Microsoft Word Кitab-yunis hazir. Doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə71/77
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18836
1   ...   67   68   69   70   71   72   73   74   ...   77

 
215 
bununla  yanaşı  erməni  Mədətovu  müsbət  fonda  və  qabarıq 
formada  oxucunun  nəzərinə  çatdırmaq  meyli  açıqca  duyulur. 
Lakin məlumdur ki, bu generalın mənəm-mənəmliyi öz erməni 
gücünə  deyil,  rusun  gücünə  arxalanırdı.  Tarixən  ermənilər 
başqalarına,  güclü  himayədarlara  arxalanmışdılar  və  indi  də 
belədir.  Eyni  zamanda  etnik  tərəfkeşlik  mövqeyində  dayanan 
Mirzə Yusif general Mədətovun Qafqazdan kənarlaşdırılmasını 
onun Paskeviçə tabe olmaması ilə bağlayır. 
Mirzə  Yusif  İrəvan  qalasının  işğalını,  Abbas  Mirzənin 
q
oşununun  əzilməsini,  Təbrizin  işğalını  ağlasığmaz  rəvayətlər, 
yalanlar  və  əsassız  müddəalarla  qələmə  alır.  O,  1826-1828-ci 
illərin  müharibəsinin  təsvirini  aşağıdakı  tərzdə  yekunlaşdırır: 
«Hər  iki  tərəf  sülh  müqaviləsini  bağlayıb  dostluğun  əsasını 
qoydular, 
iki  tərəf  arasında  müqavilələr  yazılıb,  möhürlənib 
bağlandı. Araz çayını iki dövlətin sərhədi təyin etdilər. Bundan 
başqa  Qızılbaş  dövləti  yeddi  kürur  -  beş  yüz  min  babaxanı 
tüməni  verməli  oldu.  O  zaman  hər  tümən  dörd  manatdan  bir 
qədər  az  idi.  Barışıq  1828-ci  il  fevral  ayında  bağlandı»  (58, 
s.92). 
Mirzə  Adıgözəl  bəyin  və  Mirzə  Yusif  Qarabağinin 
əsərlərinin  son  fəsilləri  diqqətlə  nəzərdən  keçirilərkən  məlum 
olur ki, ikinci Rusiya-
İran müharibəsi Gülüstan sülh müqavilə-
sinin şərtlərini pozan Qacarlar səltənəti tərəfindən başlanmışdı. 
1826-1828-
ci  illər  ikinci  Rusiya-İran  müharibəsi  hər  iki 
tərəfdən aparılan ədalətsiz, işğalçı və qarətçi müharibə idi. Yeri 
gəlmişkən son zamanlar bir sıra tədqiqatçılar belə hesab edirlər 
ki,  istər  1804-1813,  istərsə  də  1826-1828-ci  illər  müharibələri 
rus-
İran  yox,  rus-Azərbaycan  müharibələri  olmuşdur.  Biz  bu 
haqlı fikirlə tamamilə razıyıq. Çünki, əvvəla bu müharibələr nə 
Rusiya  imperiyasının,  nə  də  İranın  ərazisində  getməmişdir. 
Müharibə  Azərbaycan  uğrunda  və  Azərbaycan  torpaqlarında 
aparılmışdı. İkincisi isə, Abbas Mirzənin özündən tutmuş, onun 
ordusunun  sonuncu  əsgərinədək  rusa  qarşı  vuruşanların  hamısı 
Azərbaycan türkü idi. Fətəli şahın Tehran sarayı və hökuməti isə 
Qərbdə  İranın  «Napoleonu»  adlandırılan  Abbas  Mirzəyə  bu 


 
216 
müh
aribələrdə  nəinki  kömək  etməmiş,  əslində  ona  mane 
olmuşdur.  Bütün  bunları  N.Nəcmi  də,  E.Paşayev  də  təsdiq 
edirlər. 
Rus  ordusunun  irəliləməsindən  Tehran  yolunun  onun 
üzünə tam açılmasından qorxuya düşən Fətəli şah, öz inadından 
əl  çəkərək  sülh  müqaviləsi  bağlanmasına  razılıq  verdi.  Bu 
ədalətsiz,  soyğunçu  və  qarətçi  sülh  10  fevral  1828-ci  ildə, 
Təbrizdən  bir  qədər  cənubda  yerləşən  Türkmənçay  kəndində 
imzalandı. 
Bu  müharibədən  də  qalib  çıxan  Rusiya  imperiyası 
Azərbaycanın şimal torpaqlarını işğal etdi, Azərbaycan xalqı və 
torpaqları iki hissəyə parçalandı. Bu ədalətsiz müqavilə ilə 107 
ildən  artıq  Şimali  Azərbaycan  Rusiya  imperiyasının,  ondan 
sonra  isə  71  il  Sovet  imperiyasının  müstəmləkə  əsarətində 
qalmışdır.  Sovet  imperiyası  süquta  uğradıqdan  sonra  Şimali 
Azərbaycan  müstəqillik  əldə  edərək,  öz  dövlətçilik  ənənələrini 
bərpa  edib,  hüquqi,  demokratik  və  dünyəvi  dövlət  quruculuğu 
yolunda böyük uğurlar qazanmışdır. 
Türkmənçay sülh müqaviləsi 16 maddədən ibarət idi. Bu 
müqavilənin  12  oktyabr  1813-cü il Gülüstan sülhündən  fərqi 
ondan  ibarət  idi  ki,  bu  müqavilə  İrəvan  və  Naxçıvan 
xanlıqlarının da Rusiya tərəfindən işğalını özündə ehtiva edirdi. 
Bu  müqavilənin  XII,  XIV  və  XV  maddələri  iki  ölkə  arasında 
əhalinin  hərəkəti  və  başqa  məsələlərə  toxunurdu.  Bu  müqavilə 
imzalan
arkən  aparılan  danışıqlarda  A.S.Qriboyedov  və 
A.A.Bakıxanov da iştirak etmişdilər. 
Gülüstan  sülh  müqaviləsi  Rusiya  tərəfindən  1828-ci ilin 
martında, Qacarlar tərəfindən isə iyul ayında ratifikasiya edildi. 
Türkmənçay müqaviləsinin bəzi mühüm maddələrini bütövlükdə 
əsərə daxil etməyi lazım bilirik: 
 
DÖRDÜNCÜ MADDƏ 
Müqaviləyə  qoşulan  yüksək  tərəflərin  razılığı  ilə  hər  iki 
dövlət  arasında  sərhədlər  aşağıdakı  hüdudda  qərara  alınır:  - 


 
217 
sərhəd  xətti  Türkiyə  torpaqlarının  ucundakı  kiçik  Araratın 
zirvəsindən  aralıda  düz  istiqamətə  yaxın  nöqtədə  başlayaraq  o 
dağların  zirvəsindən  keçir;  buradan  maillik  üzrə  kiçik  Araratın 
cənub tərəfindən axan Aşağı Qarasu çayının yuxarılarına düşür, 
sonra  sərhəd  xətti  o  çayın  axarı  üzrə  Şərur  qarşısında  onun 
Araza  töküldüyü  yerədək  davam  edir;  bu  məntəqədən 
Abbasabad  qalasınadək  Araz  çayının  yatağı  üzrə  gedir;  burada 
qalanın  Arazın  sağ  sahilində  yerləşən  xarici  istehkamları 
yanında  yarım  ağac,  yəni  3½    Rusiya  versti  enində  bütün 
istiqamətlərdə  dövrə  haşiyələnəcək  və  o  ətrafda  olan  torpaq 
sahəsi büsbütün məhz Rusiyaya məxsus olacaqdır və bu gündən 
sayılmaqla  iki  ay  ərzində  ən  yüksək  dəqiqliklə  ayrılacaqdır. 
Sərhəd xətti o yerdən, göstərilən dövrənin şərq tərəfdən Arazın 
sahilinə birləşdiyi yerdən başlayaraq bir daha o çayın yatağı ilə 
Ye
ddibulaq  bərəsinədək  gedir;  buradan  İran  torpaqları  Araz 
çayının  yatağı  üzrə  3  ağac,  yəni  21 Rusiya  versti  uzanacaqdır; 
sonra  sərhəd  Muğan  düzü  vasitəsilə  Bolqarçayadək,  iki  kiçicik 
Adınabazar və Sarıqamış çaylarının birləşməsindən 3 ağac, yəni 
21  verst  aşağıda  olan  torpaqlara  gedir;  sərhəd  buradan 
Bolqarçayın sol sahili ilə yuxarı, adları çəkilən kiçik Adınabazar 
və  Sarıqamış  çaylarının  birləşməsinədək,  sonra  Şərqi 
Adınabazar çayının sağ sahili üzrə onun yuxarılarınadək davam 
edir,  buradan  isə  Çikoir  yüksəkliyinin  zirvəsinədək  elə  davam 
edir  ki,  o  yüksəklikdən  Xəzər  dənizinə  tökülən  bütün  sular 
Rusiyaya  məxsus  olacaqdır,  İran  tərəfə  axan  bütün  sular  isə 
İrana məxsus olacaqdır. Burada iki dövlət arasındakı sərhəd dağ 
zirvələrilə müəyyən edilir; qərarlaşdırılmışdır ki, onların Xəzər 
dənizinə doğru enişi Rusiyaya məxsus olmalıdır, o biri yandakı 
enişi isə İrana məxsusdur. Sərhəd Çikoir yüksəkliyi zirvəsindən, 
Talışı  Ərş  dairəsindən  ayıran  dağlar  üzrə  Qəmərkuhun 
zirvəsinədək keçir. Suların axarını iki yerə bölən dağların başı, 
yuxarıda Adınabazarın yuxarı axarı və Çikoir zirvəsi arasındakı 
sahə  haqqında  deyilən  kimi,  burada  da  eləcə  sərhəd  hüdudunu 
təşkil edəcəkdir. Sonra sərhəd xətti suların axarına aid yuxarıda 
şərh  olunan  qaydalara  aramsız  əməl  etməklə  Qəmərkuhun 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə