Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə34/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   30   31   32   33   34   35   36   37   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
100
yararlılığı haqqında fikirləri «ənənə  xətrinə  ənənə» 
yanaşmasının metodoloji əlverişliliyi ilə bağlı iddialarla 
eyniləşdirmək olmaz: birinci mövqe düzgün məcraya 
istiqamətlənmiş tipoloji təhlillər üçün nəzəri bazanın möh-
kəmləndirilməsinə xidmət etdiyi halda, ikinci yanaşma 
mövcud sapma faktlarının kütləviliyi fonunda həmin 
anomaliyaların mahiyyəti və yaranma səbəblərinin araş-
dırılmasından imtina edərək bölgünün «səthi»liyi fikri ilə 
kifayətlənməkdən ibarətdir. 
«Dillərin istənilən müqayisəsinin  əsasında invariantlıq 
ideyasının durduğunu» və «müxtəlif dillərin təsviri və 
xarakteristikasında istinad edilə biləcək müəyyən  etalon-
dilin vacib olduğunu» bildirən B.A.Uspenski «bütün 
tipoloji klassifikasiyaların az və ya çox dərəcədə intuitiv-
liklə ehtimal edilən hər hansı bir dilə (... «norma»ya) 
əsasən qurulduğunu» önə sürmüş  və  həmin təsnifatların 
çatışmamazlığının, demək olar ki, başlıca səbəbi qismində, 
məhz, sözügedən etalon-dil standartının dəqiq 
müəyyənləşdirilməməsindən yaranan anlaşılmazlıqları 
göstərmişdir
1
 «Etalon dilin müəyyənləşdirilməsi ideyasının 
tipoloji araşdırmalar praktikasından irəli gəldiyini» qeyd 
edən S.D.Katsnelson isə bu ideyanın vacibliyini şübhə 
altına almaqdan uzaq olsa da, bununla belə, onun (etalon 
dilin) «işlənib hazırlanması»nın dillərin tipoloji aspektdən 
tədqiqinin əsas məqsədi olmadığını da vurğulamışdır
2

Doğrudan da, etalon-dilin təsbiti heç vəchlə «məqsədin 
özü» ola bilməz. Lakin o da danılmazdır ki, müqayisə 
meyarının bəlirləşdirilməsi, istər konkret dilin struktur 
özəlliklərinin aşkara çıxarılmasında, istərsə də ümumnəzəri 
                                                 
1
 Успенский Б.А. Структурная типология языков. М., 1965, стр.58-60. 
2
  Кацнельсон  С.Д.  Основные  задачи  лингвистической  типологии / 
Лингвистическая типология и восточные языки. Материалы совещания. 
М., 1965, стр.72,75. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
101
müstəvidə (digər dillərin cəlb edilməsilə) tipoloji 
qarşılaşdırmaların aparılmasında həlledici rol oynayır. 
Daha öncə, təsnifat kriterilərinin seçim imkanları ilə bağlı 
dəyərləndirmələrimizdə söylənildiyi kimi, məhz kriterilərin 
qeyri-dəqiqliyi (etalon dil isə, öz növbəsində, həmin 
kriterilərin məcmusundan başqa bir şey deyil), tipoloji 
xarakteristikanın təsbiti zamanı, yanaşma müxtəlifliyindən 
(yəni, dil-etalonun özəllikləri ilə bağlı standart; meyar 
müxtəlifliyindən) doğan interpretasiya fərqliliyinə  gətirib 
çıxarır. Bu mənada, daha öncə mövqeyi ilə paylaşdığımız 
B.A.Uspenskinin linqvistik tipologiyanın  əsas məqsədinin 
müxtəlif dillərin izomorfizm və allomorfizmlərinin 
müəyyənləşdirilməsi ilə bağlı fikrindən
1
, daha dəqiq desək, 
bu özəlliklərin definisiyasının, ümumilikdə, dil 
strukturunun hərtərəfli öyrənilməsini təmin etməsi 
mövqeyindən çıxış edərək etalon-dilin «formalaşması»nda 
bu anlayışların iştirak payını dəqiqləşdirək. 
                                                 
1
 Успенский Б.А. Структурная типология языков. М., 1965, стр.17. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
102
2.4. Konkret tipoloji təmayüllərin ideal vəziyyətdə 
reallaşan xarakterik  özəlliklərini ehtiva edən 
invariant modellərin, yəni etalon-dillərin təsbiti – 
tipoloji determinanta və sapma elementlərinin 
  definisiyası işində əsas oriyetir kimi 
 
 
2.4.1. «Genetik metod – qohumluqla, areal (metod) – 
dillərin (sonradan) qohumlaşması ilə, tipoloji (metod) isə – 
izomorfizmlə bağlıdır» - fikrinin müəllifi R.Yakobson 
sonuncunun (izomorfizmin) digərindən fərqli olaraq, zaman 
və  məkan faktorlarının  şərtləndirməsindən kənarda 
qalmaqla, həm qohum olan, həm də genetik ortaqlıqdan 
məhrum olan; eləcə  də istər qonşuluqda, istərsə  də  fərqli 
coğrafi areallarda bərqərar olan dillərdə  təsadüf edilə 
biləcəyini xüsusilə qeyd etmişdir.
1
 Lakin bununla belə, 
izomorfizm anlayışının zaman və  məkan  şərtləndirmə-
sindən kənar olmasının tipoloji araşdırmalara daha geniş 
manevr imkanları  təqdim etməsi eyniyyət və oxşarlıq 
hallarının, ümumiyyətlə, delimitasiyaya məruz qalmaması 
anlamına gəlmir. Başqa sözlə, tipoloji araşdırmaların 
manevr imkanları (istənilən növ) eyniyyət hallarının 
təsadüf səviyyəsi ilə ölçülə bilməz.  
Hər hansı bir struktur tipinə müvafiq dil etalonunun 
müəyyənləşdirilməsi zamanı universali və ya frenkventali 
səciyyəli eyniyyət (və ya oxşarlıq) hallarına istinad edil-
məsi həmin standart modelin (etalon-dilin) qeyri-adekvat 
biçimdə formalaşdırılmasına yol aça bilər ki, bu da öz 
növbəsində  təsnifatlandırmanın yanlış  məcraya yönəlməsi 
                                                 
1
 Якобсон Р. Типологические исследования и из вклад в сравнительно-
историческое языкознание / Новое в лингвистике. Выпуск III. М., 1963, 
стр.97. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə