Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə17/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   13   14   15   16   17   18   19   20   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
49
olsalar da, eyni fənnin  şöbələri hesab edilə bilməyib 
…müstəqil fənnləri» təcəssüm etdirdiyini önə sürmüşdür 
(dilçiyə görə, «tipologiya tarixi zamanlamadan asılı 
olmadığından, …axronik mahiyyət kəsb etdiyi» üçün, 
burada sinxronik və diaxronik istilahlarının statik və 
dinamik (tipologiya) terminlərinin istifadəsi daha 
məqsədəuyğundur)
1
.  
Görünür, tədqiqatçı sinxronik və daixronik dilçiliyin 
qarşılaşdırılmasından çıxış edərək, konkret tipologiya 
«fənni»nin çərçivəsində eyni səviyyədə  kəskin fərqləndir-
mənin davam etdirilməsini məqbul saymışdır. O da 
maraqlıdır ki, sinxroniya – diaxroniya təliminin müəllifinin 
özü birinciyə (sinxroniyaya) şəksiz üstünlük tanımasına 
baxmayaraq, dil tipi anlayışı ilə bağlı mülahizələrini 
səsləndirərkən «(hər hansı bir) qrup dillərin hansı tipə aid 
olduğunu soruşmaq – bu dillərin inkişaf etməsini 
unutmaq; onların təkamülündə hansısa daimilik elementi-
nin olmasını ehtimal etmək deməkdir» - fikrini dilə  gətir-
miş, və «heç bir dil ailəsinin… həmişəlik olaraq, müəyyən 
dil tipinə aidliyi»nin iddia edilməsinin doğru olmadığını 
önə sürmüşdür (kursiv bizimdir – A.H.) (məs: F. de Sössür 
çin dilinin heç də  həmişə monosillabik olmadığına və ya 
müasir ingilis, erməni və s. dillərin ilkin hind-Avropa 
strukturundan  əsaslı  şəkildə  fərqlənən quruluş daşıyıcısı 
olmasına diqqət çəkmişdir).
2
 
Göründüyü kimi, dahi isveçrəlinin mülazhizələrini 
(tipoloji araşdırmalara nəzərən)  sinxronik – diaxronik  
tipologiya oppozisiyasından çıxış edilməsi üçün istinad 
mənbəyi hesab etmək çətindir. 
Yeri gəlmişkən, onu da qeyd edək ki, F. de Sössürün 
                                                 
1
  Вардуль  И.Ф.  О  предмете  и  задачах  типологии / Лингвистическая 
типология. М., 1985, стр.30-31. 
2
 де Соссюр Ф. Курс общей лингвистики. М., 1993, стр.222 - 223. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
50
iqtibas gətirilmiş  məlum dəyərləndirməsi fonunda onun 
tipoloji yanaşmasının  sinxroniya – diaxroniya alterna-
tivizmi  üzərində qurulması ilə bağlı fikirlərlə razılaşmaq 
mümkün deyil. Belə ki, V.Humboldt tipologiyasının «əsa-
sən sinxronik olmasına baxmayaraq», «bu sinxroniyanın 
özünün  tamamən  diaxronik olduğunu» önə sürən 
V.P.Danilenko  «…sinxroniya – diaxroniya  qarşılaşdırma-
sında» dahi alman aliminin «Sössür alternativizmindən 
olduqca uzaq olduğunu»  (kursiv bizimdir – A.H.) 
bildirmişdir.
1
 
Halbuki, Sössürün dillərin tipoloji xarakteristikasının 
dəyişmə potensialı ilə bağlı söylədiyi fikirləri sinxroniya – 
diaxroniya  alternativizmi ilə  əlaqədar irəli sürdüyü 
postulatlar kontekstində deyil, fərdi şəkildə dəyərləndirsək, 
dildə daimilik elementinin olmadığını önə sürmüş alimin 
«dildə bir dəqiqə belə durğunluq yoxdur!» – fikrində
2
 
israrlı olan sələfindən çox da fərqli düşünmədiyini 
aşkarlamış olarıq. Başqa sözlə, burada F.de Sössürün dil 
strukturunun mümkün təkamülü ilə bağlı fraqmentar 
səciyyəli dəyərləndirmələrinin elə onun özünün XX əsr 
dilçiliyində inqilab effekti yaratmış ideyalarının kölgəsində 
qalmasından, daha dəqiq desək, həmin fikirlərin alimin 
məlum dixatomiyaları müstəvisində  dəyərləndirilməsindən 
qaynaqlanan anlaşılmazlığın yer aldığını söyləmək olar. 
Əslində, bu yanlış anlaşılmanın kökü Sössür mülahizə-
lərində yer alan və ilk baxışdan aydın sezilməyən təzaddan 
qaynaqlanır və bir çox hallarda mütləq postulat qismində 
dəyərləndirilən sinxronik və diaxronik dilçilik 
qarşılaşdırmasına heç bir skepsisə  rəvac verməyən qeyri 
                                                 
1
Даниленко  В.П.Культурно-генетический  эволюционизм  Вильгельма 
фон Гумбольдта. 
www.islu.ru/danilenko/articles/evolgumb.htm;s2.
 
2
  фон  Гумбольдт  Вильгельм.  Избранные  труды  по  языкознанию  М., 
1984, стр.158. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
51
tənqidi yanaşma həmin təzadın fərqinə varılmasına imkan 
verməmişdir. Belə ki, «sinxron hadisə diaxron hadisə ilə 
heç bir ümumi cəhətə malik deyil: birincisi eyni zamanda 
mövcud olan elementlər arasında münasibətdirsə, ikincisi – 
zaman içərisində bir elementin başqası ilə  əvəzlənməsidir, 
yəni diaxron hadisədir» - mülahizəsinin
1
 sonrakı dövr 
dilçiliyinin ideya istiqamətlərinin formalaşmasında 
yetərincə    həlledici rol oynaması F.de Sössürün tipoloji 
təkamülün mümkünlüyü ilə bağlı daha öncə iqtibas 
gətirilən fikrinin adekvat anlaşılmasına bir qədər mane 
olmuşdur.
2
  
Müqayisə üçün onu da qeyd edək ki, analoji vəziyyət, 
yəni, müəllif dəyərləndirməsində ilk baxışdan tipoloji 
təsnifat və ümumilikdə, struktur təkamülü ilə bağlı  təzadlı 
yanaşmanın ortaya qoyulması ilə  əlaqədar vəziyyət 
V.Humboldt  əsərlərinin təhlili zamanı da müşahidə 
olunmuşdur.Belə ki,tipoloji xarakteristika zamanı dilin 
verilmiş  vəziyyətindən  çıxış etməyi təklif edən Humbol-
dtun,digər tərəfdən  mərhələli tipoloji təkamül ideyasının 
tərəfdarı kimi çıxış etməsi müəyyən ziddiyyətin mövcud-
luğu görünümünü yaratmışdır. Bu mənada, V.Humboldtun 
tipoloji görüşlərini  şərh edən V.P. Danilenkonun 
 
sözügedən  mümkün ilkin təəssüratın yanlış  izlənimin 
nəticəsi olması fikri ilə tamamilə razılaşsaq da,alman 
aliminin «dil materialının az öyrənilməsindən dolayı, …dil 
tipinə 
mədəni-evolyusyon yanaşmanın tətbiqindən 
çəkindiyini»  bildirən dilçinin (V.P. Danilenkonun) «bizim 
                                                 
1
 де Сюссцр Ф.  Цмуми дилчилик курсу. Б.,2003, с. 181. 
2
  Ону  да  гейд  едяк  ки,  дащи  исвечрялинин  ясярлярини  шярщ  етмиш  бир  чох 
тядгигатчынын ортаг ряйиня эюря, Сюссцр синхронийа – диахронийа гаршылаш-
дырмасында  «синхронлуьун  системлийини,  диахронлуьун  системсизлийини … 
нязядя тутур» вя бу заман «синхронлуг  … грамматикайа баьланыр; тарихи 
грамматика инкар едилир» (де Сюссцр Ф. Цмуми дилчилик курсу. Б.,2003,  с.35).  


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə