Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə11/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   7   8   9   10   11   12   13   14   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
31
məqsədilə, məsələni terminoloji müstəvidən kənarlaşdır-
madan, yalnız morfoloji təsnifat zəminində qeyri-dəqiqliyi 
və yayğın semantikası ilə seçilən bir neçə termini nəzərdən 
keçirək. 
 Məs: «amorf dillər» istilahı. Müasir dilçilik ədəbiyyat-
larında hələ də öz işləkliyini itirməmiş
1
  bu termin, ilk dəfə 
V.Humboldtun haqlı etirazına səbəb olmuş
2
, daha sonralar 
bir çox sinoloq və eləcə  də tipoloqların tənqidinə  məruz 
qalmışdır
3
. Belə ki, sonuncular çin və digər kök quruluşlu 
dillərin bu istilahda təqdim olunduğu kimi (a – «morf»), 
morfoloji inventardan məhrum olması fikrini məqbul 
saymırlar. Lakin onu da qeyd etmək lazımdır ki, tipoloji 
təsnifatın banisinin qəti etirazına baxmayaraq, sonrakı nəsil 
tipoloqlar arasında Humboldtun bu sahədəki  şəksiz elmi 
nüfuzunu gözardı edərək «amorf» istilahına yaşam hüququ 
tanıyan tədqiqatçılar da oldu. 
Belə ki, XX rus-sovet linqvistik tipologiyasının  ən 
önəmli simalarından biri olan P.S.Kuznetsov «bəzi 
dilçilərin formadan məhrum dillərin, ümumiyyətlə, möv-
cud olmadığını önə sürərək, «amorf» terminini uğursuz 
istilah hesab etməsini» doğru yanaşma hesab etmir və 
«sözlərin formal olaraq heç bir dəyişikliyə  məruz qalma-
dığı… dillərin,  əslində, «amorf dillər» qismində səciyyə-
ləndirilməsinin «tam qanuni olduğunu» bildirmişdir
4

Doğrudur, ilk baxışdan nə qədər paradoksal görünsə də, 
çin qrammatistlərinin özləri, bu termindən istifadədən 
imtina etməmişlər. Lakin «Çin ənənəvi elmində qram-
                                                 
1
  мяс:  Вердийева З., Аьайева Ф., Адилов М. Дилчилик проблемляри. I щисся, 
Б.,1982, с.72. 
2
 Реформатский А.А. Введение  в языкознание. М., 1947, стр. 148. 
3
 Драгунов А.А. Исследования по грамматике современного китайского 
языка, т.1, М.-Л., 1952. 
4
 Кузнецев П.С. Морфологическая классификация языков. М., 1954, стр.15-16. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
32
matikanın yeri»ni dəyərləndirmiş Tan Aoşuanın qey-
dlərindən bəlli olduğu kimi, burada, «amorfluq» istilahına 
«daxili fleksiyanın qeyri-mövcudluğu» (?! – A.H.) anlamının 
ifadəsi üçün müraciət edilir
1
. Başqa sözlə, həmin semantik 
tutumdan yol alaraq, daxili fleksiya kimi qrammatik 
vasitədən yararlanmayan bütün dilləri (o cümlədən, iltisaqi 
quruluşlu türk, monqol, fin-uqor və s. dilləri də) «amorf» 
olaraq səciyyələndirmək mümkündür. Göründüyü kimi, 
burada termin yaradıcılığı üçün ən arzuolunmaz və qeyri-
məqbul durumlardan biri – istilah polisemiyası  vəziyyəti 
yaranmış olur.   
Ümumiyyətlə, burada bir qədər haşiyəyə  çıxaraq qeyd 
edək ki, iltisaqi dillərdəki flektiv təbiətli (və ya ən azından 
flektiv təmayüllü) elementlərin adekvat tipoloji 
xarakteristika qazanmasına maneçilik törədən  ən başlıca 
əngəllərdən biri – morfonoloji tədqiqatlardakı «avrosen-
trik» münasibət; başqa sözlə, sözügedən dillərdəki ten-
densiyaların hind-Avropa morfonologiya standartlarından 
dəyərləndirilməsidir.
2
    Bu  mənada «şərq dilçiliyi təcrü-
bəsi»ndən çıxış edərək «hind-Avropa dillərinin müəyyən 
göstəricilərinə istiqamətlənmiş terminlərin  şərq dillərinin 
tədqiqi və  təsviri prosesində istifadəsinin bir çox hallarda 
təhrif edilmiş 
mənzərənin canlandırılmasına rəvac 
verdiyini» önə sürən görkəmli sinoloq alim N.V.Solntse-
vanın
3
 fikirləri ilə razılaşmamaq çətindir. «Tipologiya və 
                                                 
1
  Тань  Аошуан  Место  грамматики  в    традиционной      науке  Китая    // 
Филологические науки. 1991, № 5, стр. 69. 
2
  Бу  щагда  даща  ятрафлы  бах:  Чурганова  В.Г.  О  предмете    и  понятиях 
фономорфологии // Известия  АН  СССР.  Серия  Литературы  и    Языка, 
1967,  Том XXVI, вып. 4, с.363-373;  щямчинин:  Щажыйева  А.Й.  Дил  систе-
миндя  типолоъи  сапмалар  (аглцтинатив  диллярдя  флектив  тямайцллц  елемент-
ляр).нам.дисс.2006,  с. 14-28; Щажыйева  А.Й.Аглцтинатив  диллярдя  дахили 
флексийа вя фузийа. Б.,2007, с.16-55, 271-278. 
3
  Солнцева  Н.В.  Проблемы  типологии  изолирующих  языков.  М., 1985, 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
33
təsviri dilçiliyin məqsədləri»ni dəyərləndirən  tədqiqatında 
sonuncunun (təsviri dilçiliyin) dilin ümumi nəzəriyyəsini 
«ağır terminoloji varisliyi»ndən  əziyyət çəkdiyini və 
«linqvistikanın terminoloji aparatının (və eləcə  də onun 
arxasında duran anlayışların) olduqca uğursuz işlənib 
hazırlandığını» bildirmiş A.Y.Kibrik, məhz, təsviri 
linqvistikanın bu sahədə  əsaslı dönüş yarada biləcəyini 
qeyd etmişdir
1
. Bu mənada, tipoloji dəyişikliklərin adekvat 
dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən 
növbəti istilahın, məhz, təsviri linqvistika sahəsində 
meydana çıxması heç də təsadüfi sayıla bilməz. 
«Fleksiya» istilahı E.Sepirin təklif etdiyi və real dil 
materiallarına  əsaslanan «daxili və xarici fleksiya» anla-
yışları  fərqliliyi  əks etdirən bölgüdən sonra, heç şübhəsiz 
ki,yeni semantik çalar kəsb etməyə başlamışdır. Belə ki, 
fleksiya deyildikdə bu istilahın işlənmə yerinə uyğun 
olaraq, ya ümumilikdə, (heç bir «daxili» - «xarici» para-
metrlərə görə bölgü aparılmadan) flektiv mexanizm təza-
hürləri nəzərdə tutulur, ya da sırf kökdaxili səs  əvəz-
lənməsinə işarə edilir. 
Maraqlıdır ki, təsnifat kriterilərinin qeyri-dəqiqliyi və 
ya sadəcə, müəllif interpretasiyasındakı  nəhayətsiz ixti-
yarilik bəzən bu istilahın, hətta, tamamilə  fərqli tipoloji 
təmayül özəlliyinə xas elementlərə tətbiq edilməsinə də yol 
açırdı. Məs: C.Yul bir çox tədqiqatçılara görə,
2
 ingilis 
dilindəki iltisaqi mexanizm təzahürləri kimi dəyərləndirilən 
-‘s ; - ing; -est; -er və s. bu kimi şəkilçiləri fleksiya (daha 
                                                                                                         
стр.11. 
1
  Кибрик  А.Е.  Типология    и  задачи  описательной  лингвистики / 
Лингвистическая типология. М., 1985, стр.78. 
2
 Бу щагда даща ятрафлы бах:  Воронцова Г.Н. Очерки по грамматике ан-
глийского языка. М.,1960; Лайонз Дж. Введение в теоретическую линг-
вистику. К., 1978.  вя с.
 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə