Azərbaycan Milli Kitabxanası
143
dırdığından, struktur quruluşunun formalaşmasında, məhz,
bu iki tipoloji tendensiyadan hansı birinin aparıcı mahiyyət
kəsb etməsi ilə bağlı polemikaların səngimək bilmədiyi
bantu dillərinə diqqət yetirmək istərdik.Bizim bu dilin
tipoloji determinantası ilə bağlı məsələyə münasibət
bildirmək istəyimizin başlıca təkanverici amili, şərti olaraq,
bu dilin adı ilə bağladığımız fenomenin mahiyyətinə nəzər
salmaq arzusundan qaynaqlanır.
Tədqiqatın daha öncəki bölümündə linqvistik tipologiya
nəzəriyyələrinin bəzilərində «təmiz» dil tipinin mövcud
olmamasının etirafı fonunda vəziyyətdən, bir növ, «çıxış
yolu» kimi tam əks yanaşmanın - «qarışıq tip» anlayışının
ortaya atılması haqqında
ətraflı
dəyərləndirmələr
aparılmışdır. Biz, həmin mülahizə və dəyərləndirmələrin
məntiqi davamı olaraq, problemin nəzəri təhlil həllinin
arayışında qeyd olunan formatdan (nəzəri dəyərləndirmə
formatından) kənara çıxmadan, məsələnin daha konkret
boyutlarda araşdırmasını aparmaq istərdik.
İlk olaraq, yanlış anlaşılmaların meydana gəlməsini
önləmək üçün onu qeyd etməliyik ki, əslində, bantu dilləri
linqvistik ədəbiyyatlarda ikili tipoloji «kimlik vəsiqəsi»
almış yeganə dil deyil. Belə ki, müvafiq ədəbiyyatların ən
səthi statistik dəyərləndirməsi nəticəsində tipoloji
xarakteristikası ilə bağlı oxşar dublet səciyyələndirmə
təklif edilən bir çox dilin mövcud olduğunu təsbit etmək
mümkündür. Bu kontekstdə əksər nəzəri ədəbiyyatlarda
tipoloji təmayüllərin özəlliklərinin təhlili çərçivəsində
(demək olar ki, bir qayda olaraq) iltisaqilik örnəyi (daha
dəqiq desək, tipik aqlütinativ dil nümunəsi) qismində
nəzərdən keçirilən fin – uqor dilləri sırasında yer alan eston
dilini, xüsusilə, qeyd etmək istərdik. Belə ki, aid olduğu dil
ailəsinin aqlütinativ quruluşa malik olması heç bir skepsisə
rəvac vermədiyi halda, bu dilin öz müasir struktur
Azərbaycan Milli Kitabxanası
144
quruluşunda sırf iltisaqi quluşlu olmaqdan çıxaraq,
aqlütinativ – flektiv mahiyyət kəsb etməsi əksər fin –
uqorşünaslar və tipoloqlar tərəfindən yekdilliklə qeyd
edilir.
1
Doğrudur, aqlütinativ quruluşlu fin-uqor dillərində
flektiv təbiətli mexanizmin müəyyən paradiqmatik
münasibətlərin icrası zamanı sıx-sıx işə düşdüyü bir çox
tədqiqatlar sırasında təsdiqlənmişdir.
Xatırladaq ki, V.İ.Lıtkin fin-uqor ulu dilinin tamamilə
aqlütinativ olduğu halda, ondan törəyən müasir dillərdə
«flektiv xarakterli xüsusiyyətlərin» boy göstərdiyini
bildirmişdir (kursiv bizimdir – A.H.).
2
Onun fikirlərinə
şərik çıxan digər fin-uqorşünas alim K.Y.Maytinskaya da
həmin ailəyə daxil olan dillərin, istisnasız olaraq,
hamısında insirafi elementlərin müşahidə olunduğunu
qeyd etmişdir (kursiv bizimdir – A.H.).
3
Problemi daha
kəskin şəkildə qoyan G.İ.Kert isə, ümumiyyətlə, saam
dilinin strukturunun əsasında təkcə aqlütinasiyanın deyil,
«iki müxtəlif tipin dayandığını» (söhbət aqlütinativlik və
flektivlikdən gedir. – A.H.) və istər saam dilinin, istərsə də
fin və eston dillərinin artıq «təmiz iltisaqilik»dən
yetərincə uzaq olduğunu önə sürmüşdür (kursiv bizimdir –
A.H.).
4
1
(бах: Пентус М.Р. Эстонский язык. http://lpcs.math.msu.su.
;
Эстонский
язык www.philol.msu.ru; Эстонский язык http://www.finnougoria.ru; Эс-
тонский язык http://www.lca.ru
2
Лыткин В.И. Общие сведения о финно-угорских языках. Сравнитель-
ная фонетика финно-угорских языков / Основы финнско-угорского
языкознания. Вопросы происхождения и развития финно-угорских
языков. М., 1974, стр.22.
3
Майтинская К.Е. Сравнительная морфология финно-угорских языков /
Основы финнско-угорского языкознания. М., 1974, стр.217.
4
Керт Г.М. Именная и глагольная основы в кильдинском диалекте
саамского языка / Вопросы финнско-угорского языкознания, М.-Л.,
1962, с.143-153.
Azərbaycan Milli Kitabxanası
145
Göründüyü kimi, eston dilinin timsalında və onun digər
fin – uqor dilləri ilə müqayisəsi əsasında müşahidə
etdiyimiz vəziyyət, yəni flektivləşmə tendensiyasının yal-
nız ayrıca götürülmüş bir dildə deyil, bütöv bir dil ailəsində
yer alması faktının təsbiti tipoloji modifikasiya prosesinin
heç vəchlə spontan ola bilməyəcəyini və dil sisteminin alt
qatlarınla «kodlaşdırılmış» inkişaf modelinə müvafiq
şəkildə gerçəkləşdiyini ortaya qoyur.Başqa sözlə, dil
proqramlaşdırılmış sxem üzrə dəyişikliklərə məruz qalır.
Və bu prosesin reallaşmasında bir sıra intralinqvistik və
ekstralinqvistik amillər rol oynadığından sözügedən
qəbildən metamorfozların gerçəkləşmə səviyyəsi müxtəlif
dillərdə fərqli realizasiya göstəricilərini ortaya qoyur.
Biz, tipoloji metamorfozların gerçəkləşməsini sürətlən-
dirən və ya onların reallaşmasını önləyən obyektiv və
subyektiv səbəblərin təhlilinə tədqiqatımızın digər bölüm-
lərində geniş şəkildə yer verəcəyimizdən bu məqamda əsas
diqqətimizi «qarışıq tip» və ya «bantu dili fenomeni»ni
meydana çıxaran faktorların dəyərləndirilməsinə
yönləndirmək istərdik.
Problemin təhlilinə girişdə bildirdiyimiz kimi, biz,
sözügedən məsələni, şərti olaraq, məhz, «bantu feno-
meni» kontekstində dəyərləndirəcəyik. Belə ki, yuxarıda
haqqında bəhs etdiyimiz eston dilindən fərqli olaraq,
aparılan çoxsaylı tipoloji dəyərləndirmələrə rəğmən, bu
dillin (tipoloji) xarakteristikası ilə bağlı yekdil bir fikrin
hasil edildiyini söyləmək qeyri – mümkündür. Məhz, bu
məqam onları (bantu dillərini) xüsusi növ politipologizm
örnəyi olaraq maraqlı tədqiqat obyektinə çevirir.
Bantu dilləri üzrə görkəmli mütəxəssislərdən sayılan
G.P.Melnikov və N.V.Oxotinanın qeyd etdikləri kimi, əksər
tədqiqatçılar bu dillərin fleksiya elementlərinə malik
iltisaqi dil olması mövqeyindən çıxış etdiyi halda (kursiv
Dostları ilə paylaş: |