Azərbaycan Milli Kitabxanası
131
mənada, flektiv tip isə hind-Avropa dillərinə aid edilmişdir.
Sami kökünün «səsləndirilməsi» (oqlasovka) ilə hind-
Avropa fleksiyasının yekcins mahiyyət kəsb etməməsi bir
çox dilçilər tərəfindən qeyd edilmişdir. Lakin bu fərq,
yuxarıda təqdim edilən mülahizələrdə bildirildiyi kimi,
«daxili fleksiya»nın əlahiddə dominantlığı (intro-fleksiya)
və ya alternasiyalara xas güclü birikmə özəlliyi ilə birbaşa
əlaqəli deyil. Belə ki, çex dilçisinin «hind-Avropa və sami
dillərindəki «daxili fleksiya» haqqında»kı tədqiqatında bu
fleksiya növləri arasında əsaslı fərqin olmasını önə sürən
İ.A.Melçuka etiraz etməsinə baxmayaraq
1
, (göründüyü
kimi, paradoksal vəziyyət yaranır: əsaslı fərqin olması fikri
ilə razılaşmayan, dilçi, bununla belə, hind-Avropa və sami
fleksiyalarının müxtəlif dil tiplərini təcəssüm etdirməsi
qənaətinə gəlmişdir) sözügedən dillərin morfoloji strukturu
spesifikliyi ilə fərqli yorumlara yol açmışdır. Məhz,sözün
morfoloji strukturunun bir sıra özəllikləri burada flektiv
dillər üçün tipiklikdən bu və ya digər dərəcədə uzaq olan
halların müşahidə edilməsi ilə bağlı mülahizələrin yaran-
masına və qısa zaman çərçivəsində onların (həmin müla-
hizələrin) təkcə bir çox samişünaslar arasında deyil, dil
nəzəriyyəçiləri tərəfindən də təqdirlə qarşılanmasına sə-
bəb olmuşdur. Belə ki, hind-Avropa və sami dillərindəki
«daxili fleksiya» adı ilə tanımlanan hadisələri əsaslı
şəkildə qarşılaşdıraraq, sonunculardakı (sami dillərin-
dəki) qısa sait əvəzlənməsinin «ciddi dəyişməzliyə malik
kökün mövcud şəraitdə gerçəkləşən affiksasiya, özü də
aqlütinativ xarakterli affiksasiya» olduğunu (kursiv bi-
zimdir – A.H.) bildirən İ.A.Melçuk qeyri-sami dillərində-
ki apofoniyadan fərqli olaraq bu dillərdəki «səsləndir-
mə»nin «transfiksasiya» adlandırmasını, lakin bununla
вания по структурной типологии, М., 1963, стр.26.
1
Скаличка В. К вопросу о типологии // Вопросы языкознания. 1966, №4,стр.28.
Azərbaycan Milli Kitabxanası
132
belə, «daxili fleksiya» istilahından imtina edilməməsini
daha məqsədəuyğun saymışdır.
1
Ərəb sözdüzəltmə və sözdəyişməsində istifadə olunan
bu qrammatik vasitənin tipoloji sapma hadisəsini təcəssüm
etdirməsi ilə bağlı ehtimalını bir qədər ehtiyatla səsləndirən
dilçinin təqdim olunan iqtibaslardan da aşkar sezilən
tərəddüdlü münasibətinin arxasında, görünür, sami
dillərinin flektiv dil statusunun «nüfuz»unun etirafı
dayanır. Əslində isə, ərəb və digər sami dillərindəki
struktural anomaliya hallarının mövcud olması ilə bağlı
müəyyən şübhələr doğuran faktların təhlili zamanı flektiv
dillərlə aqlütinativ dillər arasında heç bir keçilməz «Çin
səddi»nin olmadığını bildirən V.Məmmədəliyevin qeyd
etdiyi kimi
2
, flektiv dilin mövcud özəlliklərinin nəzərə
alınması zamanı aqlütinativ ünsürlərin təsadüf edilməsinin
mümkünlüyünü gözdən qaçırmamaq lazımdır.
İstənilən halda qeyd etməliyik ki, müəyyən təzadlı
mülahizələrin yer almasına baxmayaraq, İ.A.Melçukun
haqqında bəhs edilən əsəri ərəb dilindəki aqlütinativ
ünsürlərin araşdırılması işində önəmli rol oynamış və hətta,
ümumi dilçilik nəzəriyyəçilərinin bu dillərin bərmənalı
flektivliyi ilə bağlı
səsləndirdikləri fikirlərində
yanıldıqlarını etiraf etməsinə
3
təkan vermişdir.
Sami dillərindəki aqlütinativ təbiətli elementlərin
təhlilinə daha artıq nüfuz etmədən onu da qeyd edək ki,
ərəb, akkad və digər qohum dillərin strukturunda yer
alan bu qəbildən tipoloji sapma hallarının tədqiqində
1
Мельчук И.А. О «внутренней флексии» в индоевропейских и семит-
ских языках // Вопросы языкознания, 1963, №4, стр.39-40
2
Мяммядялийев В.М. Яряб ядяби дилиндя фелин заман, шяхс вя шякил
категорийалары. Б., 1992, с.110.
3
мяс: Реформатский А.А. Введение в языковедение. М., 1967, стр. 269,
285-286.
Azərbaycan Milli Kitabxanası
133
L.A.Lipin,
1
N.V.Yuşmanov, Y.Q.Titov,
2
V.P.Starınin,
3
V.M.Məmmədəliyev
4
və digər dilçilərin araşdırmaları
məstəsna rol oynamışdır.
Tipoloji modifikasiya və onun nəticələri olaraq
meydana çıxan sapma elementləri probleminin linqvistik
tipologiya çərçivəsindəki həlli, daha dəqiq olsaq, onun
morfoloji klassifikasiyada tiplərin delimitasiyası işindəki
inikası məsələsinə qayıdaraq qeyd edək ki, sami dillərində
aqlütinativ mexanizmin yüksək iş əmsalı nümayiş
etdirməsinin etirafı vaxtilə F.F.Fortunatovun ənənəvi
təsnifata düzəliş verməsinə səbəb olmuşdur. Belə ki,
görkəmli dilçi «morfoloji klassifikasiyalarda, adətən,
flektiv dillər» kimi xarakterizə edilən sami dillərinin
sözügedən özəlliyindən çıxış edərək onların flektiv-
aqlütinativ tipi təcəssüm etdirdiyini önə sürmüş və daha
sonra hind-Avropa dillərinin strukturunun səciyyələndiril-
məsi kontekstində sonuncuları quruluş etibarilə aqlütinativ
və flektiv-aqlütinativ dillərə qarşı qoymuşdur
5
.
Göründüyü kimi, bir dil tipi çərçivəsində alttipilərin
təsbiti (V.Skaliçka və T. Milevski təsnifatlarında flektiv dil
tipi daxilindəki fərqləndirilmədə olduğu kimi) və ya
tipoloji sapma faktlarının çoxsaylılığının təsbiti ənənəvi
bölgü sərhədlərinin aşmasına təkan vermişdir. Maraqlıdır
ki, məhz, sonuncu məqam – tipoloji anomaliya hallarının
1
Липин Л.А. Аккадский язык. М., 1964, стр.9,53 ; Липин Л.А. Элементы
агглютинации а аккадском языке. / XXV Международный конгресс
востоковедов. Доклады делегации СССР. М., 1960.
2
Юшманов Н.В. Амхарский язык. М., 1959, стр. 9,35.
3
Старинин В.П. Структура семитского слова. Прерывистые морфемы.
М., 1963.
4
Мяммядялийев В.М. Яряб ядяби дилиндя фелин заман, шяхс вя шякил
категорийалары. Б., 1992, с. 110-112.
5
Фортунатов Ф.Ф. Сравнительное языкознание. Общий курс / Ф.Ф.Фор-
тунатов. Избранные труды. Том 1, М., 1956, стр.153-154.
Dostları ilə paylaş: |