Azərbaycan Milli Kitabxanası
97
müasir çin dilindəki iltisaqiləşmə tendensiyasına xüsusi
tədqiqat həsr edən ilk alimlərdən olmuşdur
1
.
İstər mövqeyini paylaşdığımız V.Z.Panfilovun fikirləri-
nə, istərsə də V.M.Solntsevin elmi yaradıcılığının retro-
speksiyasına əsasən, səviyyədaxili analiz metodunun
tipoloji sapma hallarının müəyyənləşdirilməsi işinə «mane
olmaması»nın aşkarlanması digər məsələyə – bir dil sistemi
daxilində müxtəlif dil tiplərinin «birgəmövcudluq»
sürdürməsi probleminin tipologiya nəzəriyyəsi çərçivəsində
işıqlandırılması məsələsinə keçid imkanı qazandırır.
2.3.2. İlk olaraq onu bildirək ki, «altsistemlər tipo-
logiyası»nın tipoloji sapma faktlarının aşkarlanmasına
«mane olmaması» (bir qədər dəqiqləşdirsək, birinin digərini
istisna etməməsi) ilə bağlı fikirləri səsləndirərkən biz,
V.Skaliçkanın (daha öncə haqqında geniş bəhs edəcəyimizə
söz verdiyimiz) tezisindən – dil sisteminin müxtəlif tiplərin
«sərbəst birgəmövcudluğu» mülahizəsindən və ya daha
konkret desək, bu mülahizədə, demək olar ki, implisit
şəkildə ifadəsini tapan «aparıcı tipoloji təmayül və sapma
elementləri» anlayışlarının prinsipcə inkarı ideyasından
çıxış edirdik. Belə ki, bu yanaşma, yəni eyni bir dilin
müxtəlif yaruslarının, hətta, (V.A.Vinoqradovun
mülahizələrindən bəlli olduğu kimi) altsistemlərin ayrı-ayrı
hissələrin fərqli tipoloji xarakteristikaya malik olmasının
dil norması hesab edilməsi tipoloji anomaliyalardan bəhs
etməyi, demək olar ki, mümkünsüz edirdi.
(Ona görə, «demək olar ki» söyləyirik ki, bu yanaşma
müəllifinin özü – « sərbəst birgəmövcudluq sürdürən (yəni,
istənilən tipoloji xarakteristikaya malik – A.H.) hadisələrin
məcmusunun tip» olduğunu ortaya qoyan və «konkret bir
№2, стр.36-37.
1
Солнцева Н.В, Солнцева. В.М. К вопросу об агглютинации в совре-
менном китайском языке // Вопросы языкознания.1962, №6, стр.22-30.
Azərbaycan Milli Kitabxanası
98
dildə eyni zamanda bir neçə tipin realizasiya» qazana
bilməsini önə sürən V.Skaliçka bu mülahizələrin ardınca,
onların məntiqi davamı kimi səciyyələndirilməsi çətin olan
fikir səsləndirərək, slavyan dillərindəki flektiv quruluşdan
təcridi və ya iltisaqi istiqamətli « kənaraçıxmalar»dan
(kursiv bizimdir – A.H.) bəhs etmitşdir
1
).
Dil sisteminin, ümumilikdə, aparıcı tipoloji təmayülə
malik olması ideyasının inkarı fonunda və sərbəst birgə-
mövcudluq şəraitində tipoloji «norma» anlayışının aradan
qalxmasından dolayı, hər hansı bir « kənaraçıxma»lardan
bəhs edilməsi o qədər də anlaşılan deyil. Lakin, sadəcə,
etirafla kifayətlənməyin doğru olmadığını və sözügedən
mövqeyin yerinə fərdi müəllif yanaşmasının təklif edilməsi
labüdlüyünü anlayaraq «tipoloji sapma» probleminin nəzəri
əsaslarının (mövcud linqvistik tipologiya nəzəriyyəsinə
istinadən), müəyyənləşdirilməsi kontekstində məsələyə
münasibətimizi ifadə etməyə çalışacağıq.
Başqa sözlə, sözügedən problemin geniş spektrli ayrı-
ayrı problemlər məcmusunu təcəssüm etdirməsindən çıxış
edərək (nəzəri əsaslandırma olmadan), öncədən açıqlamanı
məqsədəuyğun heçab etməyib mövqeyimizi (təxmini
olaraq), əsasən üç istiqamətli tipoloji rakursda: etalon – dil
anlayışı; tipoloji təmayüllərin birgəmövcudluğunu
şərtləndirən amillər və nəhayət, tipoloji sapmaların
mahiyyəti ilə bağlı sualların araşdırılması yekununda
ortaya qoymaq istərdik. Belə ki, bu istiqamətdə aparılan
təhlillər «tipoloji sapma» probleminin tədqiq tarixinə işıq
salmaqla bərabər, həmin sualların cavablandırılmasından
doğan nəticələrin sintezindən yaranan mövqeyimizi də
ortaya qoymuş olar. Məhz, bu mövqe konkret dil faktlarının
1
Скаличка В. О современном состоянии типологии / Новое в лингвис-
тике. Выпуск III. М., 1963, стр.34.
Azərbaycan Milli Kitabxanası
99
dəyərləndirilməsi üçün ilkin nəzəri baza; kriteri oriyentiri
sayıla bilər.
Əslində, bu sualların, müəyyən mənada, müstəqil təd-
qiqat sahəsini əhatə edə bilməsinə baxmayaraq, sıx üzvi
əlaqədə olması onların tam təcrid olunmuş şəkildə
araşdırılmasını demək olar ki, mümkünsüzləşdirir. Belə ki,
etalon-dili
şərtləndirən kriterilərin təsbiti, tipoloji
tendensiyaların uzlaşması üçün ilkin (hipotetik) müstəvinin
bəlirləşdirilməsi anlamına gəlir ki, bu da özlüyündə həmin
birgəmövcudluğun təzahürü sayılan dominant və resessiv
göstəricilərin fərqləndirilməsinə və deməli, aparıcı tipin
sintez imkanlarının müəyyənləşdirilməsinə şərait yaradır.
Müxtəlif sintez formullarının aşkarlanması isə ayrı-ayrı dil
tipləri çərçivəsində fərqli təbiətli tipoloji sapma faktlarının
realizasiya imkanlarının dəyərləndirilməsinə və eləcə də,
hər hansı bir dilin növbəti mərhələlərdəki mümkün tipoloji
metamorfozlarının proqnozlaşdırılmasına imkan verir. Başqa
sözlə, hətta, real mövcud olmaması şəraitində belə ideal dil
tipinin, daha dəqiq desək, etalon-dilin
müəyyənləşdirilməsinin böyük yararı var.
Lakin biz, bu fikri səsləndirərkən artıq türk, monqol,
tunqus-mancur və s. dillərin iltisaqi; hind-Avropa, sami
dillərinin isə insirafi olaraq qəbul edilməsi «ənənəsi»ndən
çıxış edərək, metodoloji cəhətdən əlverişliliyindən dolayı
bu bölgünü davam etdirilməsini təklif edən bəzi dilçilərin
mövqeyi ilə ortaqlıq sərgiləməkdən uzağıq (məs:
O.P.Sunik
1
strukturalist həmkarlarının tipoloji təsnifatın
«tükənməsi» ilə bağlı fikirləri ilə müəyyən səviyyədə
səsləşən mülahizələrində analoji mövqe nümayiş
etdirmişdir). Belə ki, etalon-dilin müəyyənləşdirilməsinin
1
Суник О.П. Проблема агглютинации в алтайских языках / XXV
Международный конгресс востоковедов. Доклады делегации СССР. М.,
1960, стр. 10.
Dostları ilə paylaş: |