Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə35/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   31   32   33   34   35   36   37   38   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
103
ilə  nəticələnəcəkdir. Belə ki, birincilər (universalilər) – 
tipoloji özəllik möhürü daşımadığından, ikincilər 
(frenkventalilər) isə az və ya çox dərəcədə istisnalar əsasın-
da qərar tapan eyniyyət (və ya oxşarlıq) hallarını təcəssüm 
etdirdiyindən dil etalonunun müəyyənləşdirilməsi zamanı 
bu kimi struktur ortaqlıqlara  əsaslanmaq doğru deyil: 
universalilərin ön plana çıxarılması tipoloji delimitasiyanı 
mümkünsüzləşdirdiyi halda; frenkventalilərə istinad isə bir 
tip daxilində «alttip»lərin «meydana çıxması»na səbəb ola 
bilər.  
«İstənilən terminoloji sistem kimi a priori müəyyənlə-
şən dil-etalon»un ayrı-ayrı dillərin özəllikləri  əsasında 
ümumiləşdirmə aparması onun (dil-etalonun) «dil materi-
yası ilə hesablaşmaması anlamına gəlmir»
1
. Başqa sözlə, 
etalon-dil unikalilərdən kənarlaşaraq (daha dəqiq olsaq, 
dillərin özəlliklərindən çıxış edərək) müəyyən abstrakt-
laşma nəticəsində, konkret dil qrupları üçün keçərli olan 
təxmini ümumiləşdirmələr toplusunu (sistemini) ortaya 
qoysa da, bu, onun konkret dillərlə və onların özəllikləri ilə 
bağlılıqdan məhrum olması demək deyil. Əksinə, burada 
qarşılıqlı  şərtləndirmədən doğan və çox həssaslıqla 
gözlənilən balans mövcuddur: ümumiləşdirmə 
və 
konkretliklə  əlaqədar tarazlığın pozulması etalon dili dil 
tipinin identifikasiyası üçün əsas oriyentir olma 
özəlliyindən məhrum edə bilər. Bu mənada, dil tipinin 
yalnız «çox sayda dillərin bir qrupu üçün ümumi olan» 
xüsusiyyətlər toplusu olduğunu önə sürən T.P.Lomtevin dil 
tipi və dil sinfi anlayışlarını  fərqləndirməsi
2
 tam anlaşılan 
                                                 
1
  Рождественский  Ю.В.  Лекции  по  общему  языкознанию.  М., 1990,  
стр.184-185. 
2
Ломтев Т.П.    Типология языков – как учение о классах и типах языков  
/  Лингвистическая  типология  и  восточные  языки.  Материалы  совеща-
ния. М., 1965, стр. 41. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
104
görünür. 
Mülahizələrimizə aydınlıq gətirmək üçün dəyərləndir-
mələrimizi bir qədər konkretləşdirməyə çalışaq. Bu zaman 
ilk olaraq, kriteri yayğınlığından 
şikayətlənən 
R.Yakobsonun (unutmaq olmaz ki, məhz, tipoloji təsni-
fatlandırmanı mümkün edən kriterilər fərqli dil etalon-
larının meydana çıxmasında önəmli rol oynayır ki, bu da öz 
növbəsində, onlarla analogiyadan çıxış etməyə tam şərait 
yaradır – A.H.) ilk baxışdan kobud görünə biləcək 
bənzətməsini xatırlatmaq yerinə düşərdi. Dilçi, «ixtiyari 
olaraq seçilmiş göstəricilərə  əsaslanan klassifikasiyanın 
qaneedici nəticə verə bilməyəcəyi» ilə bağlı ehtimalını 
əyaniləşdirmək üçün yalnız rəng ortaqlığına  əsaslanan 
qruplaşdırmada ağ dərili insan və açıq dərili donuzun (?! – 
A.H.) bir araya salına bilməsinin absurdluğuna diqqət 
çəkmişdir.
1
 
Analogiyadan çıxış edərək qeyd etmək istərdik ki, 
universalilərə  əsaslanan etalon modellərinin tərtibi təxmi-
nən eyni dərəcədə absurdluğu ilə seçilən tipoloji 
«ümumiləşdirmələrə» yol aça bilər ki, bu da, əslində, linq-
vistik tipologiyada elmi əsaslandırılmış klassifikasiyanın 
yaradılması perspektivlərinin üzərindən xətt çəkilməsi 
anlamına gəlir. 
 Digər tərəfdən, yalnız müəyyən (məhdud) qrup dillər 
üçün ortaq olan özəlliklərin – frenkventalilərin (ehtimal 
olunan) etalon-dili xarakterizə edən göstəricilər sırasına 
daxil edilməsi real dillərin tipoloji qruplaşdırılması  işinə 
ciddi maneələr törədir. Belə ki, ehtimal etmək olar ki, bəzi 
klassifikasiya müəlliflərinin təklif etdiyi bölgülərdə (qəbul 
edilmiş üç və ya dörd dil tipinin əvəzinə) səkkiz və  hətta, 
                                                 
1
 Якобсон Р. Типологические исследования и из вклад в сравнительно-
историческое языкознание / Новое в лингвистике. Выпуск III. М., 1963, 
стр.98-99. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
105
iyirmi bir dil tipinin fərqləndirilməsində
1
 bu cür yanaşma 
heç də sonuncu rol oynamamışdır.  Ən azından, hər hansı 
bir dil tipinin etalon modelinin «təfsilatlı» tərtibi ona uyğun 
gələ bilən real dillərin sayını  məhdudlaşdırdığından, hətta, 
onlarla ciddi struktur fərqliliyə malik olmayan dillərin yeni 
qrup (və ya qruplar) çərçivəsində  təsnifatlandırılması 
zərurəti yarana bilər ki, bu da dil tiplərinin sayının süni 
şəkildə artırılması anlamına gəlir.  
Lakin hadisələrin bu cür «inkişafı» az halda təsadüf 
edildiyindən, digər vəziyyətə diqqət yetirmək istərdik. Belə 
ki, struktur özünəməxsusluqların etalon-dilin göstəriciləri 
sırasına aid edilməsi (yeni tipin təsbitindən imtina olunması 
şəraitində) – yenə  də süni şəkildə tipoloji sapma hallarının 
daha geniş spektri əhatə edən struktural anomaliya faktları 
ilə «zənginləşməsi»nə  şərait yaradır ki, bu da, tipoloji 
«norma» və sapma tendensiyalarının nisbətinin (qəbul 
edilmiş standartla müqayisədə)  əsaslı  şəkildə  dəyişməsi 
deməkdir. 
 Təxminən bu qəbildən olan qeyri-dəqiqliklərə daha çox 
genealoji və tipoloji təsnifatların ortaq nöqtələrinin 
aranması  şəraitində yol verilir. Bu zaman terminoloji 
«dövriyyə»yə daxil edilən «hind-Avropa tipi» (yəni, məhz 
bu dil ailəsinə  məxsus insirafilik) «sami tipi» (sami 
flektivliyi), «türk tipi» (türk aqlütinasiyası) və s. bu kimi 
istilahların məna daşıyıcılığı ilə bağlı  fərqli interpre-
tasiyalar struktural «norma» və anomaliyalar arasında 
«sərhəd»də müəyyən yayğınlıqlara səbəb olur. Belə ki 
«Dillərin tipologiyası» mövzusu çərçivəsində morfoloji 
klassifikasiya, dil tipi və s. bu kimi problemlərə aydınlıq 
gətirən Z.Verdiyeva, özünün: «dil tipi o dilin bir-biri ilə 
müəyyən  əlaqədə olan əsas  əlamətlərinin məcmusudur» - 
                                                 
1
 Гурбанов А. Цмуми дилчилик. I щисся. Б., 1989, с.430. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə