologiya» sözünün fərqli anlamlarda 
istifadə edildiyini» bildirən və bu anlayışın (tipologiyanın) 
«müəyyənləşdirilməsi üçün tipoloji tədqiqatların 
məqsədlərinin nədən ibarət olduğunu müəyyənləşdiril-
məsinin vacibliyini» vurğulayan S.D.Katsnelson onun 
(linqvistik tipologiyanın  əsas məqsədinin) «bilavasitə 
klassifikasiyanın yaradılmasından, etalon – dilin və riyazi 
hesablamanın işlənib hazırlanmasından deyil, dil 
strukturunun  əsas qanunauyğunluqları  və ayrı-ayrı fraq-
mentlərinin qarşılıqlı  əlaqəsinin aşkarlanması»ndan ibarət 
olduğunu qeyd edərkən
1
 həqiqətdən uzaq deyildi. 
Dilçinin təqdim edilən mülahizələri ilə ümumilikdə 
razılaşsaq da, tipologiya nəzəriyyəsində morfoloji klassifi-
kasiyanın ikinci plana keçməsi fikrinin doğruluğunu iddia 
etməkdən çəkinirik. Belə ki, müasir tipologiyanın XX-XXI 
əsr tədqiqatları «yüksəkliyi»ndən natamam görünən  Şlegel 
təsnifatından nəşət tapması faktı uzun müddət, məhz, 
morfoloji klassifikasiyaların tipoloji araşdırmaların 
«lakomotiv»i olduğunu ortaya qoyur. Başqa sözlə, ilkin 
bölgünün təkmilləşdirilməsi məqsədilə aparılan 
araşdırmalar,  hamı  tərəfindən qəbul edilən və qüsurlardan 
(o cümlədən, kriteri qeyri-dəqiqliyindən) xali olmayan 
mükəmməl bir təsnifat meydana çıxarmasa da, sözügedən 
istiqamətli tədqiqatlar nəticəsində obyektə (dilə) daha 
əhatəli baxış bucağına malik «fənn»in yaranmasına təkan 
verdi.  
                                                 
1
 Кацнельсон С.Д. Основные задачи лингвистической типологии. / Лин-
гвистическая типология и восточные языки. Материалы совещания. М., 
1965, стр.71, 73. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə