Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə5/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   2   3   4   5   6   7   8   9   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
12
onların mahiyyəti və meydana gəlməsini  şərtləndirən 
dildaxili və dilxarici amillərin rolunun dəyərləndirilməsinə 
həsr olunmuş əsərlərin sayının məhdud olduğunu diqqətdən 
qaçırmaq olmaz. Obyektivlik naminə onu demək də 
lazımdır ki, türkologiya
1
  və monqolşünaslıqda
2
, habelə 
digər xüsusi dilçilik sahələrində  bəzi ayrı-ayrı dil faktların 
mahiyyətinin dəyərləndirilməsi kontekstində belə komplesk 
yanaşmalı  dəyərli tədqiqatlara  şahid  olmaq mümkün olsa 
da, həmin təhlillərin digər araşdırmanın tərkib hissəsini 
təşkil etməsindən, eləcə  də, yalnız bir və ya bir qrup dil 
faktı  və ya prosesini əhatə edən lokal dəyərləndirməni 
                                                                                                         
Грамматические  категории  и  морфологические  типы  языков / Типо-
логия грамматических категорий. Мещаниновские чтения. М., 1975 вя с.  
1
 
мяс:  Боровков  А.К.  Агглютинация  и  флексия  в  тюркских  языках / 
Памяти  академика  Л.Щербы (1880-1944), Л., 1951; Кононов  А.Н.  О 
фузии в тюркских языках // Структура и история тюркских языков. М., 
1971;  Кононов  А.Н.  О  природе  тюркской  агглютинации // Вопросы 
языкознания, 1976, № 4; Черкасский  М.А.  Тюркский  вокализм  и 
сингармонизм.  М., 1965;  Щажыйев  Т.И.  Тцрк  дилляриндя  сюзцн  морфолоъи 
инкишафы / Тцрк дилляринин лексик-морфолоъи гурулушу. Б., 1981; Жялилов Ф.А. 
Азярбайжан дилинин морфонолоэийасы. Б., 1988; Йусифов М.И. Оьуз групу 
тцрк  дилляринин  мцгайисяли  фонетикасы.  Б,, 1984; Мирзялийева  М.  Тцрк 
дилляриндя флексийа // Тядгигляр, 1999, № 3 вя с.  
2
 
мяс:    Котвич  В.  Исследование  по  алтайским  языкам.  М., 1962, 
Владимирцов Б.Я. Сравнительная грамматика монгольского письменно-
го языка и халхаского наречия. Введение  и фонетика. Л., 1929; Санжеев 
Г.Д.  Сравнительная  грамматика  монгольских  языков.  М., 1953; 
 
Рамстедт Г.И. Введение в алтайское языкознание. М., 1957; Горцевская 
В.А. О флексии и словосложении в эвенкийском языке / Доклады и 
сообщения. (Института  языкознания  АН  СССР) XI Том.  М.-Л., 
1958; Бертагаев Т.А. Морфологическая структура слова в монголь-
ских  языках  (О  фузии,  символизации,  аналитизме,  внутренней 
флексии,  сингармонизме    и  многозначности  аффиксов).  М., 1969; 
Пюрбаев  Г.Ц.  Функциональное  чередование  звуков  в  монгольских 
языках // Вопросы языкознания, 1971, №3 вя с.  
 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
13
ehtiva etməsindən  və ya məhdud həcmli təhlil təcrübəsini 
əhatə etməsindən dolayı, burada qlobal anlamda dil 
sistemini  əhatə edə biləcək və tipoloji modifikasiyaların 
mahiyyətininə tam mənası ilə  işıq sala biləcək nəzəri 
ümumiləşdirmələrin aparıldığını söyləmək çətindir. 
Bununla belə, məhz, həmin qəbildən ilkin faktitiv 
dəyərləndirmələrin mövcudluğu sonrakı 
nəsil 
tədqiqatçıların nəzəri dəyərləndirmələrə köklənmiş 
araşdırmalarının ideya – material bazasını  təşkil etməsi və 
sözügedən dəyərləndirmələr sayəsində  aşkarlanan bir çox 
müddəaların  ortaya çıxmaması  şəraitində tipoloji 
modifikasiyalarla bağlı sonrakı  mərhələ  nəzəri təhlillərin 
aparılmasının qeyri – mümkünlüyü etiraf edilməlidir. 
Sözsüz ki, hər hansı bir monoqrafiyanın həcm imkanları 
yuxarıda sadalanan geniş spektrli problemlərin ətraflı təhlil 
və köklü şəkildə  həll konsepsiyasını  təklif edə bilməz. 
Bununla belə, biz, oxucuların mühakiməsinə təqdim olunan 
bu araşdırmada, linqvistik tipologiyada tipoloji 
modifikasiya probleminin həllini mümkün edə biləcək əsas 
baza istiqamətləri təsbit etməyə çalışacaq, sözügedən 
məsələnin altyapısını təşkil edən problemlər silsiləsini tələb 
olunan ardıcıllıqla çözməyə çalışacağıq. Həmin məqsədin 
gerçəkləşməsi üçün problemin sırf linqvistik tipologiya 
çərçivəsində  təklif olunan həll variantlarının müqayisə  və 
təhlili ilə kifayətlənməyərək bu geniş spektrli məsələlər 
toplusunun ayrı – ayrı  məqamlarının  psixolinqvistik, 
sosiolinqvistik müstəvidə  dəyərləndirməsinə  də yer 
verəcəyik. 
Bu məqsəddən irəli gələn konkret vəzifələrə  gəlincə, 
linqvistik tipologiyanın antinomiyalararası  təlim kimi 
təhlili çərçivəsində linqvistik tipologiyanın  taksonomik 
təsnifatlandırmanı, sistematizasiyanı  və ya xarakteroloji 
təsvir mexanizmini təcəssüm etdirməsinin aydınlaşdırıl-


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
14
ması; tipoloji araşdırmaların obyektivliyinə  xələl gətirən 
amillərdən biri olan terminoloji qarışıqlığın səbəblərinin 
dəqiqləşdirilməsi və  bu    məsələyə müəyyən çözüm gətiril-
məsi; linqvistik tipologiyanın metod, fənn və ya təsnifatlan-
dırma sistemini təcəssüm etdirməsi ilə bağlı problematik 
sualın cavablandırılması; sinxronik – diaxronik tipologiya 
qarşılaşdırılmasındakı «qüvvələr nisbəti»nin 
müəyyənləşdirilməsi və tipoloji araşdırmalar zamanı üstün-
lüyün bu təhlil konsepsiyalarından hansı birinə verilmə-
sinin məqsədəuyğunluğunun müəyyənləşdirilməsi; çərçi-
vəsində genealoji və tipoloji araşdırmaların ortaq problemi 
olan «əzəli» və «sonradan qazanılan» tipoloji xarakteristika 
dilemmasının adekvat şəkildə  dəyərləndirilməsi ilə bağlı 
məsələlərin araşdırılması monoqrafiyanın hədəf aldığı  əsas 
məqsəddən doğan vəzifələr sırasında yer alır. Habelə, dil 
strukturundakı dominant və resessiv elementlər bölgüsünün 
hansı  əsasa söykənməsinin təsbiti və ümumilikdə, 
qrammatik determinanta anlayışının nələri ehtiva etməsinin 
müəyyənləşdrilməsi; tipoloji təsnifat kriterilərinin qeyri – 
dəqiqliyinin yol açdığı 
fəsadların təhlili; bölgü 
kriterilərinin tətbiqi zamanı ayrılıqda götürülmüş yarus, 
yoxsa bütövlükdə sistem yanaşmasından çıxış edilməli 
olduğunun aydınlaşdırılması; etalon – dil anlayışının nələri 
ehtiva etdiyinin və  təsnifat kriterilərinin seçimi zamanı bu 
«dil qəlibi»nin nə kimi rol oynaya biləcəyinin müəyyənləş-
dirilməsi də araşdırnan yerinə yetirməli olduğu vəzifələr 
sırasında yer alır. Dil sisteminin təkamülünü  şərtləndirən 
intralinqvistik və ekstralinqvistik amillərinin təhlili 
kontekstində struktur təkamül ideyasınının «vulqar – 
sosial» interpretasiyasının obyektiv dil reallıqları aspek-
tində  dəyərləndirilməsi, ekstralinqvistik faktorların siste-
min tipoloji «dualizasiya» qazanmasındakı mümkün 
rolunun aşkarlanması, həmçinin bu qəbildən (ekstra-


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə