Microsoft Word Кitab-yunis hazir. Doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə69/77
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18836
1   ...   65   66   67   68   69   70   71   72   ...   77

 
209 
Mirzə  Adıgözəl  bəy  əsərində  ikinci  Rusiya  İran 
müharibəsinə  öz  münasibətini  belə  bildirir:  -  «Məsihi  (miladi) 
1826-
cı  ildə  xas  və  avam  camaatın  arasında  belə  bir  şayiə 
yayıldı: - İranın dövlət adamları sülhü və və müahidəni pozub 
ədavət  fikrinə  düşmüşlər.  Rusiyanın  dövlət  adamları  buna 
inanmadılar.  Onlar  bu  şayiələri  yalan  hesab  etdilər.  Bu  əsnada 
knyaz  Menşikov  səlahiyyətli  səfir  kimi  İrana  gedirdi.  O, 
Qarabağa gəlib Xudafərin körpüsündən keçdi və İrana getdi. Bu 
iş xas adamları və avam camaatı arxayın etdi. Mən özüm üç il 
olardı  ki,  İrəvan  tərəfində  sərhəd  qarovulçuluğuna  təyin 
edilmişdim» (54, s.79). 
Knyaz  Menşikov  Qacarlar  hökumətinin  Rusiyaya  qarşı 
müharibə etmək niyyətində olduğunu göstərən faktlar haqqında 
general-
leytenant  Velyaminova  Xocaqiyas  kəndi  yaxınlığında 
düşərgədən 23 iyun 1826-cı il yazdığı raportda ətraflı məlumat 
vermişdir.  Bundan  əlavə  2  iyul  1826-cı  ildə  də  Menşikov 
Velyaminova növbəti məlumatlarının birində də bu məsələyə bir 
daha toxunmuşdur (90, c.VI, s.349). 
General-leytenant A.P.Yermolov 10 oktyabr 1816-
cı ildə 
Qafqaza  baş  komandan  təyin  olunduqdan  sonra,  Şimali 
Azərbaycanda  formal  müstəqil  olan  xanlıqların  Rusiyanın 
əyalətlərinə  çevrilməsini  həyata  keçirmək  uğurunda  fəal 
mübarizə  aparırdı.  Xanlar  bir-birinin  ardınca  hakimiyyətdən 
kənarlaşdırılır  və  keçmiş  xanlıqların  idarə  olunması  rus 
hərbiçilərinə həvalə olunurdu. 
General  A.P.Yermolov  əslində  Qafqazın  mütləq  hakimi 
idi.  Azərbaycanın  və  ümumiyyətlə  bütün  Qafqazın  Rusiya 
tərəfindən  işğalında  o,  çirkin  rol  oynamışdır.  Bu  işdə  xain 
ermənilərin və xüsusilə də satqın erməni zabitlərinin rolu ayrıca 
qeyd  olunmalıdır.  Yermolovun  dövründə  ermənilərin  əli  ilə 
Qarabağın  müsəlman  əhalisinə  qanlı  divan  tutulurdu.  Bütün 
xanlıqların  fəaliyyəti  general  A.P.Yermolov  tərəfindən  tənzim 
olunurdu.  Yermolovun  qanunsuz  hərəkətləri  ayrı-ayrı  xanlar, 
bəylər  və  əhalinin  müxtəlif  təbəqələrinin  Şimali  Azərbaycanda 
böyük narazılıqlarına səbəb olurdu (22, s.27). 


 
210 
Qarabağ  xanlığına  münasibətdə  general  Yermolovun 
məqsədinə  çatmasında  general  Mədətovun  böyük  rolu  oldu. 
Sonuncunun əli ilə Qarabağ xanı Mehdiqulu xan üçün dözülməz 
şərait  yaradılmışdır.  Xan  21  noyabr  1822-ci  ildə  ailəsini 
qoyaraq,  bir  neçə  nəfər  xidmətçisinin  müşayiəti  ilə  xaricə 
qaçmağa  məcbur  oldu.  Sevincindən  özünə  yer  tapa  bilməyən 
knyaz  Mədətov  bu  hadisə  barəsində  elə  həmin  gün  general-
leytenant Velyaminova yazdığı raportda xəbər verirdi (90, c.VI, 
s.848). 
Qarabağ  xanı  Mehdiqulu  isə  sonralar  özünün  bu 
hərəkətini belə qiymətləndirmişdir: «Mən Tərtərə gedib orada 
bir  neçə  nəfər  taparaq  onlarla  öz  vəziyyətimi  izah  etmək 
üçün  Tiflisə  getməyi  qərara  aldım.  Lakin  məni  Tərtərə 
buraxmamaq  və  Qarabağdan  qovmaq  əmri  ilə  dalımca 
göndərilmiş Məlik Vanya mənə çatdı və mən qorxaraq İrana 
yola  düşdüm.  Hərçənd  mənə  əslində  Qarabağdan  getmək 
lazım  deyildi...  Lakin  mən  özümü  xilas  etmək  üçün  İrana 
getdim». Mehdiqulu xan bunu 21 iyun 1827-
ci  ildə  knyaz 
Abxazova yazdığı məktubunda bildirmişdi (91, c.VII, s.458-
459, 558)
İ.N.Abxazov  hələ  polkovnik  rütbəsində  olduğu  vaxt 
Qafqazda  müsəlman  əyalətlərinin  idarəçiliyində  mühüm 
vəzifələr  tutmuşdur.  O,  Qarabağ,  Şirvan,  Şəki  və  başqa  
əyalətlərin  idarə  işlərinə  müdaxilə  edirdi.  Bu  işdə  Qafqazdakı 
rus  qoşunlarının  yeni  baş  komandanı  general  İ.F.Paskeviç 
(1827-1831-
ci  illər)  ona  həmişə  köməklik  etmişdir.  Mədətov 
Şimali Azərbaycandan uzaqlaşdırıldıqdan sonra Abxazov 1827-
ci  ilin  aprel  ayında  Qarabağ,  Şəki  və  Şirvana  hakim  təyin 
edilmişdir (91, c.VII, s.1, 542). 
General  Paskeviçin  göstərişi  ilə  Abxazov  Qarabağ  xanı 
Mehdiqulu  ilə  də  əlaqə  yaratmışdı.  Onun  vədlərinə  inanan 
Mehdiqulu xan yenidən Qarabağa qayıtmağa razılıq vermişdir. 
Halbuki, 1822-
ci ildə Mehdiqulu xanın İrana qaçmasından sonra 
Qarabağ  xanlığı  ləğv  edilmişdir.  Mirzə  Adıgözəl  bəy  də  İrana 
getmiş, Mehdiqulu xanla görüşmüş və onun vətənə qaytarılması 


 
211 
üçün xeyli iş görmüşdü (22, s.119). 
12 iyun 1827-
ci  ildə  general  I.F.Paskeviç  Rusiya 
imperiyası  ordusunun  baş  qərargah  rəisi  qraf  Dibiçə  yazmışdı: 
«Danışıqların  (İranla  -  Y.H.)  müvəffəqiyyəti  və  Mehdiqulu 
xanın  bizim  tərəfimizə  keçməsi  haqqındakı  xəbəri  zati-alinizin 
hüzuruna  çatdırmağı  özümə  şərəf  hesab  edirəm.  Bu  ayın,  yəni 
iyunun 8-
də  mən  Qarabağdan  məlumat  aldım  ki,  xan  oraya 
qayıtmışdı. Onun arxasınca Dərələyəzdən bizim sərhədlərimizə 
35000  elat  ailəsi  köçmüşdür.  Mehdiqulu  xanın  Qarabağa 
köçürülməsindən əldə edilən fayda olduqca mühümdür: 
1.
 
Keçmiş  hakim  Mehdiqulu  xanın  alçaldılmasına 
narazılıqla  baxan  sərhəd  boyundakı  adamların  tərəddüdlüyünə 
son 
qoyuldu.  O,  sərhəd  yaxınlığında  olmaqla  köhnə 
əlaqələrindən istifadə edərək istədiyi vaxt onu qəbul etmiş olan 
İranın mənafeyi naminə çıxışlar [təşkil edə] və aramızda özünə 
fəal tərəfdarlar tapa bilərdi. 
2.
 
Bu tayfaların çox hissəsini Mehdiqulu xan öz ardınca 
Qarabağa  gəlməyə  rəğbətləndirdi.  Düşmən  artıq  onlardan 
kömək gözləyə bilməz. Onlar 4 min yaxşı süvari verə bilərlər ki, 
bu  da  nəinki  bizim  üçün  qorxu  təşkil  edə  bilər,  əksinə,  onlar 
sərhədlərimizi mühafizə edərlər» (91, c.VII, s.453-454). 
Mirzə  Adıgözəl  bəy  yazırdı:  «Bu  əsnada  Dərələyəzdə 
olan  Qarabağ  hakimi  həmail  sahibi  general-mayor  cənab 
Mehdiqulu xanla Paskeviç arasında gəliş-gediş oldu. Mehdiqulu 
xan  İran  dövlətindən  üz  çevirib  bu  işıqlı  dövlətin  itaətinə 
gəlmək  istəyirdi.  Knyaz  Abxazov  Pankratyevlə  müşavirə  etdi. 
İki  batalyon  qoşun  götürüb  Mehdiqulu  xanın  yanına  getdi.  İki 
dövlətin  sərhədində  olan  Ağ  karvansarada  görüşdülər.  Knyaz 
onu  xatircəm  etdi.  Ona  qoşulan  və  tabe  olan  adamları 
köçürməklə məşğul oldu» (54, s.85). 
Beləliklə,  Rusiya  tərəfi  Qacarlarla  növbəti  müharibənin 
gedişində  uğur  qazanaraq  heç  bir  vaxt  möhkəm  iradəsi  ilə 
seçilməmiş  sonuncu  Qarabağ  xanını  onu  saysız-hesabsız 
təhqirlərə  məruz  qoymuş  romanovların  nəzarəti  altına  qayıdıb 
itaətini bildirdi. Bu həm Qarabağın cavanşirlər xan sülalələrinin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə