Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə8/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   4   5   6   7   8   9   10   11   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
22
anlayışının kökündən yanlışlığını ortaya qoymuş  və  əsas 
dörd tipin fərqləndirilməsini məqbul hesab edən məlum 
«humboldian kvadra» nəzərdə tutulduğundan,həmin etiraz-
ların yanlış ünvanlı olacağını düşünürük. Bu baxımdan, 
Humboldt təsnifatının  ənənələrini davam etdirən müasir 
tipoloji klassifikasiyanın dil strukturunun «poli-
tipolojiliyindən» (yəni, dil strukturunun birdən artıq 
tipoloji mexanizmin ortaya qoyduğu vasitələr üzərində 
nəşət tapmasından – A.H.) çıxış edərək, onun (tipoloji klas-
sifikasiyanın) dildə  «bu və ya digər tipin hansı  səviyyədə 
təmsil olunmasının» təsbiti 
əsasında «tipoloji 
xarakteristikasının kəmiyyət interpretasiyasını» verdiyini 
önə sürən A.B. Dolqopolski və M.A.Jurinskayanın
1
 (kursiv 
bizimdir – A.H.) qənaəti ilə (müəyyən    dəqiqləşdirmə ilə) 
razılaşmaq mümkündür. Belə ki, dil strukturunda təmsil 
olunan fərqli tipoloji təmayül elementlərinin, heç olmasa, 
ən təxmini  «kəmiyyət interpretasiyası» olmadan,dilin 
adekvat tipoloji «kimlik» göstəricisini təsbit etmək olmaz. 
Lakin həmin interpretasiya təxminən eyni terminoloji 
annotasiya ilə  təqdim olunmuş C.Qrinberq tipologiyasının 
model olaraq qəbulu anlamına gələ bilməz. Belə ki,alimin 
E.Sepirin qradual tipologiyasına istinadən hazırladığı  və 
bəzi tədqiqatçılar tərəfindən «tipoloji-xarakteroloji 
indeksasiyanın kvantitativ metodikası»
2
 
və ya 
«kvantitativ(kəmiyyət)  morfoloji tipologiya»
3
 (kursiv bi-
zimdir – A.H.) qismində  səciyyələndirilən klassifikasiya 
mexanizmi, irəlidə (təsnifat kriterilərinin seçimi ilə bağlı 
problemin dəyərləndirilməsi çərçivəsində) izləyəcəyimiz 
                                                 
1
Долгопольский А. Б., Журинская М. А. Типологическая классификация
 
http://www.booksite.ru
 
2
 Гринберг Дж
.
  http://archive.libfl.ru/win/service/grinberg.html 
3
 
Долгопольский  А.  Б.,  Журинская  М.  А.  Типологическая  классифика-
ция
 
http://www.booksite.ru
 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
23
kimi,bəzi uyğunsuzluqlardan xali olmamaqla bərabər
təsnifat sistematizasiyasına qarşı qoyulan əsas tələbə 
yətərincə cavab vermir. Söhbət aparıcı struktur özəlliklə-
rinə görə (yəni daxili nizamlanma mexanizminə görə), 
verilən obyektlərin (yəni dillərin) «ideal statusunda 
dəyərləndirilən  model  və ya tip  çərçivəsində qruplaşdırıl-
ması»ndan
1
 gedir. 
Doğrudur, C.Qrinberqin tipoloji indeksasiya modelinin 
istinad etdiyi çoxcəhətli (və ya çoxrakurslu) tipologiyada 
dil strukturunda yer alan ayrı-ayrı  təmayüllərin bu və ya 
digər səviyyədə təmsil olunmasından çıxış edilir və burada 
«dilin» demək olar ki, amorf» və ya «yüksək səviyyədə 
aqlütinativ»
2
 ola biləcəyi nəzərdən qaçırılmır. Bununla 
belə, kriteri seçimindəki yayğınlıq Sepir-Qrinberq 
tipologiyasının işləkliyini çətinləşdirmişdir. Təsadüfi deyil ki, 
öz təsnifatının təkmilləşdirilməsi üzərində uzun zaman 
çalışmalar aparmış Sepir bu klassifikasiyanın beşinci redaktə 
variantında, V.P.Danilenkonun bildirdiyi kimi, Humboldt 
təsnifatının prinsiplərinə qayıtmışdır
3

Maraqlıdır ki, Sepir təsnifatının ifrat liberalizmi 
fonunda, ilk baxışdan, onun (Sepir tipologiyasının) dil 
təkamülü ideyasını və hətta üstün tipoloji quruluş anlayışını 
ortaya atmış A.Şleyxer tipologiyasından bəhrələnməsi fikri 
nə qədər paradoksal görünsə də, bəzi tədqiqatçılar Amerika 
dilçisinin təqdim etdiyi çoxrakurslu tipoloji təsnifatdakı 
bəzi fikirlərin (konkret olaraq, «tipoloji sürüşkənliyin») öz 
ilkin başlanğıcını, məhz, (Sepirin ciddi tənqidinə  məruz 
                                                 
1
  Огурцов  А.П.,Юдин  Э.Г.Типология. // Большоя  Советская  Энцикло-
педия  http://bse.sci-lib.com 
2
Журинская М.А. Морфологическая классификация языков. http://www. cultinfo.ru/ 
3
  Даниленко  В.П  Общая  типология  языков  в  концепции  Э.Сепира 
www.islu.ru/danilenko/articles/sepirtipol.htm
 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
24
qalmış) «natur-tipologiya»dan götürdüyünü önə sürürlər
1

Əslində, Sepirin «sürüşkən» tipoloji təsnifatı ilə  bəzi 
tədqiqatçılar tərəfindən (aparılan paralellik kontekstində bir 
qədər qəribə görünsə  də, hətta Sepirin özü tərəfindən
2
) bir 
çox halda «yeriyən» adlandırılan  Şleyxer təsnifatı arasında 
ideoloji paralellik aparmaq, zənnimizcə, o qədər də 
mümkün deyil. Belə ki, tədqiqatımız boyu görəcəyimiz 
kimi, burada fərqli səpkili «stadial transformasiyalar»dan 
söhbət gedir.  
Strukturalistlərin dil strukturunun  daxili təşkilatlanma-
sının tədqiqinə daha çox özən göstərmələri tamamilə anlaşılan 
olduğundan, təkcə Amerika strukturalistlərinin deyil, onların 
Praqalı həmfikirlərinin də oxşar təsnifat standartlarından çıxış 
etməsi, heç şübhəsiz ki, məntiqəmüvafiq görünür. Praqa 
funksionalistləri də okeanın o tayındakı həmkarları kimi fərqli 
tipoloji təmayüllərin dil strukturunda təmsil olunma 
səviyyələrinin aşkarlanmasını, demək olar ki, tipologiyanın 
əsas vəzifəsi hesab edirdilər.
3
 
Lakin bu dilçilik məktəbinin ümumən sərgilədiyi xa-
rakteroloji dəyərləndirmə platformunda müəyyən fərqli 
nüanslar da yox deyildir. Belə ki, V.Mateziusun xaraktero-
loji tipologiyası aparıcı tipoloji təmayülün təsbitinə xüsusi 
özən göstərmədiyi halda, digər Praqa funksionalisti 
V.Skaliçkanın tipoloji dəyərləndirmələrində tipoloji 
xarakteristikası  təqdim olunan dilin əsas (tipoloji) «kim-
                                                 
1
  бу  щагда  бах:  Сусов  И.П.  История  языкознания
 
http://www.gumer. 
info/bibliotek_Buks/Culture/Sysov_Jazukoznzn/_Index.php
 
2
  бах:Даниленко  В.П  Общая  типология  языков  в  концепции  Э.Сепира 
www.islu.ru/danilenko/articles/sepirtipol.htm
 
3
  бах:  Скаличка  В.  К  вопросу  о  типологии  //  Вопросы  языкознания
1966, №4, стр. 22-30.; Скаличка В. О современном состоянии типологии 
/ Новое в лингвистике. Выпуск III. М., 1963, стр.19-35;  Даниленко В.М. 
Лингвистическая характерология в концепции В.Матезиуса  // Вопросы 
языкознания, 1986, № 4, стр. 120-128. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə