Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə27/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   23   24   25   26   27   28   29   30   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
79
araşdırmalarında bu və ya digər  şəkildə  səsləndirildiyini 
qeyd edən G.P.Melnikov  dildə baş verən bir çox 
dəyişikliklərin və hətta, gerçəkləşməsinə imkan tanınmayan 
bir qisim kənar dil müdaxilələrini önləyən struktur 
özəlliklərin həmin «dil ruhu» (V.Humboldt), «başlıca dil 
çertyoju» (E.Sepir), «aparıcı qrammatik təmayül» 
(A.A.Reformatski) və ya «determinanta» (G.P.Melnikov) 
adlandırılan dil substansiyasından qaynaqlandığını qeyd 
etmişdir.
1
  
Dilçinin bu istilaha verdiyi geniş  təfsirdən də açıq 
şəkildə  bəlli olduğu kimi, «determinanta» dil matrisasını 
tam şəkildə əhatə edən və onun struktur kimliyinin qayəsini 
təşkil edən özül və ya «skelet»dir. Özündə  həm «dil 
ruhu»nu,həmçinin də onun linqvistik reallaşmasını  təmin 
edəcək vasitələr inventarını ehtiva etməsindən dolayı, 
kontensiv tipologiyadakı  dil «dominantı» anlayışı ilə, 
«determinanta» məfhumu arasında tam bərabərlik işarəsi 
qoymaq mümkün deyil. 
2.1.4. «Determinanta» «dilin substansiya və struktu-
runun elə uzlaşması və nəticə etibarilə, bütün dil yarusları 
arasındakı elə sistem (qarşılıqlı)  şərtləndirməsidir»  ki, 
onun sayəsində  danışan və dinləyənin təfəkküründə hazır 
qəlib  şəklində oturdulmuş (belə demək mümkünsə –A.H.) 
dil «qavramı»  şüursuz şəkildə (oxu: təhtəlşüuri olaraq – 
A.H.)  «dilin …substansiya və strukturu arasındakı … 
harmoniyanı  təmin etməyən dil vasitələrini söküb atır». 
(kursiv bizimdir – A.H.).
2
 
                                                 
1
  Мельников  Г.П.Детерминанта - ведущая  грамматическая  тенденция 
языка  // Фонетика,  фонология,  грамматика  (в  честь 70-летия  А.А.Ре-
форматского). - М., 1971. http://philologos.narod.ru/melnikov/determ.htm 
2
  Мельников  Г.П.Детерминанта - ведущая  грамматическая  тенденция 
языка  // Фонетика,  фонология,  грамматика  (в  честь 70-летия  А.А.Ре-
форматского). - М., 1971. http://philologos.narod.ru/melnikov/determ.htm 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
80
Başqa sözlə,burada abstrakt olan dil substansiyası ilə 
onun material reallaşmasından törəyən vasitələrin müştə-
rikliyi nəzərdə tutulur. Bu isə öz növbəsində,kontensiv 
tipologiya «üçgən»inin komponentlərindən (dominant və 
implikasiyalardan) fərqli təbiətli yanaşma nəticəsidir. 
«Determinanta nədir?» – sualının çoxrakurslu təhlilinin 
daha fərqli və dolğun nəticələr ortaya qoya biləcəyi və bu 
mürəkkəb dil mövcudatının (əzıkovoe  əvlenie) təbiətinin 
hələ gizli olan və ya tam aşkarlanmamış aspektlərinə 
aydınlıq gətirə biləcəyi danılmazdır.  Biz,  bu  tədqiqat 
çərçivəsində sözügedən problemlə bağlı 
dəyərlən-
dirmələrimizin sırf tipoloji və ya qrammatik determinanta 
ilə bağlı olduğunu vurğulayaraq, araşdırma boyu istifadə 
ediləcək «determinanta» istilahının genəl anlamda deyil, 
məhz, adı  çəkilən müstəvidəki «struktur çertyoju» əhatə 
etdiyini qeyd etmək istərdik. Həmin istilahın semantik 
tutumunun  «sərhədləri» ilə bağlı  məsələdə  dəqiqləşdirmə 
aparıldığı 
təqdirdə, zənimizcə,onun (bu terminin) 
tanımladığı substansiyanın, bizə görə, nə anlama gəldiyinə 
də aydınlıq gətirməkdə yarar var. 
Aqlütinativ və flektiv təmayüllərin həmhüdud zonasında 
baş verən tipoloji modifikasiyaların çoxrakurslu təhlilləri 
çərçivəsində «determinanta»nın bizə görə olan təfsiri aydın 
şəkildə açıqlanmış olacaqdır.Daha dəqiq desək, istilahın 
semantik tutumunun təfsilatlı  və aydın «tablo»su müxtəlif 
istiqamətli tədqiqatlar sonucunda ortaya çıxacaqdır.Lakin 
bu məqamda sözügedən terminin daşıdığı geniş  məna 
«matris»asının  ən ümumi  konturlarını çizmək 
məqsədəuyğun olardı. 
«Determinanta» yalnız dilin struktur özəyi sayılan 
qrammatik quruluşu ilə sərhədlənməyən,lakin bununla belə, 
                                                                                                         
 
 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
81
onun (dilin) «ana sütunu» olmasından dolayı,ən dolğun 
şəkli ilə, məhz, burada ortaya çıxan və sadəcə,  dil 
resurslarının (fizioloji və psixoloji enerji sərfi baxımından) 
əlverişliyinə görə istifadə 
məqsədəuyğunluğu 
bəlirləşməyən,müəyyən mənada,uzus faktoru ilə idarə oluna 
bilən dil vahidləri və ifadə vasitələri sistemidir. Təqdim 
olunan bu ümumi tərifdə yer almış ayrı-ayrı müddəalara bir 
qədər aydınlıq gətirməyə çalışaq. 
1. Dilin tipoloji identifikasiyasını  təyinləndirən  əsas 
struktur göstəricilərinin qrammatik sistem sərhədlərində yer 
almasına baxmayaraq,fonetik və morfonoloji yaruslarda 
cərəyan edən proseslər bu və ya digər dilin 
determinantasının (yəni aparıcı «təyin»inin) formalaşma-
sında önəmli rol oynayır. Məsələn, daha öncəki tədqiqa-
tımızda tipoloji dəyərləndirmə müstəvisində geniş  şəkildə 
araşdırılmış  və bir növ, ikili tipoloji təbiəti təsbit edilmiş 
sinharmonizm hadisəsi iltisaqi dil tipinin bərqərar 
olmasında müstəsna rol oynamaqla bərabər, aqlütinasiyanın 
zəifləməsinə yol açan bir sıra tipoloji sapma faktlarının 
meydana gəlməsinin  əsas təkanverici qüvvəsi olmuşdur
1

Bu mənada, baş verən hər hansı bir tipoloji modifikasiyanın 
real təbiətinin aşkarlanmasına yönəlik araşdırmalar 
çərçivəsində  həmin proseslərin dilin ən alt laylarından 
gələn və bir çox hallarda ilk baxışdan sezilməyən 
metamorfozlarla üzvi sintez təşkil etdiyinin gözardı 
edilməsi yanlış  nəticələrin ortaya çıxmasına rəvac 
verəcəkdir.  
2. Dildə baş verən struktur dəyişikliklərin təbiətinin 
ətraflı  dəyərləndirməsi, habelə, önlənən tipoloji modifika-
                                                 
1
  Бу  щагда  даща  ятрафлы  бах:  Щажыйева  А.Й.  Дил  системиндя  типолоъи 
сапмалар  (аглцтинатив  диллярдя  флектив  тямайцллц  елементляр).  нам.дисс. 
2006, с.33-82; Щажыйева А.Й.Аглцтинатив диллярдя дахили флексийа вя фузийа. 
Б., 2007, с.55-199. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə