Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə4/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   2   3   4   5   6   7   8   9   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
9
dilemma «favorit»inin hansı  təhlil həlli olduğunu təsbit 
etmək üçün bu problemlər silsiləsinin alt qatına nüfuz 
edilməlidir.  
 2) «Dil  tipi» anlayışı  nəyi ehtiva edir, hansı kriterilər 
toplusu (və həmin kriterilər hansı kontekstdə götürüldükdə) 
bu anlayışın təsbiti mümkündür?  
Bu qrup problemlər linqvistik tipologiya nəzəriyyə-
lərinin iki əsri əhatə edən tarixində ən müxtəlif cərəyan və 
məktəb nümayəndələrinin müvafiq istiqamətli  əsərlərində 
səsləndirilən  əksər sualların ortaya çıxmasını  şərtləndirmiş 
birbaşa və ya dolayı təkanverici faktorlar hesab edilə bilər. 
Belə ki, kriteri ixtiyariliyi, «qarışıq tip» amili, termin 
qaışıqlığı  və  s.  bu  kimi  məsələlər,  əslində, «dil tipi» 
anlayışının dəqiq və birmənalı  təsbitinin mövcud 
olmamasından qaynaqlanan problemlər «aysberq»inin 
görünən tərəfləridir. 
3)Aparıcı tipoloji təmayül və dilin struktur mexanizm-
ləri arasında bərabərlik işarəsi qoymaq mümkündürmü? 
Aparıcı tipoloji təmayül və qrammatik (tipoloji) 
determinantanı eyniləşdirmək olarmı?  
Bu sualların daha öncə  səsləndirilmiş olan və irəlidə 
nəzərdən keçiriləcək problemlərin çoxrəngli spektrinin 
mərkəzini, «nüvə»sini təşkil etdiyini söyləsək, yəqin ki
yanılmarıq. Belə ki, bir çox məsələlərin obyektiv və 
birmənalı çözümü, məhz, bu silsilə sualların dil sistemi 
reallıqlarına adekvat  şəkildə cavablandırıla bilməsindən 
birbaşa asılıdır. Bu və ya digər tipoloji xarakteristikaya 
malik mexanizmin heç vəchlə dil sisteminə müvafiq 
səciyyəli tipoloji «kimlik» vəsiqəsi qazandıra bilməyəcə-
yini önə sürən tədqiqatçıların (məs: həmin araşdırıcılara 
görə, aqlütinativ mexanizm mövcuddur, lakin bu, 
                                                                                                         
Гамкрелидзе Т. Лингвистическая типология  и праязыковая реконструк-
ция  http://www.philology.ru/linguistics1/gamkrelidze-88.htm  
вя с. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
10
«aqlütinativ dillər» haqqında danışmağa imkan tanımır)
1
 
mülahizələri fonunda  «determinanta»
2
    anlayışı az qala öz 
aktuallığını itirdiyi halda, tipoloji determinantanın  
mücərrəd dominativ və implikativ element və mexanizm-
lərin məcmusu qismində nəzərdən keçirilməsi
3
  aqlütinativ-
lik, flektivlik anlayışlarında spesifik (tipoloji) və universal 
mexanizmlər məcmusu olması anlamına gəlir ki, bu da yeni 
spektr sualların meydana çıxmasını  şərtləndirmiş olur. 
Digər tərəfdən tipoloji determinantanın nəyi və ya nələri 
ehtiva etməsinin adekvat şəkildə müəyyənləşməməsi 
şəraitində qeyri – determinativ element və mexanizmlərin 
çəkisinin, onların müvafiq tipoloji xarakteristikalı dil 
sisteminə nüfuz edə bilmə  sərhəddinin təsbiti işi, demək 
olar ki, mümkünsüz olur. 
4) Tipoloji modifikasiya nədir? Onun meydana gəlməsini 
şərtləndirən dildaxili və dilxarici faktorlar hansılardır?  
Daha öncə  səsləndirilən suallarla üzvü şəkildə bağlı 
olan bu problemlər silsiləsinə çözüm gətirilməsi üçün dil 
strukturunun sabit və ya dəyişkən olması ilə bağlı məsələyə 
aydınlıq gətirilməsi qaçınılmazdır. Belə ki, yetərincə 
problematik olan və haqqında  ən müxtəlif fikir və 
                                                 
1
 Холодович А.А. Из истории японской лингвистики. Агглютинативная 
теория и проблема родственных связей японского языка  // Известия АН 
СССР. Отделение литературы и языка, 1941, №1. 
2
бах:  Мельников Г.П.Детерминанта - ведущая грамматическая тенден-
ция языка  // Фонетика, фонология, грамматика (в честь 70-летия А.А.Ре-
форматского). - М., 1971. http://philologos.narod.ru/melnikov/determ.htm;  
Мельников Г.А.Языковая стратификация и классификация языков  / 
Единицы  различных  уровней  грамматического  строя  языков  и  их 
взаимодействие. М., 1969. 
3
бах:
 
Панфилов К. Стадиальная типологическая классификация языков: 
опыт  построения  http://www.erlang.com.ru/euskara/?linguistics-stadial ; 
Панфилов К.  Основы контенсивной типологии 
http://www.erlang.com.ru/euskara/? linguistics-contensive  
 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
11
mülahizələr irəli sürülən
1
 bu məsələyə aydınlıq gətiril-
məməsi (və ya ən azından, adekvat hesab edilən müəllif 
münasibətinin bildirilməməsi)  şəraitində  dil sistemindəki 
tipoloji metamorfozların meydana gəlmə səbəb və şəraitinin 
təsbiti qeyri – mümkündür. Struktur təkamülünün müvafiq 
xarakterli modifikasiyaların meydana gəlməsindəki birbaşa 
və dolayı  iştirak səviyyəsinin müəyyənləşdirilməsi dil 
sistemindəki tipoloji sapma faktlarının xarakter və  çəki 
göstəricilərinin 
şəkil dəyişmələrinin mahiyyətinin 
aşkarlanmasında müstəsna rol oynaya bilər.  
5) Tipoloji modifikasiyaların real nəticəsi kimi meydana 
çıxan tipoloji sapma faktlarının determinantaya münasibəti 
necə ola bilər? Bu elementlərin çəkisinin artma və ya 
azalma tendensiyaları hansı faktorlardan asılıdır və  həmin 
tendensiyaları  və eləcə  də sapma elementlərinin xarakter 
dəyişikliklərini (məs: təcridi quruluş elementlərinin 
azalması fonunda iltisaqi elementlərin artmasını) və 
determinantaya nüfuz etmə  səviyyə  və imkanlarının 
proqnozlaşdırmaq mümkündürmü?    
Əksər hallarda, daha öncəki tədqiqatlarımızdan
2
 da 
məlum olduğu kimi, sapma faktları tipoloji araşdırmaların 
diqqətindən kənarda qalırdı. Bu qəbildən elementlərin heç 
də monotipoloji olmayan dil sistemində yer alması  faktını 
etiraf edən (və monoqrafiya çərçivəsində araşdırmaya cəlb 
edilmiş) çox sayda tədqiqatın
3
 mövcudluğuna rəğmən, 
                                                 
1
 мяс:  Серебренников Б.А. О материалистическом подходе к явлениям 
языка. М., 1983; Бабайев А. Дилчилийя эириш.Б., 1992; с. 442-443. 
2
  Щажыйева  А.Й.  Дил  системиндя  типолоъи  сапмалар  (аглцтинатив  диллярдя 
флектив  тямайцллц  елементляр).  нам…дисс.  Б., 2006.; Щажыйева  А.Й. 
Аглцтинатив диллярдя дахили флексийа вя фузийа. Б., 2007,  
3
 
мяс: Ярцева В.Н. «Языковой тип» среди сопредельных понятий  / 
Теоретические  основы  классификации  языков  мира.  М.,1980; 
Жирмунская  М.А.  Типологическая  классификация  языков / Лингвис-
тический  энциклопедический  словарь.  М., 1990; Шарадзенидзе  Т.С. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə