Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə14/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   10   11   12   13   14   15   16   17   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
40
müəyyənləşməsində digər yarusların özəlliklərinin və eləcə 
də səviyyələrarası əlaqənin də xüsusi əhəmiyyət kəsb etdiyi 
ortaya çıxmışdır. 
Ümumilikdə, «tipologiya» istilahının çoxmənalılığı ilə 
bağlı problemə qayıdaraq  əlavə edək ki, «dilçilik 
tipologiyası  və ya dillərin tipologiyası  termini haqqında 
elmdə vahid anlayış yoxdur» - fikrində heç də yanılmayan 
Z.Verdiyevaya görə, «tipologiya» dedikdə «dil tipləri 
haqqında təlim», yəni «…ayrı-ayrı dillərin və dil qrup-
larının sistemlərinin müqayisə edilib və ya qarşılaş-
dırılması» nəzərdə tutulur.  
Təxminən oxşar mövqe «dilçilikdə tipologiya- dillərin 
tiplərini və ya… daha xüsusi dil hadisələrinin mikrosis-
temlərini öyrənir» – fikrinin müəllifi V.M.Jirmunskinin 
araşdırmasında
1
  səsləndirilmişdir. Məhz, dil tipinin təsbiti 
üçün müəyyən sistemitizasiya şəraitində müqayisə  və 
qarşılaşdırmaların labüdlüyü tipologiyanın «təkcə sinxronik 
linqvistikada deyil, diaxronik araşdırmalarda da istifadə 
edilən kompleksli elmi metod» olması
2
 haqqında rəy 
formalaşdırmışdır. Bu isə özlüyündə, tədqiqatımızın hal-
hazırkı bölümü ilə birbaşa  əlaqəli olan daha bir problemin 
ortaya çıxması anlamına gəlir. Belə ki, linqvistik 
ədəbiyyatlarda tipologiyanın dilçilik şöbəsi (və ya 
linqvistik «fənn»); morfoloji klassifikasiya və eləcə  də  (ən 
konkret anlamda) dil tipini təcəssüm etdirməsi haqqında 
mövcud mülahizələrlə yanaşı, onun (tipologiyanın) özünün 
bir elmi metod olması ilə bağlı fikirlər səsləndirilir və bu 
                                                 
1
    Жирмунский  В.М.  О  целесообразности  применения  в  языкознании 
математических  методов / Лингвистическая  типология  и  восточные 
языки. М., 1965, стр.108

2
   Рона-Таш А.О комплесивности типологических методов / Лингвисти-
ческая типология и восточные языки. Материалы совещания. М., 1965, 
стр.259. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
41
baxımdan, linqvisitik tipologiyanın istənilən aspekti ilə 
əlaqədar məqamlarda olduğu kimi, bu məsələdə  də yekdil 
rəyin formalaşmış olduğunu söyləmək çətindir. Belə ki, 
bəzi tədqiqatlarda tipologiya həm metod, həm də dilçilik 
şöbəsi kimi səciyyələndirildiyi halda, digərlərində isə artıq 
birincinin bazasında  ikincinin formalaşaraq 
müstəqilləşməsi fikri müdafiə edilir.  
«Linqvistik tipologiyanın konseptual aparatının  əsasla-
rını müəyyənləşdirən B.Y.Qorodetskiyə görə, «tipoloji 
(özünün də bildirdiyi kimi, dilçi tipologiyanı yalnız dillərin 
strukturuna  əsaslanan təsnifatlandırma qismində  nəzərdən 
keçirir – A.H.) tədiqatların müasir vəziyyəti üçün 
tipologiyanın yardımçı metod deyil, özünün xüsusi 
araşdırma predmeti və spesifik vəzifələri olan müstəqil 
linqvistik fənn olması nöqteyi-nəzərindən xarakterik» 
sayıla bilər və «hal-hazırda sözügedən fənn özünün forma-
laşma stadiyasındadır».
1
 
Göründüyü  kimi, bu mülahizəyə əsasən, ehtimal olunan 
qarşılaşdırma, tipologiyanın geniş anlamda dəyərlən-
dirilməsi, yəni özündə istənilən növ (genealoji və ya 
coğrafi vəziyyət ortaqlığa, eləcə də struktur oxşarlığa görə) 
təsnifatlandırmanı ehtiva etməsindən törəmişdirsə, həmin 
istilahın («tipologiya»nın) daha konkret anlamda nəzərdən 
keçirilməsi, digər qrup araşdırmaçılara «müasir dilçilikdə 
sinxronik – təsviri, başqa sözlə deskriptiv; müqayisəli-
tarixi, başqa sözlə, genealoji» və  hələ  də «az tədqiq 
edilməsindən dolayı, aydın  şəkildə formalaşmış postulatı 
olmayan tipoloji metod»un mövcudluğunu
2
 
                                                 
1
 Городецкий Б.Ю. Основы концептуального аппарата лингвистической 
типологии. /  Лингвистическая типология. М., 1985, стр.65. 
2
  Рождественский  Ю.В.  Тезисы  о  природе  понятии  лингвистической 
типологии    /  Лингвистическая  типология  и  восточные  языки.  Мате-
риалы совещания, М., 1965, стр.102 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
42
müəyyənləşdirməyə imkan tanımışdır.  
Çox güman ki, tədqiqatımızda terminoloji qarışıqlığa 
(istilah çoxmənalılığının doğurduğu «domino effekti»ni də 
nəzərə alsaq, mövcud durumu terminoloji «xaos» da 
adlandırmaq olar) yol verməmək üçün «müqayisəli – tarixi 
metod→müqayisəli-tarixi dilçilik→genealoji təsnifat» 
analogiyasından çıxış edərək və tipoloji araşdırmalarda  tip 
anlayışının özünün tətbiqindən dolayı, bu istilahın dar 
çərçivədə istifadəsinin mümkünlüyünə 
əsaslanaraq 
«tipoloji metodlar (bu metodların məcmusu məsələsinə 
irəlidə daha təfsilatlı  şəkildə toxunulacaq); linqvistik 
tipologiya və tipoloji təsnifat» istilahlarını fərqləndirsək o 
qədər də yanılmarıq.  
Bu mənada, «ümumelmi miqyasda» tipologiyanın 
«prinsipləri və  məntiqi formalarına» (məs: taksonomlara 
əsaslanan təsnifat və ya kontinium obyektlərə görə 
klassifikasiya) görə  fərqləndirilə bilən və «ümumi və ya 
oxşar xüsusiyyətlərinin müəyyənləşdirilməsi yolu ilə  fərqli 
və daxilən qəliz obyektlərin araşdırılması  və (həmin) 
obyektlərin yaxınlıq səviyyələrini nəzərə almaqla müəyyən 
siniflərdə (qruplarda, tiplərdə) birləşdirilməsini 
gerçəkləşdirən metod» olduğunu önə sürmüş, daha sonra 
isə, «linqvistik tipologiyanın dillərin sistematizasi»yasının 
bir növü və ümumi dilçiyin şöbəsi»
1
 olduğunu bildirmiş 
N.B.Meçkovskayanın izahı xüsusi maraq doğurur. Dilçiyə 
görə, «yalnız dillərin tipoloji araşdırılmasında  tip 
ideyasının özündən… istifadə edildiyindən, linqvistikada 
tipologiyanın özünün dillərin digər sistematizasiya 
növlərindən (yəni genetik və areal təsnifatlandırmadan) 
terminoloji fərqləndirilməsi» məqbul sayılır
2
.Başqa sözlə, 
                                                 
1
  Мечковская  Н.Б.  Общее  языкознание.  Структурная  и  социальная 
типология языков. М., 2003, стр.14-15. 
2
 Йеня орда. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə