Azərbaycan Milli Kitabxanası
125
elementlərini mühafizə etməsinə» diqqət çəkmişdir
1
. Başqa
sözlə, bu və ya digər təmayüllü dil materialında müşahidə
edilən və həmin tipin xarakteristikasına adekvat təbiət
sərgiləməyən elementlərin təsbiti probleminin, birmənalı
şəkildə, yalnız klassifikasiya qüsuru kimi səciyyələndirilməsi
həqiqətdən uzaq olardı.
Deməli, ənənəvi klassifikasiya modelinin əleyhidarla-
rının XIX əsr tipologiyalarını bu və digər dilin mövcud
reallıqlarını nəzərə almadan, yəni tipoloji sapmaların
mövcudluğuna baxmayaraq, həmin dili müəyyən tipin
özəllikləri çərçivəsinə «sıxışdırıb» salmaqda günahlandıran
tədqiqatçılar
2
tam olaraq haqlı deyillər (unutmaq olmaz ki,
doğrudan da, XIX əsr tipologiyaları bir çox halda sapma
faktlarını diqqətdən kənarda saxlayırdı).
Yekcins vahidlərdən təşkil olunmayan dilin ehtiva
etdiyi sistemlərin qarşılıqlı şərtləndirmə əsasında qurulan
əlaqələrinə baxmayaraq, onların (həmin yarusların)
müəyyən səviyyədə avtonomluğa malik olması da məlum-
dur. Məhz, həmin nisbi anlamdakı muxtariyyət dilin bütün
yaruslarının tipoloji təkamül sxeminə görə, eyni inkişaf
səviyyəsində qərar tutmasını qeyri-mümkün edir: bəzi
kateqoriyalar çərçivəsində mobil dəyişikliklər müşahidə
edildiyi halda, digərlərinin yetərincə mühafizəkar təbiət
sərgilədiyini söyləmək olar. Başqa sözlə, istənilən konkret
dilin müəyyən zaman kəsiyini əhatə edən tipoloji
dəyişikliklərinin qrafik həllini vermək mümkün olsa idi,
həmin təhlil zamanı dil sisteminin ayrı-ayrı yaruslarını
əhatə edən dəyişmələrinin trayektoriyasının düzxəttli
1
Панфилов В.З. О задачах титпологических исследований и критерия
типологической классификации языков. // Вопросы языкознания, 1969,
№4, стр.8.
2
мяс: Виноградов В.А. Методы типологии / Общее языкознание. Ме-
тоды лингвистических исследований, М., 1973, стр.235.
Azərbaycan Milli Kitabxanası
126
olmayacağını əvvəlcədən tam yəqinliklə söyləmək mümkün
olardı. Məhz, dil dəyişmələrinin ehtimal edilən həmin
xəyali trayektoriyasının əyriliyi linqvistik terminologiya
«qarışıq tip» anlayışının gətirilməsinə əsas verib.
3.2.2. «Qarışıq tip» (mixed type, type mixte) anlayı-
şının qeyri-dəqiqliyinin dillərin morfoloji təsnifat ənənələ-
rinin, «dil tipi» anlayışının müəyyənləşdirilməsi zamanı,
daxili ziddiyyətləri nəzərə almaması ilə əlaqəli olduğunu
bildirən Q.A.Klimov bu səbəbdən də, «formal tipologiya
praktikasında qarışıq tip (məs: iltisaqi-flektiv sistem)
etalonlarının işlənib hazırlanması pretsedentinin məlum
olmadığını» qeyd etmişdir.
1
Başqa sözlə, «qarışıq tip»
anlayışı, özlüyündə «təmiz tip»in mövcudluğu
ehtimallarına yol açır: «qarışıq tip» varsa, deməli, onun
mövcud strukturunu şərtləndirən tipoloji təmayüllərin
«təmiz» (?! – A.H.) halda reallaşdığı dillər də var.
Digər tərəfdən «qarışıq tip», yalnız iki tipoloji təma-
yülün kəsişməsini nəzərdə tutur ki, bu da həmin dil
strukturunun daha öncəki struktur mərhələnin izlərinin və
ya növbəti quruluş «pillə»sinə cəhdlərinin yer almaması
anlamına gələ bilər. Bu məqamlarla bağlı sualların
mümkün qədər dolğun cavablandırılması üçün problemin
kökünə nəzər salmağa çalışaq.
İlk olaraq, hələ V.Humboldt tərəfindən təsbit edilən
«təmiz dil tipinin təcəssüm etdirən dil yoxdur!» - postula-
tının sonrakı nəsil tipoloqlar tərəfindən də dəstəklənməsi
M.A.Jurinskayanın qeyd etdiyi kimi, XX əsrin 50-ci
illərindən etibarən, «ənənəvi morfoloji klassifikasiyada
təklif edilən kriterilərin dəqiqləşdirilməsi və eksplika-
siyası» çərçivəsində tipoloji təmayüllərin qarşılıqlı
əlaqələrinin, daha dəqiq desək, onların birgəmövcudluğu-
1
Климов Г.А. Принципы контенсивной типологии. М., 1983,стр.30-31.
Azərbaycan Milli Kitabxanası
127
nun xüsusiyyətlərinin (məs: kök və iltisaqi strukturların
münasibətləri; aqlütinativ və flektiv təmayüllərin əlaqələri)
öyrənilməsinə marağı daha da artırmış oldu
1
.
Tiplərin həmhüdud zonasında baş verən proseslərin
dəyərləndirilməsi işinə çox sayda tədqiqatçılar qrupu cəlb
edilsə də, məsələnin nəzəri müstəvidə həll qazanmaması
ayrı-ayrı konkret dillərdə
təzahür tapan sapma
elementlərinin yaranma səbəbləri ilə bağlı yekdil fikrin
əldə edilməsinə mane olurdu. Bu istiqamətli araşdırmaların
kütləviləşməsini müşahidə edən bəzi tədqiqatçılar, hətta,
V.Humboldt postulatının tipologiyanın bu həlledilməz
problemlər toplusu üçün bir növ «xilasedici dairə»
olduğunu iddia edirdilər.
Konkret olaraq, «iltisaqi dillər tipologiyasının məsə-
lələri»ni çözməyə çalışan O.P.Sunik «qarışıq tiplər»
nəzəriyyəsinin (əgər bunu, ümumiyyətlə, nəzəriyyə adlan-
dırmaq mümkündürsə – O.P.Sunik) ənənəvi morfoloji
təsnifatın meydana gətirdiyi nəzəriyyə «dalanı»ndan («çı-
xmaz»ından) qurtulmaq üçün çox uğursuz cəhd» oldu-
ğunu; «amorf-aqlütinativ, aqlütinativ-inkorparlaşan;
aqlütinativ-flektiv və s. dillərin mövcudluğunun etirafının
isə məntiqin əsaslarını gözardı edərək dialektikanın
sofistika və eklektika ilə əvəzlənməsini» təcəssüm
etdirdiyini önə sürmüş və tipomorfoloji sxemin köhnə
variantı …olmadan… dillərin tipoloji tədqiqinin qeyri-
mümkünlüyü iddialarının isə yalnız linqvistik tipologiya
ilə heç vaxt maraqlanmayan şəxslərə məxsus olduğunu»
(kursiv bizimdir – A.H.) bildirmişdir.
2
1
Жирмунская М.А. Типологическая классификация языков / Лингвис-
тический энциклопедический словарь, М., 1990, стр.512.
2
Суник О.П. Вопросы типологии агглютинативных языков (К проблеме
соотношения агглютинации и флексии) / Морфологическая типология и
проблема классификации языков. М.-Л., 1965, стр. 29-30.
Dostları ilə paylaş: |