Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə6/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   2   3   4   5   6   7   8   9   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
15
linqvistik) faktorların dil sisteminə nüfuz limitinin təsbiti 
tədqiqatımızın gerçəkləşdirməli olduğu vəzifələr  sırasında 
yer almaqdadır. Bununla bərabər, tipoloji modifikasiyaların 
ontogenez və filogenez paralelliyi müstəvisindən təhlili 
çərçivəsində  problemin meta – dil nəzəriyyəsi aspektində  
dəyərləndirilməsi,uşaq dili materiallarına istinadən bu 
qəbildən (tipoloji) metamorfozların mahiyyətinə aydınlıq 
gətirilməsii, habelə analitik – flektivliyin ən son təkamül 
«həlqə»sini təşkil etməsi ilə bağlı iddiaların 
həqiqətəuyğunluq payının təsbiti və ya onların (həmin 
iddiaların) müəyyən mənada ifşası, eləcə  də dil sistemi 
çərçivəsində  cərəyan edən modifikasiyaların obyektiv 
təkamül sxeminə uyğunluq səviyyəsinin dəyərləndirilməsi 
monoqrafik araşdırmanın üzərinə düşən vəzifələr sırasında 
yer alır. 
Təqdim olunan monoqrafiya (yuxarıda qeyd olunan) 
vəzifələri gerçəkləşdirməklə  təkcə Azərbaycan dilçiliyi 
üçün deyil, ümumilikdə türkologiya sahəsi üçün az 
araşdırılan və demək olar ki, bir çox cəhətlərinə görə yeni 
olan prolemlər silsiləsinin həll variantlarını  təklif edir. 
Monoqrafiyada türkoloji araşdırmalar tarixində ilk dəfə 
olaraq, tipoloji modifikasiyaları mümkün edən dildaxili və 
dilxarici faktorların təsir limitini aşkarlaya biləcək nəzəri 
konsepsiyanı ortaya qoymağa  cəhd göstərilir, tipoloji 
təkamül ideyasının ontogenestik məlumatlar bazasında və 
filogenestik ehtimallar fonunda  sistematik təhlil həllinin 
verilməsinə çalışılır. 
Təkcə Azərbaycan dilçiliyi üçün deyil, bütövlükdə 
türkoloji yönümlü tədqiqatlar üçün tipoloji modifikasiya 
probleminin nəzəri müstəvidə  dəyərləndirilməsinə  həsr 
olunmuş ilk monoqrafik araşdırma təcrübəsi olmasından  
dolayı, oxucuların mühakiməsinə  təqdim olunan bu əsərin 
gələcəkdə sözugedən problemin konkret aspektləri üzrə 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
16
aparıla biləcək tədqiqatların ideya – nəzəri bazasını  təşkil 
edə biləcəyini ehtimal etmək mümkündür. Monoqrafiyada 
tipoloji modifikasiyaların meydanagəlmə  səbəb və  şəraiti 
ilə bağlı  nəzəri konsepsiynın təklif edilməsi onun (bu 
konsepsiyanın) ayrı – ayrı müddəalarının konkret dillərdə 
yer alan tipoloji modifikasiya proseslərinin və onların real 
nəticəsi olan sapma elementlərin təhlili işinə    tətbiqini 
mümkün edir. Məhz, nəzəri müddəaların mövcudluğu 
həmin dillərdəki müvafiq xarakterli proses və elementlərin 
adekvat təhlini yönləndirməklə  bərabər, bu işin (analizin) 
müəyyən sistematizasiyaya məruz qalmaqla 
 
asanlaşdırılmasına xidmət edə bilər. 
 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
17
I FƏSİL 
 
LİNQVİSTİK TİPOLOGİYA – 
ANTİNOMİYALARARASI TƏLİM KİMİ 
 
Aqlütinativ və flektiv təmayüllərin həmhüdud zonasında 
cərəyan edən proseslərin adekvat tipoloji xarakte-
ristikasının təsbiti üçün, ilk olaraq, həmin dil hadisələrinin 
ortaq nəzəri platformda təhlilini mümkün edə biləcək vahid 
təsnifatlandırma kriterilərinin müəyyənləşdirilməsi 
yetərincə mühüm önəm kəsb edir. Bu mənada, tipoloji 
təmayüllərin həmhüdud zonasında cərəyan edən proseslərin 
altyapısını  təşkil edən müxtəlif yönlü faktorların iştirak 
çəkisini, oynadıqları rolun özəlliklərini və eləcə  də  həmin 
proseslərin nəticəsi kimi ortaya çıxan sapma elementlərinin 
mahiyyətini dəyərləndirmədən öncə, bu nəhəng problem 
«aysberq»inin görünməyən tərəflərini mümkün qədər 
müfəssəl tədqiq süzgəcindən keçirmək vacibdir . 
Linqvistik tipologiya nəzəriyyələrinin həll edilməmiş 
qalan və ya ən azından, birmənalı  təsbitini tapmayan bəzi 
məsələlərinə, konkret olaraq «tipologiya», «tip» 
anlayışlarının linqvistik terminologiyada az rast gəlinən 
səviyyədə mövcud olan çoxmənalılığa yol açmasına, 
tipoloji tədqiqatların tarixi kateqoriya olan dilin dəyişkən-
liyinə münasibəti (sinxronik və diaxronik tipologiya) ilə 
bağlı polemikaya, təsnifat kriterilərinin ixtiyariliyindən 
törəyən anlaşılmazlıqlara və s. bu kimi məsələlərə  
münasibət bildirilmədən tipoloji metamorfozlar problemi-
nin tam və dolğun mənzərəsinin canlandırılması qeyri-
mümkündür. Bundan  çıxış edərək, ilk olaraq, sözügedən  
silsilə məsələləri dəyərləndirməyə çalışacağıq. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
18
1.1. Linqvistik tipologiya – taksonomik 
təsnifatlandırma,sistematizasiya və ya  
xarakteroloji təsvir? 
 
İstənilən növ taksonomik  araşdırmanın üzləşdiyi  ən 
böyük problemlərdən biri təsnifatlandırılan obyektlərin bu 
və ya digər parametrli qrup çərçivəsində differensial-
laşmasını  təmin edən özəlliklər arasında sərhəddin müəy-
yənləşdirilməsi hesab edilə bilər. Statik vəziyyətdəki 
obyektlərlə bağlı bu qəbildən sistematizasiya aparılarkən 
onların (həmin obyektlərin) spesifik xüsusiyyətlərinin  
təsnifat kriteriləri qismində  təsbiti işində xüsusi çətinliklər 
törədilmədiyi halda, zaman və ya məkan koordinatlarının 
(və ya eləcə  də  hər iki koordinatın) dəyişkənliyi  şəraitində 
mövcud olan obyektlərin (və ya eyni obyektin tərkib 
komponentlərinin) müəyyən təsnifat qruplarında 
cəmlənməsi bu və ya digər şərtiliklər çərçivəsində reallaşır. 
Həmin  şərtiliklərin dinamik obyektlərin sistematiza-
siyasının, demək olar ki, vazkeçilməz atributuna çevrilmə-
sinin səbəblərini irəlidə  ətraflı  şəkildə  dəyərləndirəcə-
yimizdən, burada, sadəcə olaraq, tiplərarası  və  dil struk-
turu daxilində tipoloji təmayüllərarası sistematizasiya 
fərqinə  diqqət yönləndirmək istərdik. 
İstər tədqiqatımızda, istərsə  də  əksər təsnifati dəyər-
ləndirmələrdə «taksonomiya» və «sistematizasiya» istilah-
larından sinonim terminlər kimi istifadə edilsə  də
1
, həmin 
anlayışlar arasında yetərincə prinsipial fərqin mövcud 
olduğunu gözardı etmək olmaz. Və  həmin fərqli 
məqamların adekvat təhlilinin, ümumilikdə, linqvistik tipo-
logiya nəzəriyyələrindəki «dil tipi» və «tipoloji dominant 
                                                 
1
  бу  щагда  бах: Systematics 
http://en.wikipedia.org/wiki/Systematics
;  
Классификация http://ru.wikipedia.org/ 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə