9
məktəbin kollektivi Yunis müəllimin onlara göstərdiyi qayğını
böyük məmnuniyyətlə qeyd edirlər. O, təqaüddə olmasına
baxmayaraq, bizimlə daim əlaqə saxlayır.
Mən, geniş, dərin, zəngin pedaqoji düşüncə sahibi olan
Şuşa Rayon Təhsil Şöbəsinin fəxri,
xeyirxah insan Yunis
müəllimə uzun ömür, səmərəli yaradıcılıq və sağlam həyat
arzulayıram.
Чох йахшы дейибляр: - Шющрятдир, шяряфдир зирвя даь цчцн!
Təvəkkül Əliyev,
Şuşa Rayon Təhsil Şöbəsinin müdiri,
əməkdar müəllim
10
G İ R İ Ş
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra
tariximizin ağ ləkələrinin aradan qaldırılması və sovet dövrünün
tarix elmi qarşısında qoyduğu tələblərdən irəli gələn səhvlərin,
tendensiyalı mülahizələrin, bu sahədə əvvəllər yol verilmiş qü-
sur
ların ləğvi sahəsində böyük və məqsədyönlü işlər görülmüş-
dür.
Tarixi həqiqətlərə söykənməklə, milli dövlətçilik
tariximi
zin ayrı-ayrı inkişaf mərhələlərində mütərəqqi,
təqdirəlayiq nə varsa, onların hamısından ətraflı dərəcədə
faydalanmaqla tarixi
mizin öyrənilməsi sahəsində mövcud olan
boşluqları doldurmaq olar. Bu mənada Azərbaycan tarixində
mühüm mənbə olan
«Qarabağnamələr»in'>«Qarabağnamələr»in tarixi baxımdan
tədqiqi son dərəcə vacib və əvəzsizdir. Son illərdə Azərbaycanın
tarixçi alimləri tərəfindən Qarabağ xanlığına aid müxtəlif
mənbələrin hazırlanıb nəşr edilməsinə, ayrı-ayrı müəlliflər
tərəfindən xanlığın sosial-iqtisadi və mədəni həyatına dair
əsərlərin yazılmasına baxmayaraq, bütövlükdə XVIII əsrin
ortalarından XIX əsrin əvvəllərinə kimi mövcud olmuş Qarabağ
xanlığının tarixi «Qarabağnamələr» əsasında müstəqil şəkildə
araşdırılmamışdır.
«Qarabağnamələr» Qarabağ xanlığının tarixini
öyrənmək üçün mühüm tarixi mənbədir. Bu xanlığın tarixinin və
ümu
milikdə Azərbaycan tarixinin öyrənilməsində «Qarabağna-
mələr»in mövcud əsər üçün tədqiqat
obyekti kimi seçilməsi də
təsadüfi deyildir. Əvvəla Qarabağ xanlığı Şimali Azərbaycan
xanlıqları içərisində siyasi, iqtisadi və mədəni inkişafının
xüsusiyyətlərinə görə seçilirdi. Digər tərəfdən isə Azərbaycanın