Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə18/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   14   15   16   17   18   19   20   21   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
52
bu və ya digər  dillərə  mədəni-evolyusyon qiymət verməyə 
haqqımız var,lakin dil tiplərinə…,belə qiymət verməkdən 
çəkinməliyik» – fikri
1
 (kursiv bizimdir – A.H.) ilə 
razılaşmaq çətindir.  
Əvvalə, onu deyək ki,dillərin müxtəlif inkişaf səviy-
yələrində olması fikrinin tolerant yanaşma olaraq qəbul 
edildiyi  halda, dil tiplərinin inkişaf modellərinin mövcud-
luğu ehtimalının irqçiliklə  əlaqələndirilməsinin hansı 
məntiqə əsaslandığı qaranlıq qalır. 
Digər tərəfdən, o da maraqlıdır ki, əslində, bu yanaş-
manın özü dilçinin ehtiyatlandığı «irqçilik» ittihamları 
üçün potensial sayıla bilən müddəaların yaranmasına  əsas 
verir. Belə ki, həmin yanaşmanın «məntiqi tutumu» flektiv 
dillərin «əzəli flektivliyi» (O.Yespersen) ilə bağlı absurd 
iddiaların «elmi» əsaslandırılması «nəzəri» zəmin hesab 
edilə bilər. 
F.de Sössür ideyalarından törəyən ikili münasibətin 
təhlilinə qayıdaraq onu da əlavə edək ki,məhz,diaxronik 
tipologiya sahəsində önəmli araşdırmalara imza atmış 
tədqiqatçılar arasında (təxminən XX əsrin ikinci yarısından 
etibarən) tipologiyada tarixi yanaşmanın «reabilita-
siyası»nın «sinxronik strukturalizm və    əks-tarixizm»dən 
imtina ilə  əlaqələndirənlər  yox deyildir. Heç şübhəsiz ki, 
«XX  əsrin birinci yarısında sinxronik dilçiliyin mütləq 
hökmdarlığından sonra…. sinxronik və diaxronik linqvis-
tikalar arasındakı Sössür antinomiyasını  dəf etməklə» …. 
«köhnə,  ənənəvi problemlərin yeni linqvistik metodlarla 
araşdırılması»na  şərait yaratmış yeni yanaşma
2
 uzun 
onilliklər boyu faktoloji təhlillərdən kənarlaşdırılaraq 
                                                 
1
 Даниленко В.П. У истоков лингвистической типологии (ее культурно-
эволюционный аспект). www.islu.ru/danilenko/articles/ligvtipol.htm 
2
  Гамкрелидзе  Т.  Лингвистическая  типология    и  праязыковая  реконс-
трукция  
http://www.philology.ru/linguistics1/gamkrelidze-88.htm 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
53
linqvistik tipologiyanın «periferiyasına sürgün edilmiş» 
nəzəriyyələrin bəraətinə də şərait yaratmışdır. 
Zənnimizcə, tipoloji xarakteristikanın təsbiti zamanı sırf 
sinxronik dəyərləndirmələrə üstünlük tanıyan və bu 
kontekstdə strukturalizməqədərki  ənənəvi tipologiyanı 
«yeriyən» təsnifat adlandıraraq,onun dil hadisələrinin real 
mahiyyətinə  işıq salmaqda aciz olduğunu önə sürən 
E.Sepirin
1
 (müqayisə üçün deyək ki,tipologiyada tarixizmin 
əleyhinə  çıxış edərək anti-şleyxirian mövqedə dayanan 
İ.A.Boduen de Kurtene də vaxtilə eyni ifadədən – «yeriyən 
təsnifat» ifadəsindən yararlanmışdır
2
);tipoloji təkamül 
ideyasına analoji mövqe sərgiləmiş  və Sepirin çoxrakurslu 
təsnifatının kvantitativ modelini hazırlamış 
C.Qrinberqin,habelə xarakterologik tipologiyanın müəllifi 
V.Mateziusun tipoloji dəyərləndirmələr zamanı diaxro-
niyanın gözardı edilməsinə  əsaslanan təhlillərinin bir çox 
problemlərin həlli çərçivəsində yetərli olmaması tamamilə 
əks mövqedə duran nəzəriyyələrin təkrar aktuallaşmasında 
heç də sonuncu rol oynamamışdır.Bu kontekstdə 
N.Y.Marrın (haqqında bir qədər sonra daha geniş  bəhs 
edəcəyimiz) «vulqar sosial» ideyalarından xali olmayan 
stadial təkamül ideyalarının bir çox tipoloji yönümlü 
tədqiqatda (aşkar və ya dolayı  şəkildə) müəyyən qədər 
reabilitasiyaya uğraması o qədər də təsadüfi sayıla bilməz 
Onu da qeyd edək ki, indiyə qədər «dilin struktur quru-
luşunun tədqiqinə yönəlik tipoloji araşdırmaların  əsasən 
zaman faktorundan kənar olan …. struktur (və ya başqa 
sözlə, sinxronik tipologiya)» çərçivəsində aparıldığını 
bildirən A.Y.Kibrik «tipologiya:taksonomik və ya 
                                                 
1
  Сепир  Избранные  труды  по  языкознанию  и  культурологии.  М., 1993, 
стр. 135.
 
2
  Бодуэн  де  Куртенэ  И.А.  Избранные  труды  по  общему  языкознанию. 
Том II, М., 1963, стр. 179-181. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
54
izahedici, statistik və ya dinamik?» – suallarına cavab 
arayarkən, bundan sonra «lokal dildaxili implikasiyalar 
çərçivəsinə salınmadığı  təqdirdə, … tipologiyanın dilin 
dinamik modelinə  əsaslanması vazkeçilməzdir»  və daha 
öncəki tipologiyalardan fərqli olaraq yeni formalaşacaq 
yanaşma  sırf sinxronik - taksonomik deyil, «dinamik (və 
mümkün qədər  izahedici)  tipologiya olmalıdır»-hökmünü 
çıxararkən yetərincə haqlıdır (kursiv bizimdir – A.H.)
1

Belə ki, «bir an belə durğunluq anı yaşamadan» 
(V.Humboldt) daim inkişafda (=dinamikada) olan dilin 
zaman faktorundan kənar (dilxarici amillərin iştirakı  bəzən 
bəlli zaman kəsiyində  məkan faktorunun da nəzərə 
alınmasını,başqa sözlə,  zaman-məkan koordinatlarının 
təsir gücünün dəyərləndirilməsini şərtləndirir) dominant və 
resessiv elementlərin statistik təhlili  əsasında bu və ya 
digər dil tipinə aid edilməsi real dil materialına optimal 
təsnifat yanaşması sayıla bilməz. Belə ki,bəzən 
dinamikanın gözardı edilməsi,başqa sözlə, sırf sinxronik 
taksonomiyanın tətbiqi səthi və  ən  əsası, qeyri-səhih 
dəyərləndirmələrin ortaya çıxmasına səbəb ola bilər. 
 Bu  məqamda, sadəcə olaraq, bəzi dil faktlarının timsa-
lında fikirlərimizi bir qədər  əyaniləşdirmək istərdik. Belə 
ki, türk dillərində (və eləcə də bir çox iltisaqi dillərdə) yer 
alan ad – fel sinkretikliyinin bəzi hallarda ingilis 
konversiyası ilə müqayisəyə  cəlb edilir.
2
 Lakin həmin 
faktların dil dinamikası müstəvisində, yəni diaxronik 
tipologiyanın tətbiqi ilə  təhlili həmin elementlərin  sinxro-
nik aspektdən yanaşıldıqda  oxşarlıq kimi qələmə verilə 
bilən özəlliklərinin  fərqli  struktur-tipoloji mərhələlərə 
                                                 
1
Кибрик А.Е.  Очерки по общим и прикладным вопросам языкознания. 
Универсальное и специфичное в языке. М., 2001, стр. 27,33 
2
 мяс.,бах.: Тцрк дилляринин лексик-морфолоъи гурулушу. Б., 1981,  с.117-122. 
 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə