Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə46/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   42   43   44   45   46   47   48   49   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
137
«fleksiya» və s. bu kimi terminlərdən gedir. – A.H.) yarar-
landığı» təsnifatda «yeriyən linqvistik nəzəriyyə»yə 
əsaslandığını  və  həmin dilçilərin «yalançı  təkamülçülər» 
(əkobı - gvolöüionistı) olduğunu önə sürməsi (kursiv 
bizimdir – A.H.)
1
 ehtimallarımızda yanılmadığımızı düşün-
məyə əsas verir.  
Bununla belə, maraqlıdır ki, Boduen de Kurtene 
tərəfindən səpilən  şübhə toxumları  nəticəsiz qalmamış  və 
sonrakı  nəsil dilçilər arasında analoji mövqe nümayiş 
etdirən kifayət qədər çox sayda dilçi ortaya çıxmışdır. Belə 
ki, Kurtenenin fonem nəzəriyyəsini davam etdirərək yeni 
aspektdə inkişafına təkan vermiş L.V.Şerba
2
 dahi sələfinin 
tipoloji görüşlərini, demək olar ki, mənimsəyərək 
aqlütinativ və flektiv dil quruluşları arasında önəmli fərqin 
olmamasından dolayı, onlar arasında prinsipial 
qarşılaşdırma aparılmasının doğru olmadığını; «hal-hazırda 
onun  (morfoloji klassifikasiyanın – A.H.), araşdırmanın 
terminologiya ilə 
əvəzlənməsi üsulunu təcəssüm 
etdirdiyini» və «indi düşüncəli dilçilərdən, yəqin ki, heç 
kəsin bu klassifikasiyanı qlottoqoniya ilə ciddi şəkildə 
özləşdirmədiyini» bildirmişdir. 
(Maraqlıdır ki, L.V.Şerbanın ehtimallarına rəğmən, 
dövrünün «düşüncəli dilçilər»indən hesab edilən Y.A.Ma-
kayev, özünün «Müqayisəli, qarşılaşdırma və tipoloji 
qrammatika» mövzulu tədqiqatında, «tipoloji qrammatika-
nın qohum dillərin müqayisəli qrammatikasının üfüqlərini 
əsaslı şəkildə genişləndirə biləcəyini» və bu zaman, tipoloji 
araşdırmaların bir sıra həlli vacib problemlərin analizində, 
o cümlədən qlottoqoniya məsələlərinin təhlilində mühüm 
                                                 
1
  Бодуэн  де  Куртенэ  И.А.  Избранные  труды  по  общему  языкознанию. 
Том II, М., 1963, стр.179-180. 
2
 Щерба Л.В. Языковая система и речевая деятельность. Л., 1974, стр. 42. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
138
əhəmiyyət kəsb etdiyini bildirmişdir
1
). 
 Göründüyü kimi, L.V.Şerba dahi müəllimindən dil 
təkamülü ideyasına skepsisi əxz etmişdir. XX əsrin 
əvvəllərində (1913) digər rus dilçisi – D.N.Kudryevski də 
«aqlütinativ və flektiv dillər arasında … mahiyyət etibarilə 
prinsipial fərq yoxdur»
2
 – qənaətini səsləndirmişdir. 
Boduen de Kurtenenin fikirləri daha sonrakı nəsil dilçilərin 
də ideya qaynağı olmuşdur. Belə ki, «aqlütinativ və flektiv 
dil bölgüsünün çox tərəddüdlü olduğunu» və bu dil 
tiplərinin xarakteristikası zamanı «məqsədli seçim və 
qərəzlə şərh edilən misallarla kifayətlənməyin mümkünsüz-
lüyünü» vurğulayan O.P.Sunik özünün tipoloji delimitasiya 
probleminə həsr edilmiş silsilə əsərlərində bilavasitə
3
  və ya 
dolayısı
4
 ilə Boduen de Kurtine ilə  həmrəyliyini nümayiş 
etdirmişdir. 
Maraqlıdır ki, istər O.P.Sunik, istərsə də mülahizələrinə 
bir qədər sonra müraciət edəcəyimiz A.K.Borovkov  iltisaqi 
və insirafi dil bölgüsünün olduqca şərti olması fikrində 
israr göstərmələrinə  və ayrı-ayrı dillərin strukturundakı 
tipoloji anomaliya hallarının təbiətinin izahı üçün təkamül 
ideyasına (yəni dil strukturunda kök-aqlütinativ-flektiv 
mərhələli sxem üzrə inkişafın bir növ «kodlaşdırılması» 
                                                 
1
  Макаев  Э.А.  Сравнительная,  сопоставительная  и  типологическая 
грамматика. //  Вопросы языкознания, 1964, №1, стр.12. 
2
 Боровков А.К. Агглютинация и флексия в тюркских языках / Памяти 
академика Л.Щербы (1880-1944), Л., 1951, стр.123. 
3
 Суник О.П. Слово, его основа и корень как различные морфологичес-
кие категории / Морфологическая структура в языках различных типов. 
М.-Л., 1963, стр. 34. 
4
Суник О.П. Вопросы типологии агглютинативных языков (К проблеме 
соотношения агглютинации и флексии) / Морфологическая типология и 
проблема  классификации  языков.  М.-Л., 1965, стр. 41.; Суник  О.П. 
Проблема  агглютинации  в  алтайских  языках / XXV Международный 
конгресс востоковедов. Доклады делегации СССР. М., 1960, стр. 10. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
139
nəzəriyyəsinə) müraciət etmənin absurdluğunu iddia 
etmələrinə baxmayaraq, onların sözügedən sapma 
probleminin çözümü ilə bağlı  təklif etdikləri həll yolu bir 
çox halda az arqumentativliyi ilə seçilmir. Belə ki, «Türk 
dillərində aqlütinasiya və fleksiya» adlı  məqaləsində 
L.V.Şerbanın (yuxarıda qeyd olunan qəbildən) fikirlərini 
epiqrafa çıxarmaqla artıq məsələyə münasibətini öncədən 
açıqlamaş A.K.Borovkov sözügedən dillərdə flektivləşmə 
tendensiyalarını (məs:  türkmən d.  bo:r (
(;  qırğız d. sa: (  və s.)
*
 
təsbit etmiş A.P.Potseluyevski, İ.A.Batmanov və 
S.Amanjolovla qiyabi polemikaya girərək bu elementlərin 
insirafi quruluş  mərhələsinə «keçid» cəhdlərini təcəssüm 
etməsi fikirləri ilə razılaşmamış, lakin bununla belə, bu 
qəbildən tipoloji sapma hallarının türk dilləri üçün 
xarakterik olduğunu etiraf edərək, hətta, müəyyən mənada, 
onların F.F.Fortunatov bölgüsündə «flektiv-aqlütinativ» 
adlandırılmış sami dilləri ilə  də müqayisəsinə yol verərək, 
«…bu mənada türk dillərinin də  əsl mənada aqlütinativ 
olmadığını» iddia etmişdir (kursiv bizimdir –A.H.).
1
   
Göründüyü kimi, alim dolayısı ilə türk dillərindəki 
bütün insirafi elementlərin «əzəli» flektivliyin nəticəsi 
olduğunu bildirmişdir. Təqdim olunan nümünələrdən də dil 
strukturunun sonrakı inkişaf mərhələsinə aid olması aşkarca 
sezilən flektiv təbiətli sapmaları adekvat dəyərləndirməyən 
                                                 
*
 Бу тядгигат чярчивясиндя бизи типолоъи модификасийа  проблеминин нязяри 
мцстявидя чюзцмц марагландырдыьындан вя щямин сяпкили типолоъи сапма 
елементляри  даща  юнжяки  арашдырмамызда  ятрафлы  шякилдя  дяйярляндирилди-
йиндян бу мягамда сюзцэдян груп фактларын тящлили цзяриндя  дайанма-
йажаьыг. (даща ятрафлы бах:Щажыйева А.Й.Дил системиндя типолоъи сапмалар 
(аглцтинатив диллярдя дахили флексийа вя фузийа). нам.дисс. Б.,2006; Щажыйе-
ва А.Й.Аглцтинатив диллярдя дахили флексийа вя фузийа.Б.,2007.) 
1
 Боровков А.К. Агглютинация и флексия в тюркских языках / Памяти 
академика Л.Щербы (1880-1944), Л., 1951, стр. 124-125. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə