Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə49/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   45   46   47   48   49   50   51   52   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
146
bizimdir –  A.H.),
1
 bir qisim araşdırmaçı tam əks yanaşma 
sərgiləyərək, bu dillərin (aqlütinativ ünsürlərlə  zəngin) 
flektiv dil olduğunu iddia edirlər. 
Əslində, bantu dillərinin tipoloji xarakteristikasını 
vermiş  tədqiqatlarda onların aqlütinativ quruluşlu olma-
sının etirafı üstünlük təşkil etsə  də, hətta, bu  dillərin 
aparıcı tipoloji təmayülünün iltisaqilik olduğu qeyd olunan 
tədqiqatlarda sözügedən dillərin flektivlik əmsalının 
yetərincə yüksək olmasının vurğulanması gözardı edilə 
bilməz. Məsələn: «flektiv dillərə xas olan  bir qisim 
xüsusiyyətlərin yer aldığı sintetik-aqlütinativ dillər»;
2
 
«postpozisiyon mövqedəki morfemlərin birikməsi sayə-
sində meydana çıxan  fuziyon mahiyyətli proseslərin» 
müşahidə edildiyi  və  «şəkilçi çoxmənalılığında təzaşür 
tapan flektivlik elementlərinin yer aldığı aqlütinativ 
dillər» (kursiv bizimdir – A.H.)
3
 və s.  
Maraqlıdır ki,məhdud bir qisim tədqiqatlarda isə  tam 
əks yanaşma sərgilənərək bantu dillərinin problemli tipoloji 
səciyyələndirməsi, bir növ, gözardı edilir və onlar tipik 
iltisaqi dil örnəyi kimi təqdim olunurlar.
4
 Onu da qeyd edək 
ki,məhz, bu cəhət, yəni morfem tikişindəki «qaynaq» 
sayəsində  yeni yaranan birikmə komponentlərinin öz 
müstəqilliyini itirməsi faktı 
fərqli tipoloji 
                                                 
1
Мельников  Г.П.,  Охотина  Н.В.  Выявление  детерминанты  и  классифи-
кация морфем банту (на материале суахили) // Проблемы африканского 
языкознания. Типология, компаративистика, описание языков. М., 1972, 
стр. 11.  
2
  Реформатский  А.А.  Теория  языка.Типологическая  (морфологическая 
классификация языков). http://genhis.philol.msu.ru/printer_133.shtml 
Кодухов В.И. Введение в языкознание. М., 1979, стр. 327. 
3
Охотина  Н.В.  Банту  языки / Лингвистический  энциклопедический 
словарь. М., 1990, стр. 69-70 
4
 мяс: Долгопольский А. Б., Журинская М. А.Типологическая классифи-
кация языков. http://www.cultinfo.ru  


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
147
xarakteristikaların meydana gəlməsinə  rəvac vermişdir. 
Belə ki,bantu dillərinin tipoloji tanımlanmasından məlum 
olduğu kimi,burada morfemlərin sıx xəlitələşmə sayəsində 
çoxtərkibli fuziyon birikmə  əmələ  gətirdiyini ortaya 
qoyur.Məhz,həmin çoxkomponentli birikmələrin 
mövcudluğu vaxtilə 
İ.İ.Meşşaninovun bu dilləri 
inkorporasiya ilə  zəngin dillər siyahısına salmağa vadar 
etmişdir.
1
 
 Bantu  dilləri üzrə görkəmli mütəxəssislərdən biri – 
Alisa Verner «bu dillərin, adətən, aqlütinativ adlandırıl-
masına baxmayaraq, burada yer alan və  kökdən ayrı 
istifadəsi qeyri-mümkün olan formativ elementlərin  əsl 
fleksiya olduğunu» önə sürmüş, növbəti tədqiqatında daha 
qəti mövqe sərgiləyərək həmin elementlərin ingilis 
dilindəki daxili fleksiya halları ilə müqayisəsi  əsasında, 
birincilərin (bantu dillərinin) «qismən flektiv» və ya 
«flektivləşməkdə olan» quruluşa malik olduğunu bildirmiş; 
daha sonrakı araşdırmasında isə, bir qədər də irəli gedərək 
aqlütinativ tip göstəricilərinin mövcudluğuna rəğmən
insirafi təbiətli olduğunu iddia etmişdir (kursiv bizimdir – 
A.H.).
2
   
Həmkarını  məsələ ilə bağlı birmənalı mövqeyinin 
olmamasında tənqid edən digər görkəmli afrikanist dilçi 
K.M.Dok özünün «İltisaqiləşməyə meylli flektiv quruluşlu 
bantu dilləri» araşdırmasında sözügedən dillərin 
insirafiliyinin aparıcı tipoloji təmayül olmasının  şübhə 
doğurmadığını bildirmiş  və  əleyhidarlarından olan (bantu 
dillərinin aqlütinativ quruluşa malik olduğunu önə sürən) 
                                                 
1
  бу  щагда  бах:  Мельников  Г.П.  Системная  типология  языков.Синтез 
морфологической 
классификации 
языков 
со 
стадиальной. 
http://www.philol.msu.ru/~lex/melnikov 
2
  Док  К.М.  Языки  банту,  флективные  с  тенденцией  к  агглютинации //  
Африканское языкознание. М., 1963, стр. 189. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
148
Q.Consonun mülahizələrini  şərh edərkən problemlə  belə 
ikili münasibətin mövcudluğunun «flektivlik» termini ilə 
bağlı fikir ortaqlığının əldə edilməsindən qaynaqlandığını 
(kursiv bizimdir – A.H.)iddia etmişdir.
1
 
Doğrudan da, bantu dillərinin tipoloji xarakteristikası 
ilə bağlı müzakirələrlə tanışlıq, hətta, bu dillər üzrə 
mütəxəssis olmayan şəxslərdə  də  məsələnin kökünün 
tiplərarası delimitasiya problemi ilə üzvi əlaqədə olması 
təəssüratını oyadır. Belə ki, sözügedən dillərin səciyyələn-
dirməsini aparan araşdırıcıların burada inkorporasiyanın 
«praktiki olaraq, heç vaxt yer almaması» ilə bağlı 
mülahizələrinə  rəğmən, istər G.P.Melnikovun bantu və bir 
sıra Qafqaz dilləri arasından apardığı paralellər (dilçi, 
hətta, həmin paralellərə istinadən, bu dillərin 
V.Humboldtun araşdırmaları dövründə «tipoloji analiz 
obyekti» olması təqdirində görkəmli tipoloqun (V.Humbol-
dtun) «inkorporlaşan dillərinin quruluşunun mahiyyətini 
açması»na aşkar maneə törədə biləcəyini də ehtimal 
etmişdir),
2
 istər V.M.Misyukun, A.A.Sukovun və digər 
tədqiqatçıların dəyərləndirmələri suaxili və ona qohum 
dillərdə polisintetizmin çəkisinin heç də iddia edildiyi kimi 
çox aşağı  səviyyədə olmadığını düşünməyə  əsas verir.
3
 
Daha dəqiq desək, həmin araşdırmaların bir qismi, 
ümumiyyətlə, inkorporlaşan quruluşlu dillərlə (məs: 
Meksika atsteklərinin dili) bantu dillər arasında 
prinsipial fərq görmür. Belə olan təqdirdə, sözügedən 
                                                 
1
 Йеня орада, с.189. 
2
  Мельников  Г.П.  Системная  типология  языков.Синтез  морфологичес-
кой  классификации  языков  со  стадиальной. http://www.philol.msu.ru/ 
~lex/melnikov 
3
  Мельников  Г.П.,  Охотина  Н.В.  Выявление  детерминанты  и  класси-
фикация  морфем  банту  (на  материале  суахили) // Проблемы  африкан-
ского  языкознания.  Типология,  компаративистика,  описание  языков. - 
М., 1972, стр. 12-13. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə